Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Vətəndaş müraciətlərinin statistikası

Oktyabrın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 36 950 vətəndaş müraciəti daxil olub.   Müraciətlərin 21 736-sı çağrı mərkəzləri, 6 806-sı elektron, 1 581-i isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 6 827 müraciət qeydə alınıb.     Müraciətlər şagirdlərin elektron yerdəyişməsi, xarici diplomların tanınması, əlavə təhsil, “Rəqəmsal məktəb” və digər məsələlərlə bağlı olub.

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində Türkiyə-Azərbaycan Universitetində görüş keçirilib

Elm və Təhsil Nazirliyinin “Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində nazirliyin Elm, ali və peşə təhsili şöbəsinin rəhbərliyi və əməkdaşlarının, həmçinin Türkiyə-Azərbaycan Universiteti (TAU) və Azərbaycan Texniki Universitetinin rəhbər heyətinin, professor-müəllim və inzibati heyətinin iştirakı ilə görüş keçirilib.   Görüşün əsas məqsədi iki illik fəaliyyəti dövründə Türkiyə-Azərbaycan Universitetinin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, qarşıya çıxan çətinliklərin həlli və ali təhsildə prioritet sahələrin müzakirəsi olub.   Görüş zamanı ali təhsildə idarəetmənin səmərəliliyinin artırılması, təhsil proqramlarının müasir tələblərə uyğunlaşdırılması, akademik və inzibati proseslərin çevikliyinin təmin olunması, ikili diplom proqramlarının təşkili, eləcə də qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı fikir və təkliflər səsləndirilib.   Türkiyə-Azərbaycan Universitetinin prorektoru Mehmet Şimşir görüşün təşkilinə görə Elm və Təhsil Nazirliyinə təşəkkür edib, bu müzakirələrin ali təhsil müəssisələrinin inkişafında mühüm rol oynadığını vurğulayıb.  

Məktəblərdə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə başlanılır

Elm və Təhsil Nazirliyinin dəstəyi, AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşkilatçılığı ilə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə start verilir.   Layihənin məqsədi şagird və müəllimlər arasında internetdən düzgün istifadə vərdişlərinin formalaşdırılması, eləcə də rəqəmsal savadlılığın artırılmasıdır.   Layihə çərçivəsində “Aztelekom”un mütəxəssisləri tərəfindən ölkənin müxtəlif bölgələrində yerləşən məktəblərdə şagird və müəllim heyəti üçün təlimlər keçiriləcək. Təlimlər zamanı iştirakçılara şəxsi məlumatların qorunması, sosial şəbəkələrdə davranış qaydaları, onlayn təhlükələrdən qorunma üsulları və məsuliyyətli internet istifadəsi barədə məlumatlar veriləcək.   Təlim zamanı iştirakçılarla real situasiyalar əsasında müzakirələr aparılacaq, praktik nümunələr üzərində işləniləcək. Maarifləndirici sessiyalar müasir tədris metodlarına uyğun olaraq interaktiv şəkildə təşkil olunacaq.

Nazir müavini İdris İsayev VII Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda iştirak edib

Oktyabrın 14-də Bakıda "Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda 7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilib.   Tədbir Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və BMT-nin birgə təşəbbüsü ilə baş tutub.   Açılış mərasimində çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva təhsili dünyanı dəyişdirən ən güclü vasitə kimi qiymətləndirib və “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya” proqramının növbəti mərhələsinin 2026-2030-cu illəri əhatə edəcəyini diqqətə çatdırıb.    Mərasimdə iştirak edən elm və təhsil nazirinin müavini İdris İsayev çıxışında bildirib ki, təhsilin inkişafı və innovativ ixtisasların geniş tətbiqi hər bir ölkə üçün, o cümlədən Azərbaycanın dayanıqlı inkişafı üçün strateji əhəmiyyət kəsb edir. Təhsilə yatırılan investisiyalar strateji baxımdan nəticəyönlüdür. Nazir müavini qeyd edib ki, təhsilin inkişafı hər bir sahənin inkişafına təkan verir və bu istiqamətdə dövlət tərəfindən mühüm addımlar atılır. Təhsil yalnız bilik və bacarıq qazanmaqdan ibarət deyil. Təhsil ölkənin iqtisadi inkişafını, sosial rifahını, idarəetmə strukturunu da müəyyənləşdirir. Təhsil yoxsulluğun azalmasına, sosial və gender bərabərliyinin təmin olunmasına mühüm təsir göstərir.   Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanda son illərdə təhsilin inkişafına xüsusi diqqət göstərildiyini diqqətə çatdırıb və təhsilin inkişafına qoyulan bu dəyəri gələcək üçün ən böyük sərmayə kimi qiymətləndirib. Birgə həyata keçirilən layihələrdən söz açan Bahar Muradova qeyd edib ki, bu təşəbbüslər sadəcə fərdi taleləri dəyişmir, regionlarda sosial ədaləti və gender bərabərliyini artırır.   Tədbir çərçivəsində BMT-nin iqtisadçısı Hurşid Rüstəmov tərəfindən “Azərbaycanda təhsil sektorunda öyrənmə nəticələrinin, fərqliliklərin və maliyyələşmənin təhlili” adlı hesabatın nəticələri təqdim olunub.   Daha sonra “Azərbaycanın dayanıqlı inkişafı üçün təhsilə investisiya” adlı panel müzakirəsi keçirilib. Panelə iqtisadiyyat nazirinin müşaviri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov moderatorluq edib.   Müzakirələrdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, BMT-nin Rezident Koordinatoru Ofisinin rəhbəri Kanako Mabuçi və "Gender Hub Azerbaijan" layihəsinin həmtəsisçisi Məryəm Məcidova iştirak ediblər.   Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Azərbaycan universitetlərinin beynəlxalq reytinq göstəriciləri barədə məlumat verib. Son illərdə açıq şəkildə yüksələn dinamikanın olduğunu qeyd edib.   Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.

“Təhsil” üzrə Alt İşçi Qrupu 2027–2030-cu illər üzrə elm və təhsil hədəflərini müzakirə edib

Oktyabrın 13-də Elm və Təhsil Nazirliyində “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış “Təhsil” üzrə Alt İşçi Qrupunun növbəti iclası keçirilib.   Elm və təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçirilən iclasa aidiyyəti dövlət qurumlarının nümayəndələri də qatılıblar.   İclas çərçivəsində 2027–2030-cu illərdə təhsil sahəsində həyata keçirilməsi planlaşdırılan islahatlar, strateji fəaliyyət istiqamətləri və Tədbirlər Planı ətraflı şəkildə müzakirə olunub.   İclas zamanı sözügedən İşçi Qrupunun üzvləri tərəfindən müxtəlif istiqamətlər üzrə təkliflər təqdim olunub, mövcud problemlər və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.  

SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə 17-19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF 2025) keçiriləcək.    Festivalın keçirilməsində əsas məqsəd STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılması, eləcə də STEAM əsaslı yanaşmanın tətbiqi ilə səmərəli istifadəyə dair innovativ həll və layihələrin hazırlanmasının təşviq edilməsidir.    Bu il artıq 5-ci dəfə keçirilən STEAM Azərbaycan Festivalı çərçivəsində 16 əsas və 2 alt kateqoriya üzrə yarışlar təşkil olunacaq. Kateqoriyalara “Gələcəyin mühəndisləri” (Engineers of Future), “Kinematoqrafiya” ( VidX:AI Motion Challenge), “Robotların mübarizəsi” ( VEX IQ/VEX Robotics Competition), “Mexatronika” (Mechatronics), “Suüstü gəmi” ( Boat Racing), “Bərpaolunan enerji” (H2 Pro Grand Prix Pro), “Dron texnologiyaları” ( FlyTech), “Sualtı gəmi” (Deep Dive), “İnnovasiya və sahibkarlıq” (İnnovation and Enterpreneurship), “Robotlarla futbol” (RoboSoccer), “Çevik və sürətli” (Fast and Furious), “Peyk texnologiyaları” (CubeSat), “Kompüterəsaslı layihələndirmə” (NextGen Creators), “Kompütürəsaslı istehsal” (Imagination to reality), “Strateji düşüncə və fəza təfəkkürü” (Rolling minds), “Robot oyunları” ( Submerged/RoboGames) daxildir.     Festivalda iştirak məqsədilə ümumilikdə 5000-dən çox iştirakçı qeydiyyatdan keçib. Onlardan 4791 nəfəri yerli, 261 nəfəri isə 26 xarici ölkəni təmsil edən iştirakçıdır.    Qeyd edək ki, STEAM - 5 əsas sahənin birgə tədrisidir. Belə ki, STEAM əsaslı tədris modeli elm (Science), texnologiya (Technology), mühəndislik (Engineering), incəsənət (Art), riyaziyyatı (Math) inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.

Biləsuvarda təhsil müəssisələrinin fəaliyyəti ilə tanışlıq olub

Oktyabrın 10-da Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli Biləsuvar rayonuna səfər edib.    Əvvəlcə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovla birgə ulu öndər Heydər Əliyevin büstü ziyarət edilib, önünə gül dəstələri düzülüb.    Səfər çərçivəsində Aparat rəhbəri Biləsuvar rayonu Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəb və Rafiq Əliyev adına 1 nömrəli körpələr evi–uşaq bağçasını ziyarət edib, tədris prosesi və müəssisələrin şəraiti ilə maraqlanıb, kollektivlə görüşərək təklif və rəylərini dinləyib.    Səfərin sonunda həmçinin vətəndaş qəbulu keçirilib, müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verilib.

İctimai təşəbbüslərin dəstəklənməsi üzrə qrant müsabiqəsi elan edilir

Elm və Təhsil Nazirliyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi elan edir. Qrant müsabiqəsi Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış və təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları üçün nəzərdə tutulur.   Müsabiqəyə təqdim olunacaq layihə təkliflərinin qəbulu 27 oktyabr 2025-ci il tarixinədək musabige@edu.gov.az elektron poçtu vasitəsilə aparılacaq. Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz:   “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi    

İlk dəfə Azərbaycanın 4 universiteti “Times Higher Education” qlobal reytinqində

Ölkə tarixində ilk dəfə 4 universitetimiz “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyi tərəfindən dərc olunan “Dünyanın ən yaxşı universitetlərinin reytinqi”nə (World University Rankings2026) daxil olub.   Xatırladaq ki, ötən il yalnız 2 universitetimiz bu siyahıda yer alıb, 2020-ci ildə isə universitetlərimiz ümumiyyətlə THE qlobal reytinqində təmsil olunmayıb.   2 universitetimiz mövqeyini ötən ilə nisbətən gücləndirib, digər 2 universitetimiz isə ilk dəfə sözügedən qlobal reytinqə daxil olub.   İlk dəfə bu reytinqə daxil olan Azərbaycan Dövlət İqtisad Universiteti TOP 1000-də qərarlaşıb. 1501+ diapazonunda təmsil olunan Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti müvafiq interval daxilində ötən ilə nisbətən mövqeyini gücləndirib. İlk dəfə bu reytinqə daxil olan digər universitetimiz – Azərbaycan Texniki Universiteti isə 1501+ diapazonunda yer alır.   Qeyd edək ki, Mərkəzi Asiya ölkələri arasında Azərbaycan bu reytinqə daxil olan universitet sayına görə 2-ci sıradadır. Cənubi Qafqaz regionunda isə Azərbaycan müvafiq göstərici üzrə lider mövqedədir.   Sözügedən qlobal reytinqin bütün meyarları üzrə Azərbaycan universitetlərinin göstəriciləri ortalama +4 bal dinamikası ilə yaxşılaşıb.

Alimlərə ilk dəfə limitsiz sayda ödənişsiz məqalə dərc etmək imkanı təqdim edilib

Elm və Təhsil Nazirliyi və Böyük Britaniyanın nüfuzlu Kembric Universitetinin “Cambridge Press” nəşriyyatı arasında əldə edilmiş razılığa əsasən, Azərbaycanda fəaliyyət göstərən bütün müəlliflər növbəti 3 il ərzində “Cambridge Press” tərəfindən nəşr edilən 422 yüksək impakt faktorlu, hibrid və “gold” açıq əlyetərli (Open Access) jurnallarda limitsiz sayda məqalə dərc etmək imkanı əldə edib.    “Web of Science” və “Scopus”da indekslənən bu jurnallarda açıq əlyetərli (Open Access) məqalə dərcinin qiyməti minlərlə manat dəyərində ölçülür. Sözügedən razılıq əsasında azərbaycanlı alimlər bu ödənişi etmədən öz məqalələrini Kembric Universiteti Nəşriyyatının jurnallarında dərc edə bilərlər. Razılaşma ölkənin 140 elmi və ali təhsil müəssisəsinə “Cambridge Press” nəşriyyatının jurnallarını müddətsiz oxumaq imkanını da təqdim edir.   Xidmətdən istifadə etmək istəyən müəlliflər “Cambridge Core” (cambridge.org/core/journals) platformasına daxil olaraq müvafiq qaydada yararlana bilərlər.

08/05/2026

Gənclər və İdman Nazirliyinin, “ASAN xidmət”in və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə mayın 8-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda Gənclər Forumu keçirilib. Forumda iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında bildirib ki, bilik, bacarıq, yaradıcı yanaşma və komanda ilə işləmək qabiliyyəti müasir gənclər üçün əsas amillərdəndir və ölkənin inkişafında yaradıcı gənclərin rolu böyükdür. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23029-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #HeydərƏliyev #GənclərForumu

Ətraflı
08/05/2026

Milanda Azərbaycan ali təhsilinə həsr olunmuş panel sessiya keçirilib İtaliyanın Milan şəhərində “Times Higher Education” reytinq agentliyinin təşkilatçılığı ilə keçirilən “Avropa Universitetlərinin Sammiti” çərçivəsində Azərbaycan ali təhsilinə həsr olunmuş panel sessiya təşkil edilib. “Azərbaycan təcrübəsi: universitetlər beynəlxalq strategiyasını necə formalaşdırır” mövzusunda keçirilən sessiyada Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov spiker qismində çıxış ediblər. Ülkər Səttarova çıxışında elm və ali təhsil sahəsində beynəlmiləlləşmə, bu istiqamətdə həyata keçirilən tərəfdaşlıqlar, Azərbaycanın beynəlxalq təhsil qrantı proqramları və “Study in Azerbaijan” layihəsinin əhəmiyyəti barədə danışıb. O, həmçinin beynəlxalq tədqiqat tərəfdaşlığı şəbəkəsinin genişləndirilməsinin vacibliyini qeyd edib. Ədalət Muradov isə Azərbaycan Dövlət İqtisad Universitetinin son illərdə beynəlxalq əməkdaşlıq və elmi tədqiqat fəaliyyətinin gücləndirilməsi istiqamətində görülən işlər, xarici tərəfdaş universitetlərlə icra olunan layihələr, əldə edilmiş nəticələr, qarşıda duran strateji hədəflər və planlaşdırılan fəaliyyətlər barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb. #EATDA #THE #Sammit

Ətraflı
07/05/2026

Azərbaycan universitetləri Milanda keçirilən beynəlxalq sammitdə təmsil olunur 5–7 may tarixlərində İtaliyanın Milan şəhərində “Times Higher Education” (THE) reytinq agentliyinin təşkilatçılığı ilə keçirilən “Avropa Universitetlərinin Sammiti”ndə Azərbaycan 5 aparıcı ali təhsil müəssisəsi ilə təmsil olunur. Sammitdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə yanaşı, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti UNEC, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti iştirak edir. Sammit çərçivəsində ali təhsil müəssisələrinin ölkə pavilyonunda nümayiş etdirilən stendlərində iştirakçılara universitetlərin fəaliyyəti, beynəlxalq əməkdaşlıq imkanları və təhsil proqramları barədə ətraflı məlumat təqdim olunur. #EATDA #THE #Sammit

Ətraflı