• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

MenyuMenyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı

Ümumi məlumat

Məktəbdənkənar təhsil uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki imkanlarının artırılmasını təmin edən təhsil növüdür.


İdman

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman profilli məktəbdənkənar təhsil müəssisələrinin siyahısı:

 

İdman növləri:

İdman profilli məktəbdənkənar təhsil müəssisələrində aşağıda qeyd olunan 29 idman növü üzrə bölmələr fəaliyyət göstərir:

1. Ağır atletika

2. Atletika

3. Idman gimnastikası;

4. Bədii gimnastika

5. Batut

6. Baydarka və kanoye;

7. Boks

8. Basketbol

9. Badminton

10. Karate

11. Cüdo

12. Futbol

13. Əl topu

14. Tennis

15. Stolüstü tennis

16. Sərbəst güləş

17. Yunan-roma güləşi

18. Üzgüçülük

19. Otüstü xokkey

20. Taekvando

21. Voleybol

22. Velosiped idmanı

23. Qılıncoynatma

24. Akrobatika gimnastikası

25. Tamblinq

26. Sambo

27. Atıcılıq

28. Şahmat

29. Dama

Yaradıcılıq

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən yaradıcılıq profilli məktəbdənkənar təhsil müəssisələrinin siyahısı:

 

Yaradıcılıq profilli məktəbdənkənar təhsil müəssisələrində aşağıda qeyd olunan istiqamətlər üzrə üzrə bölmələr fəaliyyət göstərir:

1. Təsviri incəsənət

2. Dekorativ-tətbiqi sənət

3. Xoreoqrafiya

4. Musiqi

5. Bədii yaradıcılıq

6. Texniki yaradıcılıq

7. İntellekt

8. Ekologiya

9. Turizm və diyarşünaslıq

10. Fiziki tərbiyə.

Məktəbdənkənar təhsil müəssisələrinin dərnək və qruplarına qəbul qaydaları

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində qısa müddətli dərnəklər istisna olmaqla dərnək məşğələləri sentyabrın 15-dən gec olmayaraq başlayır və bir qayda olaraq növbəti ilin iyun ayının 14-də başa çatdırılır. Dərnək və qruplarda komplektləşdirmə sentyabr-oktyabr aylarında aparılır. Dərnəklər proqramın tələblərindən asılı olaraq bütün tədris ili boyu, eləcə də daha qısa müddət üçün təşkil oluna bilər. Məktəbdənkənar təhsil müəssisələrinə qəbul üçün şagirdlər elektron qaydada https://portal.edu.az/  linki vasitəsilə və birbaşa müəssisələrə müraciət edərək aşağıdakı sənədləri təqdim etməklə müvafiq dərnəklərə qoşula və məşğul ola bilər:

-şagirdin və ya valideynin (onu əvəz edən şəxsin) ərizəsi;

-şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamənin surəti;

-sağlamlıq haqqında arayış (idman, texniki idman, turizm, xoreoqrafiya qruplarına qəbul zamanı);

-1 ədəd 3x4 ölçüdə fotoşəkil.