• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının açılış mərasimi keçirilib

Elm və Təhsil Nazirliyi və COP29 Sədrliyinin dəstəyi, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə oktyabrın 24-də Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının açılış mərasimi keçirilib.

 

Bakı Ekspo Mərkəzində keçirilən tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, COP29 Azərbaycan Əməliyyat Şirkətinin nümayəndələri, ali təhsil və elmi müəssisələrin rəhbərləri, tanınmış ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.     

 

Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimdə əvvəlcə festivala dair videoçarx nümayiş etdirilib.  

 

Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev festivalın təhsil sahəsində nüfuzlu və əhəmiyyətli bir tədbir olduğunu diqqətə çatdırıb. Nazir STEAM-in tədrisində əsas məqsədin gələcək nəsli yeni çağırışlara hazırlamaq olduğunu vurğulayıb və bildirib ki, builki festival şagirdlərdə ətraf mühitin sağlamlaşdırılması barədə fikirlərin formalaşmasına kömək edəcək. 

 

Nazir çıxışının sonunda iştirakçılara uğurlar arzulayıb. 

 

Tədbirdə iştirak edən BMT-nin iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai öz növbəsində bildirib ki, COP29 ərəfəsində keçirilən builki festivalda əsas diqqətin yaşıl texnologiyalara yönəldilməsi mühüm əhəmiyyətə malikdir. Nigar Arpadarai STEAM təhsil metodunun sinergetik potensialı sayəsində iqlim dəyişmələrinin təsirlərini yumşaltmağın mümkünlüyünə də toxunub.

 

Daha sonra çıxış edən "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov bildirib ki, festivalın final mərhələsinə ümumilikdə 244 komanda üzrə 900-dən çox iştirakçı qoşulub və onlardan 146-sı Böyük Britaniya, Türkiyə, Pakistan, Türkmənistan, Qazaxıstan, Çexiya, Slovakiya və ABŞ daxil olmaqla 15 ölkəni təmsil edir. Layihə rəhbəri məzmunun hazırlanması və iştirakçıların qiymətləndirilməsi prosesində 10 ölkədən 17 münsifin iştirak etdiyini bildirib. İqrar Nəzərovun sözlərinə görə, festival çərçivəsində “Yaşıl təşəbbüslər”, “Yaşıl kodlaşdırma”, “Dron texnologiyaları”, “Bizim peykimiz”, “Robotların mübarizəsi”, “Gələcəyin mühəndisləri” və s. kimi mövzularda 9 kateqoriya üzrə yarış və sərgi-yarışlar təşkil olunacaq. 

 

İqrar Nəzərov STEAM layihəsinin hazırda ölkə üzrə 398 məktəb və 252 711 şagirdi əhatə etdiyini, 20-dən çox STEAM mərkəzinin fəaliyyət göstərdiyini vurğulayıb. İqrar Nəzərov həmçinin qeyd edib ki, layihə üzrə şagird sayının 2026-cı ilə kimi 300 minə çatdırılması nəzərdə tutulur.

 

Çıxışlardan sonra iştirakçıların festivala hazırlıq mərhələsini əks etdirən videoçarx təqdim olunub. 

 

Daha sonra festivalda iştirak edən yerli və xarici komandaların təqdimatı keçirilib. 

 

Açılış mərasimi bədii hissə ilə yekunlaşdırılıb. 

 

Qeyd edək ki, festival 24 – 25 oktyabr tarixlərində keçiriləcək. 

 

İki gün davam edəcək festivalda iştirakçılar COP29 Azərbaycan Əməliyyat Şirkətinin mütəxəssisləri tərəfindən keçirilən iqlim dəyişmələri və dayanıqlılıq mövzularında təlimlərə də cəlb olunacaqlar.

 

Builki festivalın məqsədi ənənəvi olaraq STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılması ilə yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar STEAM əsaslı yanaşmanın tətbiqi vasitəsilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatları və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll yollarının, eləcə də layihələrin hazırlanmasını təşviq etməkdir.


24.10.2024 - 16:00