Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Respublika fənn olimpiadalarına qeydiyyat başlayır

26 noyabr saat 15:00-dan etibarən respublika fənn olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesinə başlanılacaq. Qeydiyyat prosesi 9 dekabr tarixinədək davam edəcək.   Şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər.   Qeydiyyatla bağlı yaranan hər hansı çətinliklə əlaqədar +994 50 791 46 31 nömrəsinə “Whatsapp” üzərindən müraciət etmək mümkündür.   Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi informatika fənni üzrə VIII-IX siniflər üçün 28 dekabrda, X-XI siniflər üçün 29 dekabrda, digər fənlər üzrə isə 22 dekabrda əvvəlcədən müəyyənləşdirilmiş mərkəzlərdə keçiriləcək.   VIII-XI sinif şagirdlərinin iştirak etdiyi respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix olmaqla 8 fənn üzrə təşkil olunur.   Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə özünəinam hissini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafı istiqamətində tədbirlər müəyyənləşdirmək, həmçinin məktəblilərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdır.   Qeyd edək ki, fənn olimpiadaları Kapital Bankın baş sponsorluğu ilə təşkil edilir.

Məktəbəqədər təhsil müəssisələrində müdir çalışmaq istəyənlərin nəzərinə!

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.   Müsabiqənin elektron sənəd qəbulu mərhələsi 27 noyabr - 4 dekabr tarixlərini əhatə edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər 27 noyabr saat 11:00-dan 4 dekabr saat 11:00-dək https://miq.edu.az/directors/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.   Müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər.

Məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsinə başlanılıb

25 noyabr saat 11:00-dan etibarən məktəbəhazırlıq qrupları və 1-ci sinif şagirdlərinin yerdəyişməsi prosesinə start verilib. Proses www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.    Bununla yanaşı, müxtəlif səbəblərdən 10-cu siniflərə qəbul üçün gecikən şagirdlər 1 dekabr tarixinədək müvafiq portal vasitəsilə ümumi təhsil müəssisələrinə müraciət edə bilərlər.   Qeyd edək ki, 2024-2025-ci tədris ilinin birinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesinə 1 noyabr 2024-cü il tarixindən başlanılıb.

Apellyasiya Şurasının iclası keçirilib

Noyabrın 23-də elm və təhsil nazirinin müavini, Nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə Apellyasiya Şurasının növbəti iclası keçirilib. İclasda Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizəd Ayşən Əliyeva, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun məsləhətçisi vəzifəsinə namizədlər Vüsalə Qəndəliyeva, Rəhman Zeynalov və Fərid İsayevin müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə  baxılıb. İclasda müsahibə komissiyası üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb, 2 şikayətin qismən təmin edilməsi və 2 şikayətin təmin edilməməsi barədə qərarlar qəbul olunub.   

Elm və təhsil naziri Balakəndə vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 6 dekabr tarixində Balakən şəhərində vətəndaşları qəbul edəcək.     Qəbulda Balakən, Zaqatala, Qax, Qəbələ, Şəki və Oğuz  sakinləri iştirak edə bilərlər.    Adları çəkilən şəhər və rayonların sakinləri 27 noyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

“QS Quacquarelli Symonds” Beynəlxalq Reytinq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib

Noyabrın 19-da elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan dünyanın nüfuzlu reytinq təşkilatlarından biri "QS Quacquarelli Symonds"un Baş vitse-prezidenti Ben Sauterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.   Görüş zamanı Azərbaycan ali təhsil müəssisələrinin QS qlobal reytinqində cari göstəricilərinin təhlili təqdim olunub və gələcək inkişaf imkanları müzakirə edilib.

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru ilə görüş keçirilib

Noyabrın 19-da elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.   Görüş çərçivəsində ISESCO ilə ikitərəfli əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.    Qeyd edək ki, Salim bin Məhəmməd əl-Malik noyabrın 18-də COP29 çərçivəsində təhsil üzrə keçirilmiş yüksək səviyyəli panellərdə də iştirak edib.

Elm və təhsil naziri “TikTok” şirkətinin nümayəndələri ilə görüşüb

Noyabrın 19-da elm və təhsil naziri Emin Əmrullayev “TikTok” şirkətinin nümayəndə heyətini qəbul edib.   Görüşdə qurumun dövlət siyasəti üzrə vitse-prezidenti Helena Lerç, Şərqi Avropa regionu üzrə dövlət siyasəti və korporativ əlaqələr departamentinin direktoru Sergey Sokolov və şirkətin dövlət qurumları üzrə məsləhətçisi Emin Axundov iştirak ediblər. Görüş zamanı “TikTok” şirkəti ilə elm və təhsil sahəsində birgə əməkdaşlığın qurulması müzakirə edilib, geniş cəmiyyət üçün maarifləndirici təşəbbüslər və layihələr barədə fikir mübadiləsi aparılıb.   Həmçinin təhsilverənlərə öz təhsil məzmununu tanıtmağa imkan verən yeni təşəbbüslərin həyata keçirilməsi istiqamətində təkliflər müzakirə edilib. Bununla yanaşı, müxtəlif ölkələrdə müəllimlər tərəfindən aparılan təhsil kanallarının nümunələri təqdim edilib və platformanın imkanlarının təhsil məzmununun yaxşılaşmasına verdiyi töhfələr müzakirə edilib.

Emin Əmrullayev Dünya Bankının Təhsil üzrə Qlobal Direktoru ilə görüşüb

Noyabrın 19-da elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan Dünya Bankının Təhsil üzrə Qlobal Direktoru Luis Benveniste ilə görüşüb.   Görüş çərçivəsində Dünya Bankı ilə ikitərəfli əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.    Qeyd edək ki, Luis Benveniste noyabrın 18-də COP29 çərçivəsində təhsil üzrə keçirilmiş yüksək səviyyəli panellərdə də iştirak edib.

Azərbaycanın 7 ali təhsil müəssisəsi “QS Dünyanın ən yaxşı universitetlərinin reytinqi: Dayanıqlılıq 2025”ə daxil olub

İlk dəfə Azərbaycanın 7 ali təhsil müəssisəsi “QS Dünyanın ən yaxşı universitetlərinin reytinqi: Dayanıqlılıq 2025”ə daxil olub.   Sözügedən reytinqdə dünyanın 107 ölkəsindən 1751 ali təhsil müəssisəsi təmsil olunur.    Ötən il yalnız 2 ali təhsil müəssisəmizin təmsil olunduğu bu reytinqdə Azərbaycan ali təhsil müəssisələrinin sayı 3,5 dəfə artıb. Xüsusilə qeyd edək ki, Azərbaycan sözügedən reytinqdə ilk dəfə TOP 1000-də Bakı Dövlət Universiteti (941-950) ilə təmsil olunur. Azərbaycan Dövlət İqtisad Universiteti 1081-1100-cü yerdə qərarlaşıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (1351-1400), Bakı Mühəndislik Universiteti (1451-1500), Azərbaycan Texniki Universiteti (1501+), Azərbaycan Memarlıq və İnşaat Universiteti (1501+) və Xəzər Universiteti (1501+) isə ilk dəfə bu reytinqdə yer alırlar. Eyni zamanda, Azərbaycan Cənubi Qafqaz regionu üzrə “QS Dünyanın ən yaxşı universitetlərinin reytinqi: Dayanıqlılıq 2025” də təmsil olunan yeganə ölkədir.    Azərbaycan universitetlərinin sözügedən reytinqin 2024 və 2025 buraxılışlarında mövqeləri aşağıdakı cədvəldə təqdim olunur:

10/05/2026

Ulu öndərin məzarı ziyarət edilib Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıb. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.

Ətraflı
10/05/2026

Bu gün Azərbaycan xalqının Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin doğum günüdür. Ulu öndər bütün fəaliyyəti boyunca təhsili dövlət siyasətinin ən prioritet istiqamətlərindən biri hesab etmiş, gənclərin savadlı, vətənpərvər və milli dəyərlərə bağlı şəkildə yetişməsinə xüsusi önəm vermişdir. Heydər Əliyevin söylədiyi kimi:“Təhsil sahəsi xalqımızın bu günü, millətimizin və dövlətimizin gələcəyi üçün ən vacib sahədir”. Bu dəyərli fikir bu gün də ölkəmizdə təhsil siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. #HeydərƏliyev #ÜmummilliLider #UluÖndər #103İl #10May

Ətraflı
09/05/2026

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonuna səfər çərçivəsində Şükürbəyli kəndində inşa edilmiş 360 şagird yerlik məktəb binasının açılışını ediblər. Məktəbdə tədrisin yüksək səviyyədə aparılması üçün zəruri fənn kabinetləri, həmçinin fizika, kimya, biologiya laboratoriyaları, informatika, texnologiya, ibtidai hərbi hazırlıq sinifləri var. Bundan başqa, məktəbdə kitabxana, akt və idman zalları, yeməkxana müəllim və şagirdlərin ixtiyarına verilib. Ərazidə, eyni zamanda, futbol və basketbol meydançaları da yaradılıb. Qeyd edək ki, müasir təhsil ocaqlarının qurulması işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin mühüm tərkib hissəsidir. Ən yüksək standartlara cavab verən təhsil müəssisələri yeni texnologiyalarla, zəruri maddi-texniki baza ilə təchiz olunur. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23032-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı