A
A
A
Segoe UI
Arial
Helvetica
Standart
Large

SOSİAL MEDİA

26/10/2026

? Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin açıqlaması İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəccüb və təəssüf doğurur. Bu, tamamilə yersiz açıqlama olaraq Azərbaycanın daxili işlərinə müdaxilə cəhdindən başqa bir şey deyildir. Heç kimə ölkəmizin daxili işlərinə, o cümlədən təhsil siyasətinə müdaxilə etməyə icazə verilmir və bu kimi müdaxilə cəhdlərinin qarşısı qətiyyətlə alınır. İran rəsmilərinə tövsiyə edərdik ki, başqa ölkələrin daxili işlərinə müdaxilə etmək əvəzinə öz ölkələrinin problemləri ilə məşğul olsunlar. İranın həyata keçirdiyi siyasət nəticəsində bu ölkədə Azərbaycan dilində tədris aparılan bir məktəb belə yoxdur. Ali təhsil müəssisələrində də Azərbaycan dilində tədris həyata keçirilmir. Halbuki İran əhalisinin təxminən 40 milyonunu köklü etnik azərbaycanlılar təşkil edir və onlar onilliklərdir öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər. İranın elm, tədqiqat və texnologiya naziri və bu mövzuda İranda çıxış edən digər şəxslər yaxşı olardı ki, Azərbaycanın daxili işlərinə müdaxilə etmək əvəzinə məhz bu məsələlərlə məşğul olsunlar və onilliklərdir davam edən bu misli görünməmiş ədalətsizliyin aradan qaldırılması üçün tədbirlər görsünlər.

More on Facebook
24/10/2026

Canva “Rəqəmsal məktəb” platformasında! Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən 28 oktyabr “Canva Rəqəmsal Məktəb Platformasında!” mövzusunda ödənişsiz vebinar keçiriləcək. Vebinarın əsas məqsədi müəllimləri Canva-nın “Rəqəmsal məktəb” platformasında təqdim etdiyi imkanlarla tanış etmək, rəqəmsal tədris resurslarının hazırlanması və bu alətlərdən tədris prosesində səmərəli istifadə yolları barədə məlumatlandırmaqdır. Vebinar çərçivəsində iştirakçılara Canva-nın təhsil sahəsində təqdim etdiyi imkanlar, interaktiv dərs materiallarının hazırlanması, süni zəka əsaslı alətlərin tətbiqi və platformanın “Rəqəmsal məktəb” üzərindən istifadəsi barədə məlumat veriləcək. Vebinar iştirakçılara Canva-nın imkanlarını yaxından tanımaq, rəqəmsal tədris resursları hazırlamaq və platformanın alətlərindən dərs prosesində səmərəli istifadə etməyi öyrənmək imkanı yaradacaq. ? Tarix: 28 oktyabr ? Saat: 19:00 ? Format: Onlayn İştirak ödənişsizdir və hər kəs üçün açıqdır! ? Vebinara qoşulmaq üçün keçid: https://bit.ly/4zRKydE #elmvətəhsilnazirliyi #edugovaz #canva

More on Facebook
24/10/2026

“Azıx – Bizə məktub var” sənədli filmi təqdim olunub. “Təhsil TV”nin ərsəyə gətirdiyi film Azərbaycanın qədim tarixə malik mühüm mədəniyyət abidələrindən biri olan Azıx mağarasının unikal keçmişinə həsr olunub. Ekran əsəri tariximizin dərindən öyrənilməsinə, keçmişlə müasir dövr arasında əlaqənin qurulmasına və milli-mədəni irsimizin qorunub saxlanılmasına töhfə vermək məqsədi daşıyır. #ElmVəTəhsilNazirliyi #TəhsilTV #AzıxMağarası #BöyükQayıdış

More on Facebook