Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Minasız Azərbaycan” yaradıcılıq müsabiqəsinin qalibləri seçilib

Aprelin 3-də "Minasız Azərbaycan" – Uşaqların Yaradıcı Gücü ilə Mina Təhlükəsizliyi" adlı tədbir çərçivəsində "Minasız Azərbaycan" yaradıcılıq müsabiqəsinin final mərhələsi keçirilib. Müsabiqənin məqsədi yaradıcı yanaşma ilə mina təhlükəsizliyi mövzusunda uşaqlar arasında maarifləndirməni genişləndirmək olub. Rəsm, heykəltaraşlıq, video və süni intellekt vasitəsilə yaradılan qrafik dizayn nominasiyaları üzrə keçirilən "Minasız Azərbaycan" yaradıcılıq müsabiqəsinə məktəblilər tərəfindən 100-dən çox rəsm, heykəltaraşlıq, süni intellekt (AI) ilə yaradılmış qrafik dizayn, mina təhlükəsi ilə bağlı maarifləndirici vizual materiallar, fotoşəkil və digər yaradıcılıq nümunələri təqdim edilib.  Final mərhələsində müsabiqəyə təqdim olunan işlər arasından dörd nominasiya üzrə I, II, III yerlər üzrə qaliblər seçilərək diplom və mükafatlarla təltif olunublar.  Tədbir zamanı sərgilənən yaradıcılıq nümunələri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və mina təhlükəsizliyi mövzusunda maarifləndirmə işlərinin yaradıcı yanaşma ilə aparılmasının əhəmiyyəti bir daha vurğulanıb.  Tədbir çərçivəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin birgə təşkil etdiyi sərginin hazırlıq mərhələsində uşaqlar peşəkar müəllim və metodistlərin rəhbərliyi ilə mina təhlükəsizliyi mövzusunda öz rəsm əsərlərini yaradıblar.  Qeyd edək ki, 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsinə qarşı Mübarizə Gününə həsr olunan, Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə keçirilən "Minasız Azərbaycan" – Uşaqların Yaradıcı Gücü ilə Mina Təhlükəsizliyi" adlı tədbirin əsas məqsədi uşaqlara mina təhlükəsizliyi barədə biliklərin aşılanması və bu istiqamətdə yaradıcı potensiallarının inkişaf etdirilməsi olub.  

“Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib

Aprelin 2-də “Təhsil oyunları platforması” layihəsi çərçivəsində şagirdlər arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib.   İki mərhələdən ibarət olan çempionatın ilkin seçim turu onlayn formatda həyata keçirilib.    Final mərhələsində Bakı, Sumqayıt, Ucar, Quba, Lənkəran, Astara, Saatlı, İsmayıllı, Goranboy, Şəki, Şirvan, Gəncə, Balakən, Ağdam, Cəbrayıl məktəblilərindən ibarət 39 komanda iştirak edib.   Finalçılara 3 tur olmaqla ümumilikdə 36 sual təqdim edilib. Final oyunun nəticələrinə əsasən, VI-IX sinif şagirdləri arasından Saatlı rayonu Əlisoltanlı kənd tam orta məktəbinin “Birlik” komandası I, Quba rayonu Alekseyevka kənd tam orta məktəbinin “Second RT team” komandası II, Bakı şəhəri Humanitar fənlər təmayüllü məktəb-liseyinin “Golden Humanitar” komandası isə III yerə layiq görülüb.    X-XI sinif şagirdləri arasında keçirilən yarışda isə Bakı şəhəri 287 nömrəli “Zəkalar” liseyinin "Zəkalar Sr" komandası I, Şirvan şəhəri 1 nömrəli tam orta məktəbi “Moonlight” komandası II, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyasının “Dahilər” komandası III yerə layiq görülüb.   Qalib komandalar kubok, medal, diplom və hədiyyələrlə təltif ediliblər.    Qeyd edək ki, 2020-ci ildən Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və Kapital Bankın dəstəyi ilə “Təhsil oyunları platforması” layihəsi çərçivəsində  “Nə? Harada? Nə zaman?” oyunu keçirilir.

Tələbə yaz məktəbləri yekunlaşıb

Azərbaycan Dövlət İqtisad Universitetinin Quba Tədris, İdman və İstirahət Kompleksində 24-28 mart tarixlərində keçirilən "Beynəlxalq münasibətlər və diplomatiya", "İT və proqramlaşdırma" və "Riyaziyyat" üzrə tələbə yaz məktəbləri yekunlaşıb.   Təhsil İnstitutu, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, "Pathtomath" həvəskar riyaziyyatçılar klubu, “Strateji Düşüncə” Tələbə Diplomatiya Mərkəzi və EESTEC Baku təşkilatının birgə təşəbbüsü ilə təşkil olunan yaz düşərgələri tələbə və məzunların müvafiq sahələrə olan marağını artırmağa, bu sahələr üzrə bilik və bacarıqlarını inkişaf etdirməyə, onların akademik və peşəkar inkişafına töhfə verməyə yönəlib.    Beş gün ərzində davam edən yaz məktəblərində ümumilikdə 80 tələbə və məzun iştirak edib.   Beynəlxalq münasibətlər və diplomatiya üzrə keçirilən yaz məktəbində ölkənin aparıcı universitetlərinin beynəlxalq münasibətlər, hüquq və siyasi elmlər sahələri üzrə təhsil alan tələbələri iştirak edib. Yaz məktəbi çərçivəsində tanınmış mütəxəssislər tərəfindən Azərbaycanın xarici siyasəti, qlobal və regional məsələlər, dəyişən dünya nizamı, Yaxın Şərq, geosiyasət kimi fərqli mövzularda interaktiv təlim görüşləri keçirilib, gənclərin hazırladıqları akademik məqalələr üzrə qiymətləndirmə və fikir mübadiləsi aparılıb. Yaz məktəbində, həmçinin, Birləşmiş Millətlər Təşkilatı Modeli (Model United Nations - MUN) simulyasiya konfransı baş tutub. Konfrans zamanı gənclər BMT-nin Təhlükəsizlik Şurasının simulyasiya sessiyalarında müxtəlif ölkələri təmsil edərək “Yaxın Şərqdə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında Təhlükəsizlik Şurasının effektiv rolunun təmin edilməsi” mövzusunda çıxışlar edib, problemlərin həlli üzrə diplomatik müzakirə və debatlarda iştirak edərək sonda yekun qətnamə hazırlayıblar.    Ali təhsil müəssisələrinin riyaziyyat, fizika və texniki ixtisaslar üzrə tələbə və məzunlarının iştirakı ilə təşkil edilən “MathCamp 2025” çərçivəsində isə müəllim və dosentlər tərəfindən iştirakçılarla riyaziyyatın və xətti cəbrin tətbiqi sahələri, mürəkkəb problemlərin həlli üsulları, məntiqi təfəkkürün inkişaf etdirilməsi, riyaziyyat və fizikanın müasir elmdə və texnologiyada rolu kimi mövzular üzrə təlimlər həyata keçirilib və gənclərə müvafiq sahələr üzrə praktiki nümunələr göstərilib. Təlimlərlər yanaşı iştirakçılar arasında inteqral və törəmə duelləri keçirilib.    İT və proqramlaşdırma üzrə yaz düşərgəsi ali təhsil müəssisələrinin kompüter elmləri və kompüter mühəndisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi və əlaqəli ixtisasları üzrə tələbə və məzunlarının iştirakı ilə keçirilib. Düşərgə çərçivəsində sahə üzrə mütəxəssislər və təcrübəli mentorlar gənclərə proqramlaşdırmanın fundamental prinsipləri, proqramlaşdırma dilləri və onların tətbiq sahələri, alqoritmik düşüncə, süni intellekt, proqramlaşdırma sahəsində müasir yanaşmalar və texnologiyalar, kibertəhlükəsizlik və startap ekosistemi haqqında geniş məlumat verib və onlarla peşəkar təcrübələrini bölüşüblər. Görüşlər zamanı iştirakçılar komandalar şəklində real layihələr, keyslər və digər praktiki tapşırıqlar üzərində işləyərək alqoritmlərin qurulması, kodlaşdırma texnikaları və s. istiqamətlər üzrə əldə etdikləri bilik və bacarıqları təkmilləşdiriblər.    Təlim və görüşlərlə yanaşı, hər üç düşərgənin iştirakçıları birlikdə müxtəlif intellektual oyunlarda, komanda quruculuğu fəaliyyətlərində və düşərgələrarası həvəskar stolüstü tennis və voleybol turnirlərində aktiv iştirak ediblər.    Düşərgənin son günündə hər üç yaz məktəbinin iştirakçıları ilə birlikdə "Azərbaycan 2050" simulyasiya yarışı keçirilib. Simulyasiya yarışında komanda şəklində birgə işləyən tələbələr onların qarşısına qoyulmuş hədəfə nail olmaq üçün kütlə qarşısında çıxış etmə, fikirlərini əsaslandıra bilmə, faktlara istinad etmə, məhdud resurslardan maksimum səmərəli istifadə edə bilmə səriştələrini nümayiş etdiriblər.   İştirakçılar Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Heydər Əliyev Mərkəzi, Qırmızı Qəsəbə və Quba Soyqırımı Memorial Kompleksini də ziyarət ediblər.    Yaz məktəblərinin bağlanış mərasimində gənclərin düşərgə ərzində aktiv fəaliyyəti yüksək qiymətləndirilib və iştirakçılara sertifikatlar təqdim edilib.

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinə sənəd qəbulu davam edir

Elm və Təhsil Nazirliyi tərəfindən elan edilən Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinə layihə sənədlərinin qəbulu davam edir. Layihə sənədlərinin qəbulu 10 aprel 2025-ci il tarixinədək  www.grants.edu.az  saytı üzərindən həyata keçirilir.   Müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq istənilən ümumi təhsil müəssisəsində çalışan pedaqoji işçilər iştirak edə bilərlər.  Müsabiqənin keçirilməsində əsas məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır.   Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz. Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsi

Elm və təhsil naziri Sabirabadda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 18 aprel tarixində Sabirabad şəhərində vətəndaşları qəbul edəcək.   Qəbulda Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd sakinləri iştirak edə bilərlər.    Adları çəkilən rayonların sakinləri 10 aprel (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

Tələbə yaz məktəbləri uğurla davam edir

Martın 24-dən başlayan “Beynəlxalq münasibətlər və diplomatiya üzrə yaz məktəbi”, “Math Camp 2025” və “İT və proqramlaşdırma üzrə yaz məktəbi” uğurla davam edir.    UNEC-in Quba Tədris, İdman və İstirahət Mərkəzində keçirilən yaz məktəbləri Təhsil İnstitutu, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “Strateji Düşüncə” Tələbə Diplomatiya Mərkəzi, “Path to Math” həvəskar riyaziyyatçılar klubu və EESTEC Baku tərəfindən təşkil olunub.   Yaz məktəblərinin əsas məqsədi iştirakçıların fərqli sahələr üzrə bilik və bacarıqlarını artırmaq, təcrübi təhsil imkanlarından yararlanmalarına və onların intellektual mühitdə inkişafına dəstək olmaqdır.    İlk iki gün ərzində iştirakçılar müxtəlif sahələr üzrə peşəkar ekspertlər tərəfindən aparılan təlimlərə, interaktiv müzakirələrə və praktiki məşğələlərə qatılıb.   Beynəlxalq münasibətlər və diplomatiya üzrə yaz məktəbi çərçivəsində qlobal geosiyasi tendensiyalar, beynəlxalq münasibətlərdə əsas amillər və regional əməkdaşlıq perspektivləri müzakirə edilib.    Math Camp-2025 çərçivəsində riyaziyyatın nəzəri və tətbiqi aspektləri, eləcə də müxtəlif riyazi modellərin real həyatda istifadəsi mövzularında praktiki məşğələlər keçirilib.    İT və proqramlaşdırma üzrə yaz məktəbi çərçivəsində isə müasir proqramlaşdırma dilləri, süni intellekt və böyük verilənlər (Big Data) sahəsində intensiv təlimlər təşkil olunub.    İlk iki gün ərzində keçirilən sessiyalar iştirakçıların elmi araşdırma, analitik düşünmə və yaradıcı yanaşma bacarıqlarını inkişaf etdirməsinə şərait yaradıb. Təlimlərin sonunda iştirakçılar qrup işləri, təqdimatlar və müzakirələr vasitəsilə əldə etdikləri bilikləri nümayiş etdiriblər.   Qeyd edək ki, yaz məktəbləri 28 mart tarixinədək davam edəcək. Növbəti günlərdə iştirakçıları daha geniş spektrli mövzular üzrə seminarlar, praktiki məşğələlər, sahə üzrə tanınmış mütəxəssislərlə görüşlər və interaktiv təlimlər gözləyir.

Emin Əmrullayev Fransa və digər Qərbi Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev Paris şəhərinə səfəri çərçivəsində Fransa və digər Qərbi Avropa ölkələrində təhsil alan azərbaycanlı doktorantlarla görüşüb.   Azərbaycan Respublikasının Fransadakı Mədəniyyət Mərkəzində baş tutan görüşdə Emin Əmrullayev ölkəmizdə elm və təhsil sahəsinin inkişafına davamlı göstərilən dövlət qayğısını vurğulayaraq ali təhsil sistemində son illərdə aparılan islahatlar, təhsil sistemindəki yeniliklər barədə tələbələrə məlumat verib. Nazir Qarabağ Universitetində mövcud olan tədris imkanlarını, o cümlədən xaricdə təhsil üzrə cari Dövlət Proqramının müddətinin 2028-ci ilədək uzadılması və doktorantlar üçün müvafiq kvotanın ayrılması məsələlərini xüsusilə vurğulayıb.   Görüş çərçivəsində Emin Əmrullayev tələbələri maraqlandıran sualları cavablandırıb, doktorantların gələcəkdə akademik və elmi fəaliyyəti ilə bağlı imkanlarına dair müzakirələr aparıb.   Nazir gənclərimizi təhsillərini bitirdikdən sonra ölkəmizdə elmi fəaliyyətlə məşğul olmağa, elm və ali təhsilin inkişafına töhfə verməyə çağırıb.

Emin Əmrullayev malayziyalı həmkarı ilə görüşüb

Martın 26-da elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu” çərçivəsində Malayziyanın elm, texnologiya və innovasiyalar naziri Çanq Lih Kanq ilə ikitərəfli görüş keçirib.   Görüş zamanı ölkələr arasında elm sahəsində cari əməkdaşlıq müzakirə edilib. Tərəflər potensial inkişaf perspektivləri üzərində də fikir mübadiləsi aparıb.

Elm və təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin Paris səfəri çərçivəsində ikitərəfli görüşləri davam edir

Martın 26-da elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu” çərçivəsində UNESCO Baş direktorunun Təhsil üzrə köməkçisi Stefania Giannini ilə görüşüb.   Görüş zamanı iqlim dəyişikliyi üzrə məlumatlılığın artırılması məqsədilə UNESCO-nun qlobal təşəbbüsü olan "Yaşıl Təhsil Tərəfdaşlığı" çərçivəsində Azərbaycan ilə UNESCO arasında əməkdaşlıq müzakirə olunub.   Elm və təhsil naziri Azərbaycanın təşəbbüsü ilə şagirdlərin iqlim savadlılığının Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı (PISA) çərçivəsində ölçülməsi məsələsinə toxunaraq bu istiqamətdə həyata keçiriləcək işlər barədə fikir mübadiləsi aparıb.   Eyni zamanda, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Elm və təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Parisdə bir sıra görüşlər keçirib

UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edən elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti 25 mart tarixində UNESCO Baş direktorunun Təbiət elmləri üzrə müavini Lidiya Brito ilə görüşüb.   Görüşdə təbiət elmləri sahəsində birgə layihələrin həyata keçirilməsi və institusional tərəfdaşlıqların genişləndirilməsi imkanları müzakirə olunub. Həmçinin COP29 çərçivəsində Elm və Təhsil Nazirliyi ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) arasında əldə edilmiş razılığa əsasən şagirdlərin iqlim savadlılığı üzrə göstəricilərinin Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramına (PISA) daxil edildiyini nəzərə alaraq bu istiqamətdə mümkün əməkdaşlıq imkanları müzakirə edilib.   Bundan əlavə, STEAM layihəsi üzrə beynəlxalq təcrübə mübadiləsinin inkişaf perspektivləri dəyərləndirilib.   Nümayəndə heyəti daha sonra Mərakeş Krallığının ali təhsil, elmi tədqiqatlar və innovasiyalar naziri Azzedine El Midaoui ilə görüşüb. Görüş zamanı iki ölkə arasında elm və ali təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.

30/07/2026

Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb 10 iyul 2026-cı il tarixində keçirilmiş Akkreditasiya Şurasının iclasında Bakı Qızlar Universiteti üzrə müvafiq Akkreditasiya Komissiyaları tərəfindən hazırlanmış institusional və proqram akkreditasiyası üzrə yekun qiymətləndirmə hesabatları müzakirə edilib. Universitetdə aparılmış qiymətləndirmə zamanı ali təhsil müəssisəsinin fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən, dövlət təhsil standartlarının, normativ hüquqi aktların və keyfiyyət təminatı tələblərinin yerinə yetirilməsində ciddi uyğunsuzluqlar müəyyən edilib. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 30 iyul 2026-cı il tarixli 92 nömrəli Sərəncamı ilə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Bakı Qızlar Universitetinə verilmiş 2018-ci il 11 sentyabr tarixli EL-358/2018 nömrəli lisenziyanı ləğv edib. Qeyd edək ki, Bakı Qızlar Universitetində təhsil alan tələbələrin təhsilinin fasiləsizliyinin və təhsil hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə ixtisaslarına uyğun köçürülməsi təmin ediləcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23253-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
30/07/2026

✨ 24-30 iyul tarixlərində Litvanın Kaunas şəhərində keçirilən 10-cu Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında məktəblilərimiz ? 3 bürünc medal qazanıblar. ?? Şagirdlərimizi bu münasibətilə təbrik edir və onlara daha böyük nailiyyətlər arzulayırıq! #ElmvəTəhsilNazirliyi #ARTİ #Olimpiada #İnformatika

Ətraflı
30/07/2026

Tələbələrin yerdəyişməsi üzrə nəticələr elan edilib

Ətraflı