Təhsil müəssisələrinin maliyyə-mühasibatlıq işçiləri üçün növbəti praktiki seminar
Oktyabrın 14-də Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi və orta ixtisas təhsil müəssisələrinin baş mühasiblərinin iştirakı ilə praktiki seminar keçirilib.
Açılış nitqi ilə çıxış edən Elm və Təhsil Nazirliyinin Maliyyə şöbəsinin müdiri Rauf Orucov seminarın əsas məqsədi, gündəliyi barədə iştirakçıları məlumatlandırıb, təklif və tövsiyələrini səsləndirib.
Sonra nazirliyin Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri İlqar Bayramlı çıxış edərək büdcə və büdcədənkənar vəsaitlər üzrə xərclər smetalarının tərtibi, xərclərdə dürüstləşmələr və xərclərin düzgün proqnozlaşdırılması ilə əlaqədar mühasiblərə bir sıra tövsiyələrini bildirib.
Seminarın gündəliyinə uyğun olaraq daha sonra Dövlət Vergi Xidmətinin Sosial Sığorta və Əmək Münasibətlərinə Nəzarət İdarəsinin Əmək münasibətlərinə nəzarət şöbəsinin rəisi Vüsal Qəhrəmanov “Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulmalar üzrə vahid bəyannamə (hesabatı)” və Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktor müavini Ruslan Abuşov “Sosial sığorta ödəmələri ilə bağlı sığortaedənlərə texniki-metodiki dəstəyin göstərilməsi, bu sahədə tətbiq edilmiş yeniliklər” barədə təqdimatlarla çıxış ediblər.
Seminarın sonunda “İllik maliyyə hesabatlarının tərtibi zamanı yol verilən nöqsanlar və onların aradan qaldırılmasına dair tövsiyələr” barədə təqdimat mühasiblərin diqqətinə çatdırılıb, onları maraqlandıran suallar cavablandırılıb.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
