• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Pre-COP29” çərçivəsində “Dayanıqlı və davamlı gələcəyin gücləndirilməsi: iqlim fəaliyyətində insan inkişafının rolu” mövzusunda tədbir keçirilib

Oktyabrın 11-də “Pre-COP29” çərçivəsində “Dayanıqlı və davamlı gələcəyin gücləndirilməsi: iqlim fəaliyyətində insan inkişafının rolu” adlı tədbir təşkil olunub.
 

Tədbirdə Ümumdünya Səhiyyə Təşkilatı, UNESCO, BMT-nin İnkişaf Proqramı, UNICEF, Beynəlxalq Əmək Təşkilatı, Çoxtərəfli İnkişaf Bankları, eləcə də vətəndaş cəmiyyəti və xeyriyyə təşkilatları daxil olmaqla bir sıra qlobal tərəfdaşlarla məsləhətləşmələr yolu ilə hazırlanmış “İqlim dayanıqlığı üçün insan inkişafı üzrə Bakı təşəbbüsü” təqdim olunub və həmin istiqamətdə müzakirələr aparılıb.
 

Tədbirdə insan inkişafının iqlim dayanıqlığı strategiyalarına inteqrasiyası ilə bağlı fikir mübadiləsinin aparılması üçün hökumətlərin, beynəlxalq təşkilat və vətəndaş cəmiyyətlərinin nümayəndələri iştirak ediblər.
 

Tədbiri giriş sözü ilə açan COP29-un baş danışıqçısı Yalçın Rəfiyev sözügedən təşəbbüsün məqsədinin uşaq və gənclərin diqqət mərkəzində saxlanılması ilə təhsil, səhiyyə, sosial müdafiə, yaşıl iş yerləri və bacarıqlar vasitəsilə insan inkişafına dəstək vermək və bununla iqlim dəyişmələrinin təsirlərinə qarşı dayanıqlığı gücləndirmək olduğunu vurğulayıb.
 

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreevanın moderatorluğu ilə keçirilmiş birinci paneldə elm və təhsil nazirinin müavini Həsən Həsənli, UNICEF-in Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdullah, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Troy Duuli, COP29-un BMT-nin iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, Beynəlxalq Əmək Təşkilatının Azərbaycan üzrə koordinatoru Yaşar Həmzəyev və Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Ölkə Ofisinin təmsilçisi Kamran Maşhadi iqlim dayanıqlığının formalaşdırılmasında təhsil, yaşıl iş yerləri və sağlamlığın mühüm rolu, eləcə də uşaq və gənclərin bu istiqamətdə fəaliyyətinə dəstək verilməsinin vacibliyi ətrafında müzakirə aparıblar.
 

Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camalın moderatorluğu ilə keçirilmiş ikinci panel iqlim fəaliyyətində insan inkişafı üçün maliyyələşdirmənin artırılmasına həsr olunub. Paneldə çıxış edən İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin direktoru Azər Bayramov, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandra Rokkasalvo, Dünya Bankının Cənubi Qafqazda insan inkişafı üzrə nümayəndəsi Ahmet Levent Yener, Qlobal Fondun özəl sektor üzrə rəhbəri Con Ferhörst, Avropa Yenidənqurma və İnkişaf Bankının Beynəlxalq siyasət və əlaqələndirmə departamentinin rəhbəri Can-Villem van de Ven və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının qlobal iqlim siyasəti üzrə koordinatoru Bert De Vel davamlı və dayanıqlı gələcək üçün insan inkişafına investisiyaların artırılması məqsədilə innovativ maliyyələşdirmə mexanizmləri ilə bağlı fikir mübadiləsi aparıblar.


11.10.2024 - 17:48