? Elm və Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin inzibati heyət üzvlərinin müraciətlərinin operativ cavablandırılması və texniki məsələlərin həllinə kömək göstərilməsi məqsədilə 146-4 dəstək xətti istifadəyə verilib. Dəstək xətti vasitəsilə ümumi təhsil müəssisələrinin rəhbərləri və inzibati heyət üzvləri müəssisələrin texniki təminatı və elektron jurnaldan istifadə ilə bağlı qarşılaşdıqları məsələlər barədə müraciət edə biləcəklər. Müraciətlər aşağıdakı istiqamətləri əhatə edəcək: · Ümumi təhsil müəssisələrində internet bağlantısı ilə bağlı məsələlər; · Elektron jurnaldan istifadə zamanı yaranan sual və çətinliklər; · Ümumi təhsil müəssisələrində qarşıya çıxan digər texniki məsələlər. Yeni dəstək xətti ümumi təhsil müəssisələrinin rəqəmsal xidmətlərdən istifadəsi zamanı qarşılaşdıqları texniki çətinliklərin operativ şəkildə aradan qaldırılmasına xidmət edir. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #TSİİ
MoreNoyabrın 11-də elm və təhsil naziri Emin Əmrullayev Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Lu Mei ilə görüşüb. Görüş çərçivəsində iki ölkə arasında elm və təhsil sahəsində mövcud əlaqələr, eləcə də gələcəkdə icrası nəzərdə tutulan birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
More#Azərbaycan #9Noyabr #AzərbaycanBayrağı
More