Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Emin Əmrullayev Polşanın milli təhsil naziri ilə görüşüb

Fevralın 5-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumət Sammiti çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Polşa Respublikasının milli təhsil naziri Barbara Novaçka ilə görüşüb.    Görüş çərçivəsində iki ölkə arasında təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri üzərində fikir mübadiləsi aparılıb.

Elm və təhsil naziri Birləşmiş Ərəb Əmirliklərinin təhsil naziri ilə görüşüb

Fevralın 5-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumət Sammiti çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev BƏƏ-nin təhsil naziri Sarah bint Yousef Al Amiri ilə görüşüb. Görüş çərçivəsində iki ölkə arasında təhsil sahəsində cari əməkdaşlıq və yaxın gələcəkdə keçirilməsi nəzərdə tutulan təşəbbüslər barədə ətraflı müzakirə aparılıb.

Aparat rəhbəri “II Qoşulmama Hərəkatı Gənclər Həftəsi”ndə iştirak edib

Fevralın 5-də Bakıda “II Qoşulmama Hərəkatı Gənclər Həftəsi”nin açılış mərasimi keçirilib.   Tədbir qlobal məsələlərdə dialoq, əməkdaşlıq və gənclərin fəal iştirakına həsr olunub.   Açılış mərasimində çıxış edən Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) sədri, COP29-un iqlim üzrə gənclər çempionu Leyla Həsənova tədbiri gənclərin gücləndirilməsinə və onların müasir qlobal gənclər gündəminin formalaşdırılmasında rolunun artırılmasına yönəlmiş əsas təşəbbüs kimi qiymətləndirib.   Tədbir xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin “Artan qeyri-müəyyənlik şəraitində müasir qlobal çağırışların həllində diplomatiyanın rolu” mövzusunda əsas məruzəsi ilə davam edib.   Əsas məruzədən sonra iştirakçılara Qoşulmama Hərəkatı Gənclər Təşkilatının indiyədək həyata keçirdiyi əsas fəaliyyətləri, mühüm mərhələləri və əldə etdiyi nailiyyətləri əks etdirən videoçarx təqdim olunub. Açılış mərasimindən sonra panel müzakirələr keçirilib.  "Tərbiyəvi təsir: elmin, siyasətin və kommunikasiyanın diplomatiyada rolu" mövzusunda təşkil edilən panel müzakirəsində Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli də iştirak edib.    İştirakçılar müasir diplomatiyanın formalaşmasında təhsilin, elmi yanaşmanın və effektiv kommunikasiyanın əhəmiyyətini müzakirə ediblər.   Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov qeyd edib ki, elm diplomatiyada mühüm rol oynayır, ümumi maraqları müəyyən etməyə və beynəlxalq münasibətlərdə uyğun həllər tapmağa kömək edir.   Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli öz növbəsində bildirib ki, təhsil "yumşaq güc"ün ən təsirli formalarından biridir. Aparat rəhbəri vurğulayıb ki, xaricdə təhsil almaq ölkələr arasında mədəni əlaqələrin formalaşmasına kömək edir. Bildirib ki, Azərbaycanda təhsil alan xarici tələbələr gələcəkdə mədəniyyətlər və ölkələr arasında körpü ola bilərlər. Diplomatiya və təhsil sahəsində mədəni fərqliliklərə baxmayaraq, birlik xüsusilə vacibdir.    Müzakirə iştirakçıları müasir texnologiyaların və kommunikasiyaların diplomatların cəmiyyət və beynəlxalq tərəfdaşlarla qarşılıqlı əlaqəsinin effektivliyinin artırılmasında rolunu, eləcə də gənclərin qlobal məsələlərin həllinə innovativ yanaşmaları tətbiq etmək imkanlarını müzakirə ediblər.   Qeyd edək ki, iki gün davam edəcək tədbir çərçivəsində beynəlxalq əməkdaşlıq, qlobal proseslərdə gənclərin rolu, eləcə də aktual iqlim gündəminə həsr olunmuş bir sıra panel müzakirələri planlaşdırılıb.

Elm və təhsil naziri BƏƏ-nin insan resursları və əmirlik naziri, ali təhsil və tədqiqat naziri vəzifəsini icra edən Abdulrahman Al Avar ilə görüşüb

Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumət Sammiti çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Ərəb Əmirliklərinin insan resursları və əmirlik naziri, ali təhsil və tədqiqat naziri vəzifəsini icra edən Abdulrahman Al Avar ilə görüşüb.    Görüş çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan Respublikası arasında ali təhsil və elm sahəsində həyata keçirilməsi nəzərdə tutulan birgə təşəbbüslər daxil olmaqla, iki ölkə arasında bu sahələrdə əməkdaşlıq üzrə ətraflı müzakirələr aparılıb.

Elm və təhsil naziri serbiyalı həmkarı ilə görüşüb

Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumət Sammiti çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Serbiya Respublikasının təhsil naziri Dejan Vuk Stankoviç ilə görüşüb.  Görüş çərçivəsində iki ölkə arasında təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Emin Əmrullayev Gürcüstanın təhsil, elm və gənclər naziri ilə görüşüb

Fevralın 4-də elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumət Sammiti çərçivəsində Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze ilə görüşüb.   Görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Tərəflər ali təhsil müəssisələri arasında birgə layihələrin həyata keçirilməsini, tələbə və müəllim mübadiləsinin genişləndirilməsini, eləcə də STEAM sahəsində əməkdaşlığın davam etdirilməsini müzakirə ediblər.

146 Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti

Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzinin fəaliyyət dairəsi genişləndirilib. Artıq vətəndaşlar 146 – 11 xətti vasitəsilə elm və təhsil nazirinin və müavinlərinin qəbuluna yazılmaq üçün müraciət edə bilərlər.

Azərbaycan və İsrail arasında elmi əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin İsrail Dövlətinə səfəri çərçivəsində İsrail Dövlətinin innovasiya, elm və texnologiya naziri Gila Gamliel ilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə İsrail Dövlətinin İnnovasiya, Elm və Texnologiya Nazirliyi arasında elmi əməkdaşlıq proqramına dair Anlaşma Memorandumu” imzalanıb.   Anlaşma Memorandumu ali təhsil müəssisələri və elmi müəssisələr arasında birgə elmi-tədqiqat yönümlü layihə imkanlarının araşdırılmasını nəzərdə tutur.

Elm və təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində səfərdədir

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin insan resursları və əmirlik naziri, ali təhsil və elmi tədqiqatlar naziri vəzifəsini icra edən Abdulrahman Al Avarın dəvəti ilə Dubay şəhərində keçirilən Dünya Hökumət Sammitində iştirak etmək məqsədilə Birləşmiş Ərəb Əmirliklərində səfərdədir.   “Gələcəyin Hökumətlərinin Formalaşdırılması” mövzusunda baş tutan Dünya Hökumət Sammitinin 2026-cı il buraxılışında dünyanın müxtəlif ölkələrindən nazirlər daxil olmaqla, 6000-dən çox yüksəksəviyyəli iştirakçı, 400-dən çox nüfuzlu spiker, habelə 80-dən çox beynəlxalq təşkilat təmsil olunur.    Sammit çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Ərəb Əmirliklərinin Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyi tərəfindən təşkil olunan “Əməyin gələcəyi” mövzusunda nazirlər panelində iştirak edib. Panel zamanı əmək bazarının transformasiyası, elm və texnologiyanın iş dünyasına təsiri, eləcə də innovativ yanaşmaların və qabaqcıl beynəlxalq təcrübələrin paylaşılması ilə bağlı aktual məsələlər ətrafında müzakirələr aparılıb.

Elm və təhsil naziri Sumqayıtda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 27 fevral tarixində Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək.    Qəbulda Sumqayıt, Abşeron, Xızı və Qubadlı sakinləri iştirak edə bilərlər.     Adları çəkilən şəhər və rayonların sakinləri 13 fevral (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48‬‬‬‬ nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.   Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

11/09/2026

"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat

Ətraflı
11/09/2026

Sentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli

Ətraflı
11/09/2026

? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA

Ətraflı