Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir

Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün kiçik qrant müsabiqəsi elan edir. Müsabiqə üzrə qrant məbləğinin yuxarı həddi 30 000 (otuz min) manatdır.   Müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna oktyabrın 22-dən başlanılır. Bu proses noyabrın 12-dək davam edəcək. Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək, qaliblər müəyyənləşdiriləcək və adları elan ediləcək.   Müsabiqənin mövzuları, iştirakla bağlı əsas tələblər və sənədlərlə aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz: Qrant müsabiqəsinin elanı Kiçik qrant müsabiqəsi layihə İcra planı Büdcənin maliyyə əsaslandırılması Media subyektində yayılmış məlumatlar

Süni intellekt və kibertəhlükəsizlik sahəsində inkişafın sürətləndirilməsi üzrə qrant müsabiqəsi elan edilir

Elm və Təhsil Nazirliyi Nazirlər Kabinetinin 11 oktyabr 2017-ci il tarixli 416 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”na uyğun olaraq, süni intellekt və kibertəhlükəsizlik sahəsində inkişafın sürətləndirilməsi üzrə qrant müsabiqəsi elan edir.   Müsabiqədə Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrdə çalışan alimlər, tədqiqatçılar və mütəxəssislər iştirak edə bilərlər.   Qrant müsabiqəsində iştirak etmək istəyənlər tələb olunan sənədləri 20 oktyabr 2026-cı il tarixindən etibarən https://anket.edu.az/user/385  elektron platforması vasitəsilə göndərməli, müraciətin qəbulu təsdiqləndikdən sonra isə sənədlərin çap olunmuş nüsxələrini 2 noyabr 2026-cı il tarixindən gec olmayaraq Elm və Təhsil Nazirliyinə təqdim etməlidirlər.   Müraciətlərin qəbulu ilə bağlı texniki çətinliklərlə qarşılaşmamaq üçün iddiaçılara sənədlərini son günlərə saxlamadan təqdim etmələri tövsiyə olunur.   Müraciətin qəbul edildiyini təsdiqləyən elektron məktub 3 iş günü ərzində daxil olmadığı təqdirdə iddiaçılar (+994 51) 201 29 71 nömrəsi ilə əlaqə saxlaya bilərlər.   Qeyd edək ki,  qrant müsabiqəsinin əsas məqsədi süni intellekt və kibertəhlükəsizlik sahələri üzrə elmi potensialı gücləndirmək və elmi-texniki tərəqqini sürətləndirmək, rəqabətqabiliyyətli tədqiqat layihələrini dəstəkləmək, elmi nəticələrin praktik tətbiqini və kommersiyalaşdırılmasını təşviq etməkdir.   Müsabiqənin şərtləri, iştirak qaydaları və tələb olunan sənədlər barədə ətraflı məlumatla aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz: Qrant müsabiqəsinin elanı * İştirak ərizəsi forması * Layihə təklifi forması * CV forması

“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı

Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı

Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN

Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində "Mədəniyyət Könüllüləri" İctimai Birliyinin təşkilatçılığı ilə məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalına start verilir.    Festivalın əsas məqsədi şagirdlər arasında xor mədəniyyətinin inkişaf etdirilməsi, milli musiqi dəyərlərinin təbliği və kollektiv ifa bacarıqlarının formalaşdırılmasıdır.    Layihə Bakı şəhəri və regionlarda yerləşən dövlət ümumi təhsil müəssisələrini əhatə edir.    Layihə çərçivəsində qeydiyyatdan keçən dövlət ümumi təhsil müəssisələrinin musiqi müəllimləri üçün şagirdlərlə xor dərslərinin təşkilinə dair öncədən məlumatlandırıcı sessiya və təlimlər keçiriləcək. Daha sonra isə təlimlərdə iştirak etmiş müəllimlər tərəfindən dövlət ümumtəhsil məktəblərində xor dərsləri və kollektiv ifa məşqləri təşkil olunacaq, həmçinin şagirdlərdən ibarət xor kollektivləri yaradılacaq. Xor kollektivi formalaşdıran müəllimlər daha sonra festivalda iştirak edə biləcəklər.   Xor kollektivləri aşağıdakı yaş qruplarını əhatə edəcək: * 7–10 yaş * 11–14 yaş * 15–18 yaş   Festivalın iki mərhələli seçim turunu uğurla başa vuran 10 xor kollektivi layihənin yekununda keçiriləcək Qala konsertdə səhnə alacaq və mükafatlandırılacaqlar.   Qeyd edək ki, festival çərçivəsində xor dərslərinin keçirilməsi qaydalarını əhatə edən 5–7 dəqiqəlik videomateriallar hazırlanaraq təqdim olunacaq. Bu təlim və videomateriallar məktəblərdə xor fəaliyyətinin daha sistemli və keyfiyyətli təşkilinə dəstək xarakteri daşıyır.    Festivalda iştirak etmək üçün aşağıda qeyd olunan keçid vasitəsilə qeydiyyatdan keçə bilərsiniz: https://forms.gle/NTwawXtV89ZcaeM98   Qeydiyyat üçün son müraciət tarixi: 15 aprel, 2026-cı il   Qeydiyyat zamanı hər hansı sual yaranarsa:   Əlaqə nömrəsi: 050-461-57-55   Elektron poçt ünvanı: info@medeniyyetkonulluleri.az

“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi

2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir

“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi

Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının operatorunun seçilməsi ilə bağlı müsabiqə

SOCAR-ın “Elm və Təhsil Fondu”nun müsabiqə elanı

03/11/2026

Noyabrın 2-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Tərtər rayonuna səfər edib. Səfər çərçivəsində bir sıra təhsil müəssisələrinin fəaliyyəti ilə tanışlıq, vətəndaş qəbulu, eləcə də görüşlər keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23435-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
02/11/2026

? Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayır

Ətraflı
02/11/2026

Ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqasının 2026/2027 mövsümünə start verilib. 15 ali təhsil müəssisəsinin komandasının mübarizə apardığı liqaya 2027-cı ilin may ayında yekun vurulacaq. Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında futzal idman növünün təbliği, perspektivli idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması və tələbələrdən ibarət yığma komandanın formalaşdırılmasından ibarətdir. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23434-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #Futzal

Ətraflı