Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2025”in təqdimat mərasimi keçirilib

Oktyabrın 27-də “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində həyata keçirilən “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı”nın 2025-ci il üzrə təqdimat mərasimi keçirilib.   Tədbir layihəyə yeni qoşulan, regionlar üzrə ən yüksək bal toplamış 93 tələbə qızla tanışlıq, eləcə də proqramın məqsəd və fəaliyyət istiqamətləri barədə məlumatlandırma üçün təşkil olunub. Mərasimdə dövlət qurumlarının, özəl sektorun, ali təhsil müəssisələrinin və tərəfdaş təşkilatların nümayəndələri iştirak ediblər.   Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb, ardınca “Gənc qızların təhsilinə dəstək” layihəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.   Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova layihənin ölkəmizdə qadınların təhsili və inkişafı istiqamətində atılan mühüm addımlardan biri olduğunu vurğulayıb. O qeyd edib ki, gənc qızların təhsilinə qoyulan sərmayə onların gələcəkdə cəmiyyətin sosial-iqtisadi inkişafında daha fəal iştirakına şərait yaradır. Bahar Muradova bildirib ki, qadınların təhsil imkanlarının genişləndirilməsi ölkənin gələcək rifahı və dayanıqlı inkişafı baxımından prioritet məsələdir.   Elm və təhsil naziri Emin Əmrullayev çıxışında qadınların təhsilinin cəmiyyətin inkişafını müəyyən edən əsas amillərdən biri olduğunu vurğulayıb. Nazir qeyd edib ki, qadınların rolu və inkişafı ilə təhsilin inkişafı arasında birbaşa əlaqə mövcuddur. Nazirin sözlərinə görə, qızların təhsilinə dəstək verilməsi yalnız fərdi inkişaf üçün deyil, həm də bütövlükdə cəmiyyətin tərəqqisi üçün böyük əhəmiyyət kəsb edir.    Emin Əmrullayev bildirib ki, Azərbaycanda ali təhsil alan gənc qızların sayı ildən-ilə artır və bu, təhsildə bərabər imkanların təmin edilməsinə yönəlmiş siyasətin nəticəsidir. Nazir vurğulayıb ki, uzunmüddətli perspektivdə bu təşəbbüslər cəmiyyətin sosial strukturunda müsbət dəyişikliklər yaradacaq, çünki bu gün ali təhsil alan qızlar gələcəkdə təhsilli və müasir düşüncəli analar kimi yeni nəsillərin formalaşmasına töhfə verəcəklər.   Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədr vəzifəsini müvəqqəti icra edən İlqar Bayramlı fondun qadınların təhsili istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib, “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı”nın davamlı təşəbbüslər sırasında olduğunu vurğulayıb.   Təqaüdçülər adından çıxış edən Bakı Dövlət Universitetinin tələbəsi Duyğu Əsgərli göstərilən dəstəyə görə təşəkkürünü bildirərək bu proqramın onun kimi gənc qızlara yeni təhsil və inkişaf imkanları yaratdığını qeyd edib.   Təqaüdçülərin təltif edilməsi ilə davam edən mərasim bədii hissə ilə yekunlaşıb.   Qeyd edək ki, “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı” 2021-ci ildən etibarən həyata keçirilir və indiyədək 250-dən çox qız tələbənin təhsil və peşəkar inkişafına dəstək göstərilib. Layihə çərçivəsində regionlar üzrə ali məktəblərə yüksək balla qəbul olunmuş, aztəminatlı və həssas qruplardan olan qız tələbələrə dəstək təqdim edilir.

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

30 oktyabr saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə start veriləcək. Namizədlər 11 noyabr 2025-ci il saat 17:00-dək https://miq.edu.az/direktor linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.   Proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə seçim və müsahibə mərhələsindən ibarət olacaq.   Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumatlar və sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra namizədlər müsabiqənin müsahibə mərhələsinə buraxılacaqlar. Sistem üzərindən təqdim edilən vakant yerlər 15.10.2025-ci il tarixinə olan məlumatlara istinad edir.   Namizədlər müsahibə mərhələsinə təhsil müəssisələrində şagirdlərin sayından (501-dən çox və ya 500-dək) və müəssisələrin növündən (lisey, gimnaziya, internat tipli lisey/gimnaziya və s.) asılı olaraq ardıcıllıq əsasında dəvət olunacaqlar.    Müsahibə mərhələsi Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmış müvafiq komissiyalar tərəfindən keçiriləcək.    Namizədlər müsahibədə liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər. Hər bir namizəd nəticələrlə “Şəxsi səhifə” vasitəsilə tanış ola biləcək.   Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərlə əmək münasibətləri qanunvericilikdə müəyyən olunmuş qaydada rəsmiləşdiriləcək.

“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinə müraciət müddəti uzadılıb

Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinə müraciətlərin qəbulu müddəti uzadılıb.   Qrant müsabiqəsi Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış və təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları üçün nəzərdə tutulur.   Layihə təkliflərinin qəbulu 31 oktyabr 2025-ci il tarixinədək musabige@edu.gov.az elektron poçtu vasitəsilə aparılacaq.   Qrant müsabiqəsi barədə ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz:   “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi

Məktəblilər arasında “Nə? Harada? Nə zaman?” üzrə respublika kuboku keçirilib

Oktyabrın 26-da Elm və Təhsil Nazirliyinin və Kapital Bank-ın dəstəyi, “Təhsil Oyunları Platforması”nın təşkilatçılığı ilə məktəblilər arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika kuboku keçirilib.   Yarışda ölkənin 22 şəhər və kəndini təmsil edən 42 komanda iki yaş kateqoriyasında — 6-9-cu və 10-11-ci siniflər üzrə mübarizə aparıb. Komandalar final mərhələsinə canlı şəkildə keçirilən regional kubokların qalibi kimi və ya 622 komanda arasında təşkil olunan onlayn seçim turunda yüksək nəticə göstərərək vəsiqə qazanıblar.    Final mərhələsində iştirakçılar müxtəlif sahələr üzrə bilik tələb edən 36 suala cavab veriblər. Üç turdan ibarət yarışın yekun nəticələri aşağıdakı kimi olub:   6–9-cu siniflər kateqoriyası üzrə: 1-ci yer – “Dominant” (Quba), 20 xal 2-ci yer – “Kvebek” (Şəki), 17 xal 3-cü yer – “Beyin fırtınası” (Bakı), 15 xal   10–11-ci siniflər kateqoriyası üzrə: 1-ci yer – “Vesper” (Bakı), 27 xal 2-ci yer – “El-Rey” (Xırdalan–Bakı), 22 xal 3-cü yer – “Zəkalar” (Bakı), 21 xal   Qalib komandalar kubok, diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.   Qeyd edək ki, “Təhsil Oyunları Platforması” 2020-ci ildən etibarən məktəblilər arasında onlayn və canlı formatlarda intellektual yarışlar təşkil edir, şagirdlərin biliklərə marağını artırır və komanda işinin inkişafına töhfə verir.

Diaqnostik qiymətləndirilmə prosesi

Oktyabrın 25-də məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən müdirlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilmə prosesi həyata keçirilib.  Proses 10 müxtəlif şəhər olmaqla ümumilikdə 12 imtahan mərkəzini əhatə edib və 90% davamiyyət qeydə alınıb.  

İdris İsayev TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclasında iştirak edib

Oktyabrın 24-də Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclasında elm və təhsil nazirinin müavini İdris İsayev də iştirak edib.  İclasda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov TDT çərçivəsində sənaye, elm, texnologiya və innovasiya sahələrini əhatə edən yeni platformanın üzv ölkələr arasında tərəfdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, TDT-nin bu ilin oktyabrın əvvəlində Azərbaycanda keçirilmiş XII Zirvə Toplantısında qəbul edilmiş Qəbələ Bəyannaməsində də süni intellektin, yaşıl və rəqəmsal texnologiyaların sənaye strategiyalarına inteqrasiyasının təşviqi məsələləri əksini tapıb.   İclas zamanı, eyni zamanda, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev, Türkiyə Respublikasının sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, Qırğız Respublikasının iqtisadiyyat və kommersiya naziri Bakıt Sıdıkov, Qazaxıstan Respublikasının sənaye və tikinti nazirinin müavini Raxımjan İssakulov, Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin İnnovativ İnkişaf Agentliyinin rəhbəri vəzifəsini icra edən Asror Norov, Macarıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Torma çıxış ediblər. Məruzəçilər innovasiyaların təşviqi, texnoloji əməkdaşlıq, birgə layihələrin icrası və iqtisadi əlaqələrin daha da genişləndirilməsi istiqamətində fikirlərini ifadə ediblər. İclasda TDT Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 1-ci iclası zamanı qəbul edilmiş Fəaliyyət Planı üzrə görülmüş işlər barədə məlumat verilib, irəli sürülən təşəbbüslər diqqətə çatdırılıb.   Sonda iclasın yekunlarına dair Bəyannamə qəbul edilib.

Kənan Kərimzadə “SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” adlı beynəlxalq konfransda iştirak edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin təşəbbüsü ilə Bakıda “SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” adlı beynəlxalq konfrans keçirilir. Konfransın açılış mərasimində elm və təhsil nazirinin müavini Kənan Kərimzadə də iştirak edib.    Tədbir DOST Agentliyinin fəaliyyətinə həsr olunan videoçarxın nümayişi ilə başlayıb.   Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev tədbiri giriş sözü ilə açaraq bildirib ki, bu  konfrans, eyni zamanda DOST Agentliyinin yeni “SocGov” brendinin ilk dəfə təqdim olunması ilə sosial idarəetmədə innovasiyaların və düşüncə tərzinin yeni mərhələsinin başlanğıcını ifadə edir.   Nazir süni intellekt texnologiyalarının tətbiqi istiqamətində nazirliyin Strategiyası çərçivəsində hazırlanmış 3 illik Yol Xəritəsinə uyğun şəkildə işlərin aparıldığını qeyd edib.    Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Ahmet Aydın və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva çıxış ediblər. Onlar süni zəkanın sosial həyata təsirinin və sosial transformasiya sahəsində aktual mövzuların müzakirə olunduğu belə bir konfransın təşkil olunmasının əhəmiyyətini vurğulayıblar.   Tədbir panel müzakirələri ilə davam edir. “Rəqəmsal dövlət və süni intellektlə transformasiya”, “Sosial xidmətlərdə süni intellekt və sosial inklüzivlik” və “Əmək bazarının gələcəyi, bacarıqların inkişafı və rəqəmsal sahibkarlıq” mövzularında keçirilən panel müzakirələrində yerli və beynəlxalq ekspertlər təmsil etdikləri qurumların təcrübələrini bölüşür, sosial xidmətlər sahəsində innovativ yanaşmaların və müasir texnologiyaların tətbiq edilməsi ilə bağlı fikir və təkliflərini səsləndirirlər.    Qeyd edək ki, konfransda  20-yə yaxın ölkədən 350 nəfərədək şəxs iştirak edir.

Elm və ali təhsil üzrə ictimai dinləmə keçirilib

Oktyabrın 23-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın layihəsinin hazırlanması çərçivəsində elm və ali təhsil sahəsinə dair təkliflərin müzakirəsi məqsədilə ictimai dinləmə keçirilib.   Tədbirdə ali təhsil və elmi müəssisələrin, dövlət qurumlarının təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.   İctimai dinləmədə elm və ali təhsil sisteminin mövcud vəziyyəti, inkişaf istiqamətləri və qarşıda duran prioritet vəzifələr müzakirə olunub. Çıxışlarda doktoranturaya qəbul göstəricilərinin artırılması, gənclərin elmi tədqiqata marağının stimullaşdırılması, elmi fəaliyyətin maliyyə və institusional əsaslarının gücləndirilməsi ilə bağlı təkliflər səsləndirilib.   Eyni zamanda ali təhsilin əmək bazarına uyğunlaşdırılması, tədqiqat yönümlü universitetlərin inkişafı, laborator və innovasiya mühitinin formalaşdırılması, eləcə də magistrant və doktorantların praktiki fəaliyyətə cəlb edilməsi məsələləri diqqətə çatdırılıb.   Müzakirələr zamanı ali təhsil müəssisələrinin reytinq və akkreditasiya göstəricilərinə əsaslanan diferensial maliyyələşmə modelinin tətbiqi, tələbələrin beynəlxalq sertifikatlar əldə etməsinə dəstək mexanizmlərinin gücləndirilməsi və təhsilin rəqəmsallaşması ilə bağlı fikir və təkliflər də irəli sürülüb.

Nazir müavini Azərbaycan–Serbiya Hökumətlərarası Komissiyasının 9-cu iclasında çıxış edib

Oktyabrın 23-də Serbiya Respublikasının Belqrad şəhərində keçirilmiş Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyasının 9-cu iclasında elm və təhsil nazirinin müavini Həsən Həsənli iştirak edib.   İclasda çıxış edən nazir müavini iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti barədə iclas iştirakçılarını məlumatlandırıb. Nazir müavini çıxışında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, birgə təhsil layihələrinin dəstəklənməsi və ali təhsil müəssisələri arasında akademik əlaqələrin dərinləşdirilməsi istiqamətində görülən işlər barədə də məlumat verib.    Komissiyanın iclasında həmçinin iki ölkə arasında iqtisadi, ticarət, enerji, kənd təsərrüfatı, nəqliyyat, turizm, səhiyyə, eləcə də mədəniyyət sahələrində əməkdaşlığın mövcud vəziyyəti və potensial imkanları müzakirə olunub.   Sonda iclasın yekunlarına dair Protokol imzalanıb.

Elm və təhsil naziri Gədəbəydə vətəndaşları qəbul edib

Oktyabrın 23-də elm və təhsil naziri Emin Əmrullayev Gədəbəy şəhərində vətəndaş qəbulu keçirib.   Qəbulda Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax sakinləri iştirak ediblər.   Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.     Qəbul zamanı vətəndaşlar işlə təmin olunma, müəllimlərin iş yerinin dəyişdirilməsi,  tələbə köçürülməsi və digər məsələlərlə bağlı müraciətlər ediblər.   Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

08/05/2026

Gənclər və İdman Nazirliyinin, “ASAN xidmət”in və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə mayın 8-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda Gənclər Forumu keçirilib. Forumda iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında bildirib ki, bilik, bacarıq, yaradıcı yanaşma və komanda ilə işləmək qabiliyyəti müasir gənclər üçün əsas amillərdəndir və ölkənin inkişafında yaradıcı gənclərin rolu böyükdür. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23029-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #HeydərƏliyev #GənclərForumu

Ətraflı
08/05/2026

Milanda Azərbaycan ali təhsilinə həsr olunmuş panel sessiya keçirilib İtaliyanın Milan şəhərində “Times Higher Education” reytinq agentliyinin təşkilatçılığı ilə keçirilən “Avropa Universitetlərinin Sammiti” çərçivəsində Azərbaycan ali təhsilinə həsr olunmuş panel sessiya təşkil edilib. “Azərbaycan təcrübəsi: universitetlər beynəlxalq strategiyasını necə formalaşdırır” mövzusunda keçirilən sessiyada Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov spiker qismində çıxış ediblər. Ülkər Səttarova çıxışında elm və ali təhsil sahəsində beynəlmiləlləşmə, bu istiqamətdə həyata keçirilən tərəfdaşlıqlar, Azərbaycanın beynəlxalq təhsil qrantı proqramları və “Study in Azerbaijan” layihəsinin əhəmiyyəti barədə danışıb. O, həmçinin beynəlxalq tədqiqat tərəfdaşlığı şəbəkəsinin genişləndirilməsinin vacibliyini qeyd edib. Ədalət Muradov isə Azərbaycan Dövlət İqtisad Universitetinin son illərdə beynəlxalq əməkdaşlıq və elmi tədqiqat fəaliyyətinin gücləndirilməsi istiqamətində görülən işlər, xarici tərəfdaş universitetlərlə icra olunan layihələr, əldə edilmiş nəticələr, qarşıda duran strateji hədəflər və planlaşdırılan fəaliyyətlər barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb. #EATDA #THE #Sammit

Ətraflı
07/05/2026

Azərbaycan universitetləri Milanda keçirilən beynəlxalq sammitdə təmsil olunur 5–7 may tarixlərində İtaliyanın Milan şəhərində “Times Higher Education” (THE) reytinq agentliyinin təşkilatçılığı ilə keçirilən “Avropa Universitetlərinin Sammiti”ndə Azərbaycan 5 aparıcı ali təhsil müəssisəsi ilə təmsil olunur. Sammitdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə yanaşı, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti UNEC, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti iştirak edir. Sammit çərçivəsində ali təhsil müəssisələrinin ölkə pavilyonunda nümayiş etdirilən stendlərində iştirakçılara universitetlərin fəaliyyəti, beynəlxalq əməkdaşlıq imkanları və təhsil proqramları barədə ətraflı məlumat təqdim olunur. #EATDA #THE #Sammit

Ətraflı