“Peşə təmayüllü siniflər” layihəsi
Yaranma tarixi: 2019-2020-ci tədris ili
Məqsəd: Ümumi orta təhsil bazasında təhsilalanların peşə təhsilinə hazırlanması, onların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi, peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnmələri yolu ilə əmək bazarına hazırlanmasının təmin edilməsidir.
Məlumat: Peşə təmayüllü sinifləri bitirən şagirdlər tam orta təhsil haqqında sənəd almaqla yanaşı, müvafiq peşələrə də yiyələnirlər. Bu da onların əmək bazarında özlərinə rahat iş tapmalarına yardım edir.
Əhatə dairəsi: Hazırda layihə 326 məktəb və pilot olaraq 1 xüsusi təhsil məktəbi, 536 sinif və 1 xüsusi təhsil sinfi, 1073 ixtisas qrupu, 9000-dən çox şagird və 1400-ə qədər müəllim heyətini əhatə edir.
Layihə çərçivəsində 4 profil üzrə dülgər, çilingər, aşpaz, kombi-kondisioner ustası, mebel quraşdırma, aqronom, dərzi, qənnadçı, bərbər, manikür və pedikür üzrə mütəxəssis, ofisiant və barista, foto və videoqraf, telefon təmiri üzrə usta, helpdesk, qrafik dizayner, kompüter operatoru peşə ixtisasları tədris edilir.

