• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Elm və təhsil naziri Naxçıvanda “Son zəng” tədbirində

İyunun 14-də elm və təhsil naziri Emin Əmrullayev Naxçıvan şəhəri Heydər Əliyev adına tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində iştirak edib. 

 

Tədbirdən əvvəl Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri düzülüb. 

 

Daha sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub. 

 

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 
 
Elm və təhsil naziri Emin Əmrullayev 2023-cü ilin "Heydər Əliyev İli" olduğunu xatırladaraq "Son zəng" tədbirinin Naxçıvanda ulu öndərin adını daşıyan məktəbdə keçirilməsinin əhəmiyyətini qeyd edib. 

 

2022-2023-cü tədris ilinə Ağalı kənd tam orta məktəbində ilk zənglə başlanıldığını xatırladan Emin Əmrullayev tədris ili çərçivəsində Talış və Suqovuşan kənd tam orta məktəblərinin də istifadəyə verilməsini qürurverici hadisə olaraq qiymətləndirib. 

 

Çıxışının sonunda məzunları təbrik edən elm və təhsil naziri təkcə akademik nailiyyətlərə deyil, həm də vətəndaş dəyərlərinə malik olmağın vacibliyini bildirib. 
 
Daha sonra Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov məzunları təbrik edib, onlara gələcək həyatlarında nailiyyətlər arzulayıb.   
 
Tədbir ədəbi-bədii kompozisiyalarla davam etdirilib. 
 
Qeyd edək ki, 2022-2023-cü tədris ilində ölkə üzrə 98 649 nəfər XI sinfi bitirir. Onlardan 3 166 nəfəri Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərindən məzun olur.


1 il əvvəl