• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bu il 98649 nəfər XI sinfi bitirir

2022-2023-cü tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sayı 1 707 279 nəfər təşkil edib.    Cari tədris ilində ümumi təhsil müəssisələrində 98649 nəfər XI sinfi, 145597 nəfər isə IX sinfi bitirir.      Bu tədris ilində ölkə üzrə 151 560 şagird birinci sinfi bitirir.    Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 90 666 uşaq təhsil alıb.

BSU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli əməkdaşlıq müqaviləsi imzalanıb

İyunun 13-də Təhsilin İnkişafı Fondu (TİF), Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və Bakı Slavyan Universiteti (BSU) arasında IELTS imtahanına təşviqlə bağlı layihə çərçivəsində üçtərəfli əməkdaşlıq müqaviləsi imzalanıb.     Sözügedən layihənin məqsədi universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların ingilis dilini mənimsəməsi üçün uyğun əlverişli şəraitin yaradılması fəaliyyətinin dəstəklənməsidir.   Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev bu layihənin universitetin yenidən təşkili və inkişafına töhfə verəcəyindən əmin olduğunu bildirərək onun yaratdığı imkanların bütün BSU ailəsi üçün gələcək perspektivlər açdığını qeyd edib.   TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov sözügedən layihənin ali təhsil müəssisələrinin elmi-pedaqoji heyəti, tələbələri və ümumilikdə təhsil sisteminin inkişafı üçün yaradacaq imkanları vurğulayıb.    Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri səlahiyyətlərini icra edən Yaqub Piriyev müqavilənin əhəmiyyətindən danışıb. Yaqub Piriyev bakalavr və magistrlar üçün ali təhsilin növbəti pillələrində dil üzrə imtahanlarda uğur qazanmaq üçün şərait yaradıldığını qeyd edib.    TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova da öz növbəsində imzalanan müqavilənin ali təhsil müəssisəsinin həm akademik heyəti, həm də tələbələri üçün faydalı olduğunu qeyd edib, hər kəsin bu müqavilənin yaratdığı imkanlardan bəhrələnəcəyinə əminliyini ifadə edib.   Sonra üçtərəfli müqavilənin imzalanma mərasimi keçirilib.

Ukraynalı müəllim və şagirdlər akademik Zərifə Əliyeva adına liseydə olublar

İyunun 13-də ölkəmizdə səfərdə olan Ukraynanın Zərifə Əliyeva adına İrpen humanitar xarici dillər liseyinin direktor, müəllim və şagird heyəti Bakıda akademik Zərifə Əliyeva adına liseyi ziyarət edib.    Liseylə tanışlıq çərçivəsində qonaqlara təhsil müəssisəsinin məzunu, Vətən müharibəsi şəhidi Namiq Quliyev haqqında məlumat verilib. Qonaqlar liseyin robototexnika otağı, kitabxana və idman zalına baxış keçiriblər.     Hər iki liseyin direktoru bu səfəri təhsil ocaqları arasındakı əməkdaşlıq istiqamətində atılan addım kimi yüksək dəyərləndirib, gələcəkdə hazırkı əməkdaşlıq və dostluğun möhkəmlənəcəyinə inamlarını ifadə ediblər.    Daha sonra şagirdlərin ifasında rəqs nömrələri nümayiş etdirilib, musiqilər səsləndirilib.

Sabah məktəblərdə “Son zəng”dir

İyunun 14-də ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri keçiriləcək. Tədbir hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında  təşkil olunacaq.   “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilərlər. “Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək.    Qeyd olunan məsələlər müvafiq əmrdə vurğulanıb.

Ukraynalı müəllim və şagirdlər ölkəmizdə səfərdədirlər

Ukraynanın akademik Zərifə Əliyeva adına İrpen humanitar xarici dillər liseyinin direktor, müəllim və şagird heyəti ölkəmizdə səfərdədir.    Səfərin məqsədi qardaşlaşmış məktəblər nümunəsinin daha intensiv şəkildə təqdim edilməsi, şagirdlər arasında ünsiyyətin qurulması, iki ölkə arasında əlaqələrin daha da dərinləşdirilməsidir.   Nümayəndə heyətinin birhəftəlik səfər proqramına Fəxri xiyaban, Şəhidlər xiyabanı, Hərbi Qənimətlər Parkı, Heydər Əliyev Mərkəzi və STEAM İnnovasiya Mərkəzinə ziyarət daxil edilib.    Qonaqların həmçinin akademik Zərifə Əliyeva adına lisey, Bakı Avropa liseyi və bir neçə təhsil müəssisəsi ilə tanışlığı nəzərdə tutulub.    Səfər çərçivəsində akademik Zərifə Əliyeva adına İrpen humanitar xarici dillər liseyinin direktorunun Naxçıvan şəhərinə səfəri, Zərifə Əliyeva adına Şahtaxtlı kənd məktəbi, ulu öndər Heydər Əliyev adına məktəb və muzeyi ziyarəti də təşkil ediləcək.

Valideynlərin nəzərinə!

20 iyun saat 11:00-dan etibarən tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibələrdən uğur qazanan uşaqlar üçün məktəb seçimi prosesinə başlanılacaq.     Eyni zamanda, həmin tarixdən 27 iyun saat 18:00-dək “Ankara məktəbi” məktəb-lisey, İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi, İ.Əfəndiyev adına Elitar gimnaziya, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi, T.Həsənov adına 23 nömrəli tam orta məktəb, 132-134 nömrəli təhsil kompleksi, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, Zəngi liseyi və 160 nömrəli Klassik gimnaziyanın rus bölməsi üçün prioritetlər üzrə üstünlüyü olan uşaqların məktəb seçimi, prioriteti olmayan uşaqlar üçün isə müsabiqələrə qeydiyyat prosesinə başlanılacaq.     Qeyd edək ki, yuxarıda adları qeyd edilmiş ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə 1-ci siniflərinə prioritetlər üzrə üstünlüyü olan uşaqların qəbulu müsabiqədənkənar aparılır. Bunun üçün valideyn elektron sistemdə övladı üçün prioritetlər üzrə sorğu yerləşdirməlidir.     Bakı Avropa liseyi, Respublika incəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbinin 1-ci siniflərinə həm Azərbaycan bölməsi, həm də rus bölməsi üzrə qəbul yalnız müsabiqə yolu ilə aparılır. Qeyd edilən tarixlərdə həmin müəssisələr üçün də müsabiqələrə yazılma aktiv olacaq. 

II Bakı Elm Olimpiadasının qalibləri mükafatlandırılıb

İyunun 12-də ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş II Bakı Elm Olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Olimpiada Bakıda yerləşən ümumi təhsil müəssisələrinin şagirdləri arasında təşkil edilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, elm və təhsil nazirinin müşaviri Nigar Bağırlı, Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, millət vəkilləri, nazirlik yanında İctimai Şuranın sədri Günel Səfərova və digər qonaqlar iştirak ediblər. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə II Bakı Elm Olimpiadası barədə videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onları daim həvəsləndirmək, yaradıcılığa və elmə maraqlarını artırmaq məqsədilə keçirilən müsabiqə, eləcə də olimpiadaları yüksək qiymətləndirib. Aparat rəhbəri əlavə edib ki, təşkil edilən yarışlar şagirdlərin nəzəri və təcrübi biliklərini təkmilləşdirir, onlara beynəlxalq və yerli olimpiadalarda iştirak təcrübəsi qazandırır. BŞTİ-nin müdiri Mehriban Vəliyeva da öz növbəsində II Bakı Elm Olimpiadasını yüksək təhsilli, intellektual Azərbaycan gəncliyinin yetişməsinə hər zaman qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə məktəblilərin ən dəyərli töhfəsi kimi dəyərləndirib. BANM-in rektoru Elmar Qasımov belə olimpiadaların şagirdlərin bilik və bacarıqlarının artırılmasına, təlim motivasiyasının yüksəldilməsinə müsbət təsir göstərdiyini deyib, qaliblərə uğurlar arzulayıb. Daha sonra müsabiqə üzrə I, II, III yerlərin qalibi olan şagirdlərə medal, diplom və hədiyyələr təqdim olunub.

Xaricdə təhsil üzrə Dövlət Proqramına sənəd qəbulu davam edir

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2023-2024-cü tədris ili üzrə sənəd qəbulu davam edir. Proses 14 iyul 2023-cü il tarixinədək davam edəcək.   Müvafiq elan mətni ilə keçiddən tanış ola bilərsiniz.   Qeyd edək ki, tədris ilinin başlamasına az vaxt qaldığı üçün müraciətlərin qısa müddətdə edilməsi tövsiyə olunur.

“Təhsilimiz: dünəndən sabaha” adlı elmi-praktik konfrans keçirilib

İyunun 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU)  “Təhsilimiz: dünəndən sabaha” adlı elmi-praktik konfrans keçirilib. Konfrans Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu, Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və ADPU-nun təşkilatçılığı ilə baş tutub. Humanist Pedaqogika üzrə Beynəlxalq Təhsil Təşkilatları Assosiasiyasının prezidenti, Əməkdar müəllim Asif Cahangirovun 75 illiyinə həsr edilən konfransa Qazaxıstan, Yeni Zelandiya, Rusiya, Gürcüstan və Azərbaycandan elm və təhsil xadimləri qatılıblar. Konfransın məqsədi dünəndən sabaha yönələn təhsili müzakirə etmək, təhsildə keyfiyyətin yüksəldilməsinə nail olmaq üçün perspektivləri nəzərdən keçirmək, qabaqcıl beynəlxalq təcrübə və yeni yanaşmalarla tanış olmaqdır. “Optimist baxışlarla” devizi altında “T-Network” platformasının rəhbəri Cəfər Mənsiminin moderatorluğu ilə keçirilən tədbirdə əvvəlcə yubiliyarın elmi-pedaqoji fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru Cəfər Cəfərov Elm və Təhsil Nazirliyinin dəstəyi ilə rəhbərlik etdiyi ali təhsil müəssisəsində pedaqoji elmə töhfələr verən alimlərin irsinin tanıdılmasına həsr olunmuş tədbirlərin ənənəvi xarakter aldığını diqqətə çatdırıb. Rektor çıxışında Asif Cahangirovun təhsil sahəsində zəngin təcrübə və dayanıqlı səriştələrə malik olduğunu vurğulayıb, ona xatirə hədiyyəsi təqdim edib. Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev son bir əsrdə Azərbaycan təhsilinin inkişafının müxtəlif ictimai-siyasi şəraitlərdən keçərək bir çox sınaqlara məruz qaldığını diqqətə çatdırıb. Vətən müharibəsindəki tarixi zəfərimizə toxunan Emin Əmrullayev diqqətə çatdırıb ki, bu il ilk dünyəvi məktəbimiz olan Şuşa şəhəri 1 nömrəli məktəbin təmirdən sonra açılışı olacaq. Bu, tarixi zəfərimizin və Azərbaycan təhsilinin böyük simvoludur. Elm və təhsil naziri çıxışında  Azərbaycan təhsilində tədqiqatlara əsaslanan elmiliyi artırmağın zəruriliyini vurğulayıb. Nazir “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda 2026-cı ilə qədər olan dövr üçün təhsilin inkişafı baxımından əsas hədəflərin əks olunduğunu və bu istiqamətdə planlı fəaliyyətin icra edildiyini bildirib. Sonda nazir qeyd edib ki, təhsilin inkişafında son illərin əhəmiyyətli yanaşmalarından biri də Azərbaycanın beynəlxalq qiymətləndirmə tədqiqatlarına qatılmasıdır. Sonra Əməkdar müəllim Asif Cahangirov, Humanist Pedaqogika üzrə Beynəlxalq Mərkəzin fəxri prezidenti Şalva Amonaşvili, Yeni Zelandiyadan olan təhsil üzrə məsləhətçi Qreem Pollok, Bakı Slavyan Universitetinin prorektoru Ənvər Abbasov, BŞTİ-nin müdiri Mehriban Vəliyeva və digər iştirakçılar çıxış ediblər. Tədbirdə Asif Cahangirova Humanist Pedaqogika üzrə Beynəlxalq Mərkəzin ali mükafatlarından olan “Ruh qəhrəmanı” ordeni təqdim olunub. Elmi-praktik konfrans bədii qiraət dəqiqələrindən sonra müzakirələrlə davam etdirilib.

4-cü siniflərdə monitorinq keçirilib

Bu gün Elm və Təhsil Nazirliyi tərəfindən ölkənin dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq təşkil olunub.   Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılıb.   Monitorinqin nəticəsi nə şagirdlərin yekun balına, nə də onların sinifdən sinfə keçmələrinə təsir göstərmir.   Əsas məqsəd ibtidai təhsilin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını, eləcə də problemləri və ehtiyacları müəyyən etmək və onlara uyğun tədbirlər görməkdir.   Monitorinq zamanı şagirdlərə tədris dili üzrə 30 qapalı sual, riyaziyyat fənni üzrə isə 27 qapalı və 3 açıq sual təqdim olunub.

28/05/2024

Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biridir. ?????? #ElmVəTəhsilNazirliyi #28may #MüstəqillikGünü #MüstəqilAzərbaycan

Ətraflı
27/05/2024

Azyaşlı uşaqlara iqlim dəyişmələri və dayanıqlılıqla bağlı biliklərin aşılanmasını nəzərdə tutan “Yaşıl bağça” layihəsinə start verilib.

Ətraflı
27/05/2024

Mayın 27-də elm və təhsil naziri Emin Əmrullayev İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Naharla görüşüb. #ElmVəTəhsilNazirliyi #EduAz Ətraflı: https://bit.ly/4dUiEDH

Ətraflı