Təhsil müəssisələrinin maliyyə-mühasibatlıq işçiləri üçün növbəti praktiki seminar keçirilib
Oktyabrın 21-də regional təhsil idarələrinin rəhbərləri, maliyyə-mühasibatlıq və insan resursları üzrə əməkdaşlarının, eləcə də Elm və Təhsil Nazirliyindən birbaşa maliyyələşdirilən bir sıra ümumi təhsil müəssisələrinin baş mühasiblərinin iştirakı ilə praktiki seminar keçirilib.
Seminarın açılışında çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli təhsil sahəsindəki əsas strateji hədəflər, bu istiqamətdə görülən işlər, tədbirin məqsəd və əhəmiyyəti barədə iştirakçıları məlumatlandırıb, onlara uğurlar arzulayıb.
Sonra Dövlət Vergi Xidmətinin Sosial Sığorta və Əmək Münasibətlərinə Nəzarət İdarəsinin Əmək münasibətlərinə nəzarət şöbəsinin rəisi Vüsal Qəhrəmanov “Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulmalar üzrə vahid bəyannamə (hesabatı)” və Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktor müavini Ruslan Abuşov “Sosial sığorta ödəmələri ilə bağlı sığortaedənlərə texniki-metodiki dəstəyin göstərilməsi, bu sahədə tətbiq edilmiş yeniliklər” barədə təqdimatlarla çıxış ediblər.
Daha sonra Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov və Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli təhsil idarələrinin tabeliyində olan müəssisələrdə xərclərin səmərəli və optimal idarəedilməsi istiqamətində görülən tədbirlər barədə təqdimatlar ediblər.
Seminar Bakı Şəhəri üzrə Təhsil İdarəsi, eləcə də Elm və Təhsil Nazirliyinin Maliyyə şöbəsinin müvafiq təqdimatları və müzakirələrlə başa çatıb.
1 il əvvəl
Digər xəbərlər
-
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
11.09.2026 - 16:00 -
Emin Əmrullayev AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda iştirak edib
10.09.2026 - 17:00 -
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır
09.09.2026 - 16:39 -
Nazir müavini Həsən Həsənli Qazaxda vətəndaşları qəbul edəcək
09.09.2026 - 16:10 -
Elm və təhsil naziri İTV-nin “Diqqət mərkəzi” proqramında qonaq olub
09.09.2026 - 12:14
