• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

2022-2023-cü tədris ili rəqəmlərdə

Məktəbəqədər və ümumi təhsil

 

151 560 uşaq birinci sinfə gedib

Ölkə üzrə I siniflərə 151 560 uşaq qəbul edilib.

 

90 666 uşaq məktəbəhazırlığa cəlb edilib

Ümumilikdə 5 448 məktəbəhazırlıq qrupuna 90 666 uşaq cəlb olunub.

 

İcmaəsaslı məktəbəqədər təhsil qrupları

Ölkə üzrə 55 rayon və şəhərdə təşkil edilən 843 icmaəsaslı məktəbəqədər təhsil qrupunda 14 789 nəfər 3-4 yaşlı uşaq təhsilə cəlb edilib.

 

Məktəbəqədər təhsil

48 951 nəfərdən çox uşaq elektron qaydada məktəbəqədər təhsil müəssisələrinə qəbul edilib.

 

Məktəb tikintisi

30 məktəb istifadəyə verilib, 30 modultipli məktəb quraşdırılıb. Cari ildə ölkə ərazisində 37 ümumi təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri, 651 ümumi təhsil müəssisəsi və 301 məktəbəqədər təhsil müəssisəsinin isə cari təmiri nəzərdə tutulub.

 

İşğaldan azad edilmiş ərazilərdə məktəb tikintisi

Hazırda işğaldan azad edilmiş ərazilərdə təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası həyata keçirilir.

Şuşa şəhəri 1 nömrəli 960 şagird yerlik tam orta məktəb ilə Füzuli şəhərində Özbəkistan Hökumətinin dəstəyi ilə tikilən 960 şagird yerlik ümumtəhsil məktəbinin tikinti işlərinin, Laçın şəhəri 2 nömrəli tam orta məktəb ilə Zabux kənd 176 şagird yerlik ümumtəhsil məktəbinin binasında bərpa-gücləndirmə və əsaslı təmir işlərinin başa çatdırılması növbəti tədris ilinin əvvəlinə planlaşdırılır.

Ağdam şəhərində 960 şagird yerlik 1 nömrəli tam orta məktəb və Cəbrayıl şəhərində 960 şagird yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbin tikinti işlərinin 2024-cü ildə başa çatdırılması nəzərdə tutulub. 

Hazırda Şuşa Real Məktəbinin layihələndirilmə və bərpası ilə bağlı layihə-smeta sənədləri hazırlanır, tarixi binanın qorunması işləri tamamlanmaq üzrədir. Layihələndirilmə işlərinin sentyabr ayında yekunlaşdırılması nəzərdə tutulub.

Zəngilan və Kəlbəcər şəhərlərinin hər birində 960 şagird yerlik tam orta məktəb binalarının tikintisi ilə bağlı layihə-smeta sənədləri hazırlanır. Tikinti işlərinə cari ilin sentyabr-oktyabr aylarında başlanılması planlaşdırılır. Bundan başqa, Füzuli şəhərində layihələndirilməsi və tikintisi nəzərdə tutulmuş Füzuli peşə liseyinin tikinti işlərinə də cari ilin sentyabr-oktyabr aylarında başlanılması nəzərdə tutulur.

Qubadlı şəhərində 600 şagird yerlik tam orta məktəb binasının təməli qoyulub. Layihə-smeta sənədlərinin hazırlanması işlərinə başlanılacaq.

İşğaldan azad edilmiş ərazilərdə təmir-tikinti işlərinin davamı olaraq Xocavənd rayonunun Hadrut qəsəbəsində 360 şagird yerlik tam orta məktəb binasının bərpa-gücləndirmə və əsaslı təmiri nəzərdə tutulur.

Qeyd edək ki, Zəngilan rayonunun Ağalı kəndində 288 şagird yerlik tam orta məktəb və 60 uşaq yerlik məktəbəqədər təhsil müəssisəsi, Tərtər rayonunun Talış kəndində 144 şagird yerlik ümumtəhsil məktəbi, 78 uşaq yerlik məktəbəqədər təhsil müəssisəsi və Suqovuşan kəndində 144 şagird yerlik ümumtəhsil məktəbi inşa edilərək artıq istismara verilib.  

 

Ümumi təhsil müəssisələrinin internetə çıxış və İKT avadanlıqları ilə təminatı

Ümumilikdə ölkə üzrə 4 349 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) və internetə çıxışla təmin edilib.

Bunlardan 1 290-ı fiber-optik, 1 936-sı  simsiz (4G) və 1 123-ü ADSL rabitə kanalı vasitəsilə çıxışla təmin edilib.  Fiber-optik bağlantı ilə təmin edilmiş 1 290 təhsil müəssisəsindən 1 098-i ümumi təhsil müəssisəsidir. Məktəblərə 43 350 kompüterin paylanılması nəzərdə tutulub.

 

Elektron təhsil texnologiyalarının tətbiqi genişləndirilib

Cari ildə milli kurikuluma uyğun 3 185 videodərs hazırlanıb və www.video.edu.az portalında yerləşdirilib. www.video.edu.az portalında hazırda müxtəlif fənlər üzrə 17 317 videodərs mövcuddur.

 

"Rəqəmsal bacarıqlar" layihəsi

2022-2023-cü tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi 48 region üzrə 418 məktəbdə 300 000-dən çox şagirdi əhatə edib. 

2022-2023-cü tədris ilindən etibarən 23 məktəbdə rəqəmsal bacarıqlar təmayüllü siniflər yaradılıb. Sözügedən siniflərdə 700-dən çox şagird təhsil alıb və onlara həftədə 5 saat olmaqla informatika fənni tədris edilməyə başlanılıb. 

 2021-2022-ci tədris ilində sözügedən layihə 250 məktəbdə 190 000-dən çox şagirdi əhatə edib. 

 

STEAM

2022-2023-cü tədris ilində STEAM layihəsi 318 ümumtəhsil məktəbi və 23 STEAM Mərkəzini əhatə edib. Ümumilikdə 135 minə yaxın şagird STEAM tədrisinə cəlb edilib. 

BMT-nin Uşaq Fondunun Azərbaycan Nümayəndəliyinin STEAM layihəsi ilə əməkdaşlığı çərçivəsində "Qızların STEAM və rəqəmsal bacarıqlar sahəsində karyera seçiminə dəstək" proqramının tətbiqinə başlanılıb. Bərdə, Lənkəran, Tovuz, Şirvan və Sabirabad STEAM mərkəzlərində təşkil olunan layihəyə 100 şagird cəlb olunub.  

Qeyd edək ki, 2021-2022-ci tədris ilində STEAM layihəsi 302 ümumtəhsil məktəbi və 13 STEAM Mərkəzini əhatə edib. Ümumilikdə 91 000-ə yaxın şagird STEAM tədrisinə cəlb edilib.

 

Peşə təmayüllü siniflər

2022-2023-cü tədris ilində "Peşə təmayüllü siniflərin təşkili" layihəsi 80 məktəbdə 124 sinfi və 2 164 şagirdi əhatə edib. Layihənin əhatə etdiyi bütün məktəblərdə “STEAM” və “Sürücülük” modulları tətbiq edilməyə başlanılıb.

 

“eTwinning” layihəsi

“eTwinning” layihəsinə ölkə üzrə bu günədək 1 141 məktəbdən 4 180 müəllim qatılıb və Avropanın 40-a yaxın ölkəsindən olan pedaqoji işçilərlə 4 445 beynəlxalq təhsil layihəsi icra edilib. 2022-2023-cü tədris ili üzrə layihə 345 təhsil müəssisəsini, 652 təhsilverən və 643 ortaq dərs modelini əhatə edib.

 

Beynəlxalq fənn olimpiadalarında yüksək nəticə

Azərbaycan məktəbliləri müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə iştirak edərək 1 qızıl, 11 gümüş, 17 bürünc və 5 həvəsləndirici mükafat olmaqla ümumilikdə 29 medal əldə ediblər.

 

Məktəbdənkənar fəaliyyət

Şagird və tələbələrin iştirakı ilə cari ildə 4 beynəlxalq tədbir, 3 respublika müsabiqə-festivalı, 5 konsert proqramı, ekskursiya və idman üzrə turnirlər təşkil edilib. Sözügedən tədbirlərə 50 000-ə yaxın iştirakçı cəlb olunub.

Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri respublika yarışlarında 462 qızıl, 413 gümüş, 627 bürünc, beynəlxalq yarışlarda isə 107 qızıl, 72 gümüş, 122 bürünc olmaqla ümumilikdə 569 qızıl, 485 gümüş və 749 bürünc medal qazanıblar.

 

Şəhid ailəsi üzvlərinin, qazi və Vətən müharibəsi iştirakçılarının işə qəbulu

Şəhid və hərbçi ailəsi üzvlərinin, Vətən müharibəsi iştirakçısı, qazisi və onların ailə üzvlərinin sosial müdafiəsi və məşğulluğunun təmin edilməsi məqsədilə digər pedaqoji vəzifələr üzrə 2021-ci ilin fevral ayından 2023-cü ilin 1 iyun tarixinə kimi 3 396 nəfər Elm və Təhsil Nazirliyinə tabe müəssisələrdə işlə təmin olunub. Onlardan 1 011 nəfəri 2022-2023-cü tədris ilində işə qəbul edilib.

Ötən tədris ilində bu qrupdan olan 408 nəfər işlə təmin edilib.

 

Müəllimlərin işə qəbulu üzrə müsabiqə

2022-2023-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində 13 280 vakant yer elan edilib. Ümumilikdə 10 minə yaxın müəllim işə qəbul edilib.

 

 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi

Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində ümumilikdə 1 510 nəfər uğur qazanıb. Eyni zamanda, 248 müəllim elektron platforma üzərindən iş yerini qarşılıqlı olaraq dəyişib.

 

Müəllimlərin sertifikatlaşdırılması

2022-ci ildə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinə ilkin mərhələdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən regional təhsil idarələrinə tabe olan, həmçinin Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimləri cəlb olunublar. Test mərhələsinə dəvət edilən 11 665 nəfərdən 11 211-i imtahanda iştirak edib və onlardan 8 843-ü keçid balını toplayıb. Müsahibə mərhələsində 8 784 nəfər təhsilverən iştirak edib və onlardan 8 751-i uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub.

Sertifikatlaşdırmadan keçmiş 3 127 təhsilverənin vəzifə maaşına 35 faiz, 5 624 təhsilverənə isə 10 faiz əlavə edilib.

 

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu

2022-ci ildə ilk dəfə olaraq məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə təşkil edilib. Ölkə üzrə 9 imtahan mərkəzində təşkil edilən test imtahanı mərhələsinə 5 508 namizəd dəvət olunub. Cari tarixədək 129 namizəd işlə təmin olunub.

 

***

 

Peşə təhsili

 

Tələbə sayı 19 000 nəfəri keçib

 Peşə təhsili üzrə tələbə qəbulu 126 ixtisas üçün aparılıb. Peşə təhsili müəssisələrinə qəbulla bağlı ümumilikdə 93 500 müraciət daxil olub, 19 043 nəfər tələbə adını qazanıb. Ötən illə müqayisədə qəbul olunan şəxslərin sayı 14% artıb.

 

Yüksək texniki peşə təhsili səviyyəsi üzrə tələbə qəbulu

2022-2023-cü tədris ilində 5 regionda fəaliyyət göstərən 8 peşə təhsili müəssisəsində yüksək texniki peşə təhsili səviyyəsi üzrə də tələbə qəbulu aparılıb. Belə ki, yüksək texniki peşə təhsili səviyyəsində 17 ixtisas üzrə tələbə qəbulu həyata keçirilib və 820 nəfər tələbə adını qazanıb. Hazırda respublika üzrə 1 466 tələbə yüksək texniki peşə təhsili səviyyəsində təhsil alır.

 

Dual peşə təhsili proqramları

2022-2023-cü tədris ilində dual təhsil proqramı (usta yanında şagirdlik) üzrə 15 peşə təhsili müəssisəsində 44 qrupda tədrisə başlanılıb. Proqram üzrə hazırda 785 tələbə təhsil alır. Ümumilikdə 9 regionu əhatə edən proqrama 70-dən çox işəgötürən tərəfdaş dəstək verir. Sənaye, turizm, xidmət, kənd təsərrüfatı kimi müxtəlif sahələri əhatə edən proqram 23 ixtisası əhatə edir.

 

İxtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu

Peşə təhsili müəssisələrində kadr potensialının gücləndirilməsi məqsədilə 2022-2023-cü tədris ilində keçirilmiş mərkəzləşdirilmiş müsabiqələrin nəticələrinə əsasən 32 ümumtəhsil fənn müəllimi, 89 istehsalat təlimi ustası və 25 ixtisas fənn müəllimi işə qəbul olunub.

 

Direktor və direktor müavinlərinin işə qəbulu

Mərkəzləşdirilmiş imtahan müsabiqəsi əsasında 18 nəfərin direktor müavini, 19 nəfərin isə direktor vəzifəsi üçün təyinatı aparılıb.

 

***


Ali təhsil və elm

 

61087 tələbə

2022-2023-cü tədris ilində bakalavriat səviyyəsinə 49085, magistratura səviyyəsinə 11541 nəfər, rezidentura səviyyəsinə isə 461 nəfər olmaqla ümumilikdə 61087 nəfər qəbul olub.

 

Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində xaricdə təhsil üçün 1 300-dən çox müraciət

2023-2024-cü tədris ilində HTP çərçivəsində təhsil almaq üçün (Macarıstan, Çin, Rumıniya,  Türkiyə, Qazaxıstan, Slovakiya üzrə) ölkələrin ayırdığı kvotaya əsasən 242 nəfərin əsas, 204 nəfərin isə ehtiyat olaraq namizədliyi diplomatik kanallar vasitəsilə sözügedən ölkələrin müvafiq qurumlarına ötürülüb.Cari ilin iyul-avqust aylarında qeyd olunan ölkələr üzrə namizədliyi təsdiq edilmiş şəxslərin siyahısının açıqlanılması gözlənilir.

 

“2022-2026-cı illər üçün Dövlət Proqramı”

 “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində hazırda 14 prioritet ixtisas sahəsi üzrə dünyanın 18 ölkəsinə aid 107 xarici ali təhsil müəssisəsində 80-i bakalavriat, 257-i magistratura səviyyələrində olmaqla ümumilikdə 337 nəfər təhsil alır.

Dövlət Proqramı çərçivəsində dünyanın 28 ölkəsinin 186 nüfuzlu ali təhsil müəssisəsi üzrə ümumilikdə 4 125 təhsil proqramını əhatə edən siyahı hazırlanıb. Siyahı xarici ali təhsil müəssisələrinin 15 prioritet ixtisas sahəsi üzrə 575 bakalavriat və 3 550 magistratura təhsil səviyyələrini əhatə edir.

Müvafiq siyahıda bakalavriat təhsil səviyyəsi üzrə yer alan ümumilikdə 575 proqramın 33 faizini fundamental və tətbiqi elmlər, 22 faizini mühəndislik, 20 faizini isə informasiya texnologiyaları təşkil edir. Magistratura təhsil səviyyəsi üzrə isə 3 550 proqram arasında fundamental və tətbiqi elmlər (24%), mühəndislik (19%), informasiya texnologiyaları (12%), statistika və verilənlərin təhlili (10%) üstünlük təşkil edir.

 

“2019-2023-cü illər üçün Dövlət Proqramı”

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində hazırda 7 prioritet sahə üzrə dünyanın 22 ölkəsinə aid 80 ali təhsil müəssisəsində 201 doktorant təhsil alır. 1 doktorant isə təhsilini bitirərək ölkəyə geri qayıdıb.

 

Dünyanın 110 ölkəsindən 9 500-ə yaxın əcnəbi tələbə

Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində dünyanın 110 ölkəsindən 9 500-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır. Ötən tədris ilində bu rəqəm 101 ölkədən 7 400-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxsi əhatə edib. Tələbələr, əsasən, Türkiyə, İran, Gürcüstan, Pakistan, Hindistan, Rusiya, Nigeriya, Şri-Lanka, İraq, Suriya və digər ölkələri təmsil edirlər.

 

Təhsil qrantı proqramları ilə 70 ölkədən 132 əcnəbi təhsil alır

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsis edilmiş təhsil qrantı proqramları çərçivəsində hazırda İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv 70 dövlətin 132 vətəndaşı ölkəmizdə təhsil almaqdadır. 

 

 HTP çərçivəsində 3 fərqli ölkədən 88 əcnəbi tələbə

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində Çin Xalq Respublikası, Qazaxıstan və Tacikistan respublikalarından olan 88 əcnəbi tələbə Azərbaycan Respublikasının ali təhsil müəssisələrində hazırda təhsil almaqdadır.

 

İkili diplom proqramları

“2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 4 beynəlxalq ikili diplom proqramı icra olunmaqdadır:
1.
Azərbaycan Dövlət Aqrar Universiteti ilə Ege Universitetinin ikili diplom proqramı çərçivəsində bakalavriat səviyyəsində aqronomluq, bitki mühafizəsi, aqromühəndislik, iqtisadiyyat ixtisasları üzrə hazırda 208 tələbə təhsil alır.

2.
Bakı Mühəndislik Universiteti ilə İNHA Universitetinin ikili diplom proqramı çərçivəsində bakalavriat səviyyəsində informasiya texnologiyaları, elektronika mühəndisliyi, elektrik mühəndisliyi və inşaat mühəndisliyi ixtisasları üzrə hazırda 273 tələbə təhsil alır.

3.
Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Corc Vaşinqton Universitetinin ikili diplom proqramı çərçivəsində magistratura səviyyəsində təhsil və insan kapitalının inkişafı ixtisası üzrə hazırda 61 tələbə təhsil alır və 22 məzunun məşğulluğu təmin olunub.

4.
ADA Universiteti ilə Corc Vaşinqton Universitetinin ikili diplom proqramı çərçivəsində magistratura səviyyəsində kompüter elmləri və verilənlərin təhlili, elektrik mühəndisliyi ixtisasları üzrə hazırda 67 tələbə təhsil alır və 20 məzunun məşğulluğu təmin olunub.

 

2 yeni ikili diplom proqramının icrasına başlanılıb:

Bakı Dövlət Universiteti ilə İsrailin Yerusəlim İbrani Universiteti arasında biotexnologiya ixtisası üzrə magistratura səviyyəsində həyata keçiriləcək beynəlxalq ikili diplom proqramına dair müqavilənin imzalanıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə İngiltərənin Vorvik Universiteti arasında bərpaolunan enerji mənbələri ixtisası üzrə magistratura səviyyəsində həyata keçiriləcək beynəlxalq ikili diplom proqramına dair müqavilənin imzalanıb.

 

827 SABAH məzunu

2022-2023-cü tədris ilində 32 ixtisas üzrə 985 tələbə SABAH tələbəsi adını qazanıb. Ümumilikdə 2 563 tələbə bakalavriat, 727 tələbə isə magistratura təhsili alıb.

11 ali təhsil müəssisəsi və 29 ixtisas üzrə 827 bakalavr, 7 ixtisas üzrə 298 magistr olub.

 

Təhsil tələbə krediti

Ali təhsilin əlçatanlığının artırılması məqsədilə 2022-2023-cü tədris ili də daxil olmaqla ümumilikdə 19 219 təhsil tələbə krediti verilib ki, onlardan 7 014-ü sosial, 12 205-i standart kreditdir.

 

Xarici diplomların tanınması

1 sentyabr 2022-ci il 31 may 2023-cü il tarixləri ərzində 3 652 müraciət üzrə ekspertiza həyata keçirilib. Keçirilmiş ekspertiza nəticəsində 3 155 müraciət üzrə yekun olaraq müsbət rəy verilib və müraciət sahiblərinə xarici ali təhsil ixtisasının tanınması haqqında şəhadətnamə təqdim olunub. Digər 497 müraciət üzrə isə yekun olaraq mənfi rəy verilib və müraciət sahiblərinin ali təhsil ixtisaslarının ölkə ərazisində tanınmaması haqqında qərar verilib.

 

Təhsilin İnkişafı Fondunun “IELTS imtahanına təşviq” layihəsi

2023-cü ilin 1-ci rübünün sonunadək 88 tələbənin IELTS imtahanı üzrə ödənişləri Təhsilin İnkişafı Fondu tərəfindən ödənilib. Layihə çərçivəsində IELTS imtahanında iştirak edən və yüksək bal toplayan 300-ə qədər akademik heyət üzvü və tələbənin imtahan ödənişləri fond tərəfindən qarşılanır.

 

“Gənc qızların təhsilinə dəstək” layihəsi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində regionlardan sosial həssas təbəqəni təmsil edən, həmçinin ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan 25 nəfər qızın təhsilinə dəstək göstərilir. Təqaüdçülərin 50 faizi ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı 600-dən yuxarı bal toplamış tələbələrdir.

Layihənin məqsədi dövlətimizin inkişafında gənclərin, xüsusilə qızların rolunun artırılmasını təşviq etmək, onların müasir təhsil imkanlarından faydalanmasına dəstək olmaqdır.

 

Vətəndaş məmnuniyyəti

2022-2023-cü tədris ili əzində Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin Vətəndaşların Qəbulu Mərkəzində ümumilikdə 14 071 vətəndaş qəbul edilib.  Yeni fəaliyyətə başlayan Vətəndaşların Qəbulu Mərkəzində isə 209 vətəndaş müraciəti qeydə alınıb.

Elm və Təhsil Nazirliyinə “WhatsApp” üzərindən 91 693, “Instagram” üzərindən 9 184, “Facebook” üzərindən 7 844 müraciət daxil olub. Çağrı mərkəzlərində 257 314 müraciət cavablandırılıb. portal.edu.az platforması vasitəsilə daxil olan müraciətlərin sayı isə 29 922 olub.

 

ASANda elm və təhsil xidmətləri  

2023-cü ilin fevral-may ayları ərzində elm və təhsil xidmətləri göstərilən “ASAN xidmət” mərkəzlərinə müraciət edən ümumi vətəndaş sayı 4 954 nəfər təşkil edib.


1 il əvvəl