“Sabahın alimləri” XIV respublika müsabiqəsinə qeydiyyat başlayıb
Oktyabrın 31-də “Sabahın alimləri” XIV respublika layihə müsabiqəsinə qeydiyyat başlayıb.
Müsabiqə ABŞ-nin “Society for Science” təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində keçiriləcək.
Müsabiqənin məqsədi ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdləri elmi axtarışlara sövq etmək, həmçinin 9 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarəolunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt) üzrə elmi-tədqiqata marağı olan istedadlı şagirdləri aşkara çıxarmaqdır.
Müsabiqədə iştirak etmək istəyən şagirdlər 24 dekabr saat 17:00-dək https://app.anket.edu.az/user/88 (Sorğuların idarə olunması) platforması üzərindən qeydiyyatdan keçməli və formaları göndərərək qeydiyyatı tamamlamalıdırlar.
Müsabiqə ilə bağlı ətraflı məlumatı https://sabahinalimleri.edu.az/ və (https://arti.edu.az/) portallarından əldə edə bilərsiniz.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
