“Elm və texnologiya” təqaüdünə layiq görülmüş tələbələrlə görüş keçirilib
Noyabrın 1-də Dövlət İmtahan Mərkəzində (DİM) Elm və Təhsil Nazirliyinin (ETN) təsis etdiyi “Elm və texnologiya” təqaüdünə layiq görülmüş bir qrup tələbə ilə görüş keçirilib.
Qeyd edək ki, bu təqaüdə 2024-2025-ci tədris ilində ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanlarında 685 baldan yuxarı nəticə göstərən tələbələr layiq görülüb.
Görüşdən əvvəl tələbələr DİM-də yaradılmış muzeylə tanış olublar, onlara mərkəzin nəşr etdiyi “İnformatika” vəsaiti hədiyyə edilib.
Görüşdə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə, ETN-nin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman, mərkəzin İdarə Heyətinin sədr müavini Namiq Babayev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov iştirak edib.
Çıxış edən qonaqlar tələbələri təqaüd almaq münasibətilə təbrik edib və onlara nailiyyətlər arzulayıblar. Bildirilib ki, cari tədris ilində ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə (xüsusilə informasiya texnologiyaları və mühəndislik ixtisaslarına) yüksək nəticələr göstərərək qəbul olunmuş tələbələrin sayı digər ixtisas qruplarına nisbətdə üstünlük təşkil edib. Sözügedən təqaüd Dördüncü Sənaye İnqilabı dövründə ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyan mövcud sahədə yüksək səviyyəli və rəqabət qabiliyyətli kadr potensialının formalaşdırılmasını stimullaşdırmaq məqsədilə müvafiq ixtisaslara qəbul olunmuş gənclərə dövlət tərəfindən göstərilən qayğı və dəstəyin təzahürüdür.
Görüşün sonunda xatirə şəkli çəkdirilib.
02.11.2024 - 12:00
Digər xəbərlər
-
Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edəcək
02.12.2024 - 10:44 -
Qarabağ Universitetinin yaradılmasının bir illiyi münasibətilə konsert keçirilib
01.12.2024 - 10:00 -
Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünə start verilib
30.11.2024 - 12:00 -
IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib
29.11.2024 - 16:14 -
Elm və təhsil naziri Neftçalada vətəndaşları qəbul edib
29.11.2024 - 15:04