Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə başlanılır

2 oktyabr saat 11:00-dan etibarən 2025-2026-cı tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə yenidən start verilir. Proses bq.edu.az portalı vasitəsilə elektron formada həyata keçirilir.   Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum beş gündən sonra həyata keçiriləcək.    Qeyd edək ki, uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam etdiriləcək.

“Mənim Qərbi Azərbaycanım – Xatirələr” kitabının təqdimatı keçirilib

Elm və Təhsil Nazirliyi və Qərbi Azərbaycan İcmasının birgə təşəbbüsü ilə Qərbi Azərbaycandan olan müəllimlərin xatirələrini əks etdirən “Mənim Qərbi Azərbaycanım – Xatirələr” kitabının təqdimat mərasimi baş tutub. Kitab müəlliflərin özlərinin və valideynlərinin xatirələrinə əsaslanan məqalələr toplusudur.   Tədbirin açılışında çıxış edən Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli bildirib ki, müəlliflər Qərbi Azərbaycan əsillidir və hazırda ölkənin müxtəlif bölgələrində pedaqoji fəaliyyətlə məşğuldurlar.   Təqdimat mərasimində iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov öz növbəsində vurğulayıb ki, bu kitab gənclərdə vətənpərvərlik hisslərinin güclənməsinə, Qərbi Azərbaycan həqiqətlərinin tanıdılmasına mühüm töhfə verəcək. Nazir müavini bildirib ki, keçmişini bilməyən xalqın uğurlu gələcəyi ola bilməz. Buna görə də Qərbi Azərbaycanla bağlı bütün tarixi məqamların öyrənilməsi zəruridir.   Digər çıxışçılar da Qərbi Azərbaycan irsinin qorunmasının, həqiqətlərin dünyaya çatdırılmasının və gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin vacibliyini xüsusi qeyd ediblər.   Çıxış edən layihənin meneceri, Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Rövşən Ağayev isə kitabın yalnız ölkə daxilində deyil, beynəlxalq müstəvidə də tanıdılmasının əhəmiyyətinə diqqət çəkib və nəşrin pedaqoji prosesdə də faydalı ola biləcəyini bildirib.

Vətəndaş müraciətlərinin statistikası

Sentyabrın 16-dan 30-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 41 811 vətəndaş müraciəti daxil olub.   Müraciətlərin 26 523-ü çağrı mərkəzləri, 7 174-ü elektron, 1 644-ü isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 6 470 müraciət qeydə alınıb.     Müraciətlər müəllimlərin iş yerinin dəyişdirilməsi, təhsil tələbə krediti, şagird yerdəyişməsi, xarici diplomların tanınması, məktəbəhazırlıq qrupları, məktəbəqədər təhsil və digər məsələlərlə bağlı olub.

Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmə ilə qəbul olunanların nəzərinə!

Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə əlavə yerləşdirmə nəticəsində qəbul olunanlar üçün qeydiyyat prosesinə 2 oktyabr  saat 11:00-da start veriləcək.   Namizədlər https://portal.edu.az/ üzərindən “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.    Elektron sistem üzrə qeydiyyat 9 oktyabr saat 18:00-da yekunlaşacaq.    Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı keçiriləcək

16-17 dekabr 2025-ci il tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı (NASCO XXVIII) keçiriləcək.  Konfransın keçirilməsində məqsəd doktorant və gənc tədqiqatçıların elmi yaradıcılığını stimullaşdırmaq, onların apardıqları elmi tədqiqatların nəticələrinin müzakirəsini təşkil etməkdir.    “Konstitusiya və Suverenlik İli”nə həsr edilən konfrans təbiət elmləri, mühəndislik, riyaziyyat və İKT, sosial-humanitar, ictimai  elmlər istiqamətləri üzrə təşkil ediləcək.    Konfransda təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan, ölkə və ya xaricdəki ali təhsil və ya elmi müəssisələrin tədqiqat institutlarında fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorant və ya dissertantlar, ölkəmizdə yerləşən ali təhsil və ya elmi müəssisələrin elmi-tədqiqat institutlarında fəlsəfə doktoru proqramı üzrə təhsil alan əcnəbi doktorant və ya dissertantlar, həmçinin yaşı 35-dən çox olmayan elmi dərəcəsi olan gənc tədqiqatçılar iştirak edə bilərlər. Konfransda iştirak üçün ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz: Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransının əsasnaməsi

Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella oktyabrın 1-də Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında iştirak ediblər.   Tədris binalarında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı, birinci xanım və İtaliya Prezidenti ölkəmizdə səfərdə olan italyan universitetlərinin rəhbərləri, İtaliya-Azərbaycan Universitetinin professorları və tələbələri ilə görüşüblər.   https://president.az

Azərbaycan və Özbəkistan nümayəndələri media və kommunikasiya sahəsində əməkdaşlığı müzakirə ediblər

“Rəqəmsal transformasiya və media” mövzusunda II Azərbaycan–Özbəkistan Media Forumu çərçivəsində Bakıya səfər edən Özbəkistanın Məktəbəqədər və Məktəb Təlimi Nazirliyinin İnformasiya Xidmətinin rəhbəri Dilfuza Sobirova ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində (MÜTDA) görüş keçirilib.   Görüşdə MÜTDA-nın direktor müavini Vəfa Yaqublu,  Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev və agentliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalı iştirak ediblər.   Müzakirələr əsasən ictimaiyyətlə əlaqələr və kommunikasiya sahəsində əməkdaşlıq imkanlarına həsr olunub. Tərəflər təhsil sahəsində kommunikasiya fəaliyyətinin təşkilində qarşılıqlı təcrübə mübadiləsi, hədəf auditoriyasının düzgün məlumatlandırılması, yeni layihələrin reallaşdırılması və rəqəmsal transformasiya fonunda effektiv kommunikasiya mexanizmlərinin tətbiqi barədə fikir mübadiləsi aparıblar.   Azərbaycan təhsil sistemində həyata keçirilən yeniliklərlə tanış olan Dilfuza Sobirova öz növbəsində Özbəkistanın bu istiqamətdəki təcrübəsini bölüşüb və gələcək əməkdaşlıq üçün yeni imkanların olduğunu qeyd edib.   Səfər çərçivəsində qonaq Bakı Avropa Liseyində də olub, təhsil müəssisəsində yaradılmış müasir tədris mühiti ilə tanış olub.

Elm və təhsil naziri Belarusun Azərbaycandakı səfiri ilə görüşüb

Sentyabrın 30-da elm və təhsil naziri Emin Əmrullayev Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dmitriy Pineviç ilə görüşüb.   Görüş çərçivəsində iki ölkə arasında elm və təhsil sahəsində cari əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.

“INMerge” İnnovasiya Sammiti keçirilib

Bakıda “PASHA Holding” MMC-nin təşkilatçılığı ilə iki günlük “INMerge” İnnovasiya Sammiti baş tutub. Sammit çərçivəsində innovasiya, investisiya və əməkdaşlıq mövzuları müzakirə olunub.    Sammit 5 000-dən çox iştirakçı, 150 spiker, 100 startap və 80-dən çox vençur fondunu bir araya toplayaraq əməkdaşlıq və inkişaf üçün geniş imkanlar yaradıb. Builki proqram fintex və məsuliyyətli bankçılıqdan başlayaraq data və süni intellekt, “Sənaye 4.0”, telekommunikasiya, marketinq, e-ticarət və investisiya sahələrini əhatə edən səkkiz istiqamət üzrə təşkil olunub.   Sammitin ilk günündə “Pixar” şirkətinin həmtəsisçisi Ed Katmul, “OpenAI” şirkətinin bazara çıxış üzrə keçmiş rəhbəri Zak Kass və Harvard Universitetinin professoru Tarun Xanna biznes və texnologiyanın gələcəyini formalaşdıran ideyalarını bölüşüblər.   Açılış mərasimində iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək texnologiya və kreativliyin yeni imkanlar yaratdığını, insan kapitalının bacarıq və biliklərinin artırılmasının vacibliyini deyib. Nazir bildirib ki, ölkəmizdə bu istiqamətdə mühüm tədbirlər görülür və sammitin innovativ ideyaları real imkanlarla birləşdirən unikal platformaya çevrildiyini vurğulayıb.   “PASHA Holding”in baş icraçı direktoru Cəlal Qasımov “INMerge”i Mərkəzi Avrasiya regionunun aparıcı innovasiya forumu adlandıraraq son beş ildə kiçik bir korporativ tədbirdən beynəlxalq əhəmiyyətli platformaya çevrildiyini qeyd edib. Sammit yalnız ilhamlandırmaqla kifayətlənmir, həm də təhsil və bilik mübadiləsi baxımından mühüm əhəmiyyət daşıyır.   Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxışı zamanı qeyd edib ki, IT alətlərinin ixracı sahəsində böyük imkanlarımız var. Bu imkanların reallaşdırılmasının əsas şərtlərindən biri də istedadlı mütəxəssislərin yetişdirilməsidir və bu istiqamətdə birgə olaraq ardıcıl iş aparılır.   Birinci günün son paneli biliyin milli inkişafa çevrilməsinə həsr olunub. Paneldə elm və təhsil naziri Emin Əmrullayev, “PASHA Holding”in baş direktorunun müavini Dəyanət Sədullayev və Harvard Biznes Məktəbinin professoru Tarun Xanna təhsilin sahibkarlığı təşviq etməsi, innovasiyaları hərəkətə gətirməsi və davamlı milli inkişafa verdiyi töhfələri müzakirə ediblər.   Elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, əsas məsələ yalnız yeni ixtisas yaratmaqla bitmir. Bu istiqamətdə dərin düşünülmüş yanaşmalar, müasir pedaqoji metodlar və praktiki tətbiq imkanları tələb olunur. Nazir əlavə edib ki, texnologiya və innovasiya sahəsində inkişaf üçün təkcə yumşaq bacarıqlar deyil, güclü fundamental bilik bazası və STEAM təhsili vacibdir. Cəmiyyətin texnoloji inkişafında mühəndislər, riyaziyyatçılar və hüquqşünaslar kimi fundamental peşə sahibləri həlledici rol oynayırlar.   Nazir qeyd edib ki, innovasiya və sahibkarlıq yalnız proqramlarla məhdudlaşmamalıdır, bunun mədəniyyət və təhsil sistemi ilə dərin bağlılığı vardır. İlk növbədə, yanlış yanaşmalardan uzaq durmalı, düzgün metodları müəyyən etməliyik. "Təhsil sahəsində innovasiya yalnız məktəblərə deyil, həm də geniş ictimaiyyətə təsir etməlidir" - deyə nazir vurğulayıb.   Sonda Emin Əmrullayev qeyd edib ki, ölkədə innovasiya mühiti yalnız texnologiya və proqramlar ilə qurulmur. Bu, eyni zamanda gələcək nəsillərin yetişdirilməsi və cəmiyyətin ümumi inkişafına töhfə verəcək mədəniyyətin formalaşdırılması ilə bağlıdır.   Tədbirin ikinci günü də panel sessiyalarla davam edib.

Elm və təhsil naziri Çinin təhsil nazirinin müavini Jiangfeng Du ilə görüşüb

Sentyabrın 29-da elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının təhsil nazirinin müavini  Jiangfeng Du ilə görüşüb.    Görüş çərçivəsində iki ölkə arasında təhsil sahəsində cari əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.

09/05/2026

İqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev və İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağa səfər edib.

Ətraflı
08/05/2026

Gənclər və İdman Nazirliyinin, “ASAN xidmət”in və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə mayın 8-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda Gənclər Forumu keçirilib. Forumda iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında bildirib ki, bilik, bacarıq, yaradıcı yanaşma və komanda ilə işləmək qabiliyyəti müasir gənclər üçün əsas amillərdəndir və ölkənin inkişafında yaradıcı gənclərin rolu böyükdür. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23029-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #HeydərƏliyev #GənclərForumu

Ətraflı
08/05/2026

Milanda Azərbaycan ali təhsilinə həsr olunmuş panel sessiya keçirilib İtaliyanın Milan şəhərində “Times Higher Education” reytinq agentliyinin təşkilatçılığı ilə keçirilən “Avropa Universitetlərinin Sammiti” çərçivəsində Azərbaycan ali təhsilinə həsr olunmuş panel sessiya təşkil edilib. “Azərbaycan təcrübəsi: universitetlər beynəlxalq strategiyasını necə formalaşdırır” mövzusunda keçirilən sessiyada Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov spiker qismində çıxış ediblər. Ülkər Səttarova çıxışında elm və ali təhsil sahəsində beynəlmiləlləşmə, bu istiqamətdə həyata keçirilən tərəfdaşlıqlar, Azərbaycanın beynəlxalq təhsil qrantı proqramları və “Study in Azerbaijan” layihəsinin əhəmiyyəti barədə danışıb. O, həmçinin beynəlxalq tədqiqat tərəfdaşlığı şəbəkəsinin genişləndirilməsinin vacibliyini qeyd edib. Ədalət Muradov isə Azərbaycan Dövlət İqtisad Universitetinin son illərdə beynəlxalq əməkdaşlıq və elmi tədqiqat fəaliyyətinin gücləndirilməsi istiqamətində görülən işlər, xarici tərəfdaş universitetlərlə icra olunan layihələr, əldə edilmiş nəticələr, qarşıda duran strateji hədəflər və planlaşdırılan fəaliyyətlər barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb. #EATDA #THE #Sammit

Ətraflı