“Məktəblərdə ekologiya ayı” layihəsi yekunlaşıb
Noyabrın 1-də Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Məktəblərdə ekologiya ayı” layihəsinin yekun tədbiri keçirilib.
Layihənin məqsədi ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə, yaşıl enerji növlərinin yaradılması istiqamətində uşaq və gənclərin maarifləndirilməsindən ibarət olub.
Tədbirdə məktəblilərin ifasında mahnılar səsləndirilib, ətraf mühitin qorunması, uşaq və gənclərdə ekoloji tərbiyənin formalaşdırılmasına həsr olunan ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Qeyd edək ki, layihə çərçivəsində ümumi təhsil müəssisələrində “dəyirmi masa”lar, debatlar, elmi-bədii əsərlər, məqalə və kitablarla tanışlıq, ədəbi-bədii kompozisiyalar təşkil olunub, məktəblərdə ekoloji guşələr yaradılıb, intellektual oyun və müsabiqələr keçirilib.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
