• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Lisey və gimnaziyalara qəbul imtahanları keçirilib

İyunun 16-da bir sıra lisey və gimnaziyaların 7 və 8-ci siniflərinə mərkəzləşdirilmiş qaydada qəbul imtahanları keçirilib.  

 

İmtahanlar Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, Gəncə, Mingəçevir, Şəki, Şirvan, Ağdaş, Ağstafa, Lənkəran, Biləsuvar, Şəmkir, Quba, Şamaxı, Qobustan və Oğuz üzrə ümumilikdə 35 mərkəzdə təşkil edilib.  

 

Qeyd edək ki, şagirdlər iyunun 21-dən sy.edu.az platformasına daxil olmaqla şəxsi kabinetlərindən nəticələrini əldə edə bilərlər. Müvafiq keçid balı toplanıldığı təqdirdə lisey və ya gimnaziya seçimi etmək mümkündür.  


1 il əvvəl