Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Seulda Azərbaycan və Koreya arasında Birgə Hökumətlərarası Komissiyanın III iclası keçirilib

Cənubi Koreyanın Seul şəhərində Azərbaycan və Koreya hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın üçüncü iclası çərçivəsində Azərbaycan-Koreya Biznes Forumu keçirilib. Birgə Komissiyanın Koreya Respublikası tərəfindən həmsədri, bu ölkənin ticarət, sənaye və energetika nazirinin müavini Jeonq Daejin Azərbaycan nümayəndə heyətini salamlayaraq Azərbaycan ilə Koreyanın yüksək iqtisadi və mədəni əlaqələrə malik dost ölkələr olduğunu diqqətə çatdırıb. İclas zamanı qarşılıqlı investisiyalar, sənaye, ticarət, kənd təsərrüfatı, energetika, təhsil, səhiyyə, mədəniyyət və turizm sahələrində əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb. Azərbaycan Respublikası tərəfindən Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov çıxış edərək Azərbaycan və Koreya arasında təhsil sahəsində əlaqələrin dinamik inkişafını vurğulayıb, eləcə də təcrübə mübadiləsi baxımından bu istiqamətdə əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb. Vüsal Xanlarov ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin bacarıqlarını təkmilləşdirmək məqsədilə “Müəllimlərin potensialının artırılması və Azərbaycan Respublikasının Təhsil Nazirliyi üçün təhsil informasiya sisteminin yaradılması” texniki yardım layihəsindən bəhs edib.  Vüsal Xanlarov Koreya təhsil standartları əsasında fəaliyyət göstərən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti, həmçinin Koreya və Azərbaycanın ali təhsil müəssisələri arasında ikili diplom proqramı barədə iştirakçılara məlumat verib. Sonda hökumətlər arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın üçüncü iclasının protokolu imzalanıb.

Lidiya Rəsulovaya həsr olunmuş "Tarixə yazılmış ömür" kitabının təqdimatı olub

İyunun 8-də Bakı Dövlət Universitetində tanınmış ictimai-siyasi xadim Lidiya Rəsulovaya həsr olunmuş "Tarixə yazılmış ömür" kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, Lidiya Rəsulova işlədiyi bütün vəzifələrdə məsuliyyətlə çalışan, vətənini, dövlətini sevən, yüksək mənəviyyata malik insan olub. Buna görə də Lidiya Rəsulovanın xidmətləri bu gün də hörmətlə yad edilir. Bildirilib ki, Lidiya Rəsulova 1981-1988-ci illərdə Həmkarlar İttifaqları Şurasının sədri olarkən Azərbaycanda istirahət və idman mərkəzlərinin yaradılmasına xüsusi diqqət yetirib. 1993-1997-ci illərdə təhsil naziri vəzifəsində işləyərkən nazirliyin yeni strukturu formalaşıb, ciddi islahatlar aparılıb. Nazir müavininin sözlərinə görə, Lidiya Rəsulova prinsipial və düzgün qərarlar qəbul etmək bacarığına malik dövlət xadimi idi. Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova çıxışında bildirib ki, Lidiya Rəsulova ümummilli lider Heydər Əliyev məktəbinin ən parlaq nümayəndəsi idi. Lidiya Rəsulova həm də Azərbaycanda qadın hərəkatının öncüllərindən olub.   Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədov da Lidiya Rəsulovanın ictimai-siyasi fəaliyyəti və xidmətləri ilə bağlı fikirlərini bildirib, onun əziz xatirəsinin həmişə yaddaşlarda yaşayacağını qeyd edib. Daha sonra kitabın müəllifi, jurnalist Dilarə Rüstəm, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov və bir sıra çıxışçılar Lidiya Rəsulovanın Azərbaycan dövlətçiliyi qarşısında xidmətlərini vurğulayıb, onunla bağlı xatirələrini səsləndiriblər. Tədbirin sonunda Lidiya Rəsulovanın xatirəsinə həsr edilmiş “Tarixə yazılmış ömür” filmi nümayiş olunub.

Rəqəmsal məktəbdaxili qiymətləndirmə prosesi davam edir

2022-2023-cü tədris ilində ölkə üzrə 400-dən çox ümumi təhsil müəssisəsində böyük summativ qiymətləndirmələr rəqəmsal təşkil olunur. Bu göstərici ötən tədris ilinə nisbətən 10 dəfə çoxdur.    Rəqəmsal məktəbdaxili qiymətləndirmə şagirdlərin rəqəmsal bilik, bacarıqlarının  artırılması, qiymətləndirmə vasitələrinin hazırlanma  və yoxlanılmasında vaxta qənaət,  texnologiyanın təklif etdiyi yeni məzmun və formalı qiymətləndirmə üsullarından istifadə, eləcə də kağız sərfiyyatının minimuma endirilməsi məqsədilə həyata keçirilir.     Qeyd edək ki, ümumi təhsil müəssisələri məktəbdaxili qiymətləndirməni kompüter avadanlıqları və internet təminatı imkan verdiyi təqdirdə rəqəmsallaşdıra bilər. Sözügedən proseslə bağlı ölkə üzrə bütün ümumi təhsil müəssisələrinə müvafiq təlimatlar göndərilib.     Məktəbdaxili qiymətləndirmənin rəqəmsallaşdırılması prosesinin tətbiqinə 2021-2022-ci tədris ilindən başlanılıb.   

“Peşəkar idarəçi” müsabiqəsinin test imtahanı mərhələsinə start verilir

İyunun 17-də “Peşəkar idarəçi” müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək. Bu barədə məlumat imtahanda iştirak hüququ qazanmış şəxslərin mobil əlaqə nömrələrinə göndəriləcək.    Müsabiqədə iştirak üçün 2 mindən çox namizəd müraciət edib.    Test imtahanında namizədlərə 80 dəqiqə müddətində tənqidi oxu bacarığı, məntiqi təfəkkür, əmək və təhsil qanunvericiliyi üzrə ümumilikdə 45 test tapşırığı təqdim olunacaq.    Qeyd edək ki, müsabiqənin məqsədi yerli təhsili idarəetmə orqanlarının fəaliyyətinə dəstək verəcək kadrları aşkarlamaq, karyerasını təhsilin idarə olunması sahəsində qurmaq istəyən pedaqoji işçilərə dəstək vermək, təhsil sahəsində  idarəetmə vəzifələri üçün gələcəkdə yaranacaq işçi ehtiyacını təmin etməkdir.   

Peşə təhsili üzrə kommunikasiya görüşü keçirilib

İyunun 7-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələrinin iştirak etdiyi növbəti kommunikasiya görüşü keçirilib. Görüşdə peşə təhsilinin əhatə dairəsi, əmək bazarında iş imkanları, işğaldan azad edilmiş ərazilərdə peşə təhsili müəssisələrinin tikintisi əsas müzakirə mövzularından olub.    Görüşdə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini icra edən Ceyhun Kərəmov əmək bazarında peşə ixtisaslı kadrlara böyük ehtiyac olduğunu və buna görə də növbəti illərdə peşə təhsili şəbəkəsinin əhatə dairəsinin genişləndiriləcəyini vurğulayıb.     Peşə təhsili müəssisələrinin tikintisi barədə danışan Ceyhun Kərəmov qeyd edib ki, növbəti illərdə Qarabağda 8 peşə təhsili müəssisəsi qurulacaq.    Yüksək texniki peşə təhsilindən danışan Ceyhun Kərəmovun sözlərinə görə, bu peşə təhsili səviyyəsi üzrə tələbə sayının 2026-cı ilədək 9200 nəfər artırılması gözlənilir. 700-dən çox tələbənin alman təcrübəsi əsasında dual təhsil proqramına cəlb edildiyini xatırladan Ceyhun Kərəmov bildirib ki, bu, 70-dən çox işəgötürənlə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Göstəricinin 1000 nəfərə çatdırılması planlaşdırılır. Daha sonra media nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb.

Nazir müavini Böyük Britaniyanın Koventri Universitetinin nümayəndə heyəti ilə görüşüb

İyunun 6-da elm və təhsil nazirinin müavini Firudin Qurbanov Böyük Britaniyanın Koventri Universitetinin nümayəndə heyəti ilə görüşüb. Görüşdə Koventri Universitetinin İnam, Sülh və Sosial Əlaqələr Mərkəzinin təsisçisi Mayk Xardi və Koventri Universitetinin professoru Riçard Daşvord, habelə Azərbaycan Turizm və Menecment Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa iştirak ediblər.     Nazir müavini “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qeyd olunan hədəflərə uyğun olaraq elm və təhsil sahəsində görülən işlər, əldə olunan nailiyyətlər barədə qonaqlara məlumat verib. Firudin Qurbanov xaricdə təhsil üzrə həyata keçirilən dövlət proqramlarının ölkəmizdə insan kapitalının formalaşdırılması və inkişafına verdiyi müsbət töhfəni vurğulayıb. Qeyd olunub ki, Böyük Britaniya universitetləri dövlət proqramları çərçivəsində ən çox müraciət olunan xarici ali təhsil müəssisələri sırasındadır və ölkələrimizin təhsil müəssisələri ilə əməkdaşlıq genişlənir.    Firudin Qurbanov qeyd edib ki, 2018-ci ildə ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi məqsədilə ölkə Prezidentinin müvafiq sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramının icra istiqamətlərinə yerli ali təhsil müəssisələrində beynəlxalq ikili diplom proqramlarının təsis edilməsi və ölkə vətəndaşlarının nüfuzlu xarici universitetlərdə doktorantura səviyyəsi üzrə təhsilinin təşkili aiddir. Dövlət Proqramına əsasən hazırda gənc tədqiqatçılarımız təhsillərini Böyük Britaniya və digər inkişaf etmiş ölkələrdə davam etdirirlər.    Firudin Qurbanov Mayk Xardinin “Bakı Prosesi”nə verdiyi töhfəni də yüksək qiymətləndirib.    Sonda nazir müavini əlavə edib ki, təhsil sahəsində səmərəli, fəal əməkdaşlıq, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan ardıcıl mövqe, həmçinin birgə fəaliyyət bundan sonra da ölkələrimizdə elm və təhsilin inkişafına xidmət edəcək.    Mayk Xardi öz növbəsində Koventri Universitetinin fəaliyyəti haqqında məlumat verib, Azərbaycan Respublikasının ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.   

“Selfie” pilot layihəsi

2022-2023-cü tədris ilində rəqəmsal məktəbdaxili qiymətləndirmə prosesində iştirak edən 50 ümumi təhsil müəssisəsində “Selfie” pilot layihəsi həyata keçirilib. Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzi və Avropa Təlim Fondu tərəfindən yaradılan “Selfie” onlayn alətinin tətbiqi rəqəmsal texnologiyadan istifadə ilə bağlı boşluqları görmək və daha səmərəli istifadəni təmin etmək məqsədi daşıyır.      Sözügedən alət təhsil müəssisələrində rəqəmsal texnologiyaların tədris, öyrənmə və qiymətləndirmə proseslərinə daxil edilməsinə, eyni zamanda, təhsilalanların rəqəmsal səriştəsinin inkişafına dəstək olan vasitədir. “Selfie” müəssisə rəhbərləri, təhsilverənlər və təhsilalanların rəylərini toplamaq üçün sorğular tətbiq edir. Adıçəkilən sorğular müəyyən dövr ərzində müəssisənin rəqəmsal inkişafını yoxlayan mövzuları əhatə edir. Nəticədə toplanmış məlumatlar əsasında məktəbin rəqəmsal texnologiyadan istifadəsi üzrə güclü və zəif tərəflərini əks etdirən hesabatların hazırlanması mümkün olur.      Qeyd edək ki, ötən tədris ilində layihə 6 ümumi təhsil müəssisəsində tətbiq edilib.   

“Təhsil” beynəlxalq cüdo turniri keçiriləcək

9-10 iyun tarixlərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Təhsil” beynəlxalq cüdo turniri təşkil olunacaq. Turnir Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçiriləcək.    Yarışa uşaq-gənclər idman məktəbləri, idman klubları və xarici ölkələrdən komandalar qatılacaq. Turnirdə Azərbaycanla yanaşı, Slovakiya, Macarıstan, İsveç, Latviya, Qazaxıstan, Niderland, Özbəkistan, Çexiya və Polşadan ümumilikdə 500-dən çox idmançının iştirakı gözlənilir.    Turnirin açılış mərasimi 9 iyun saat 15:00-da Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzində baş tutacaq və İdman TV tərəfindən canlı olaraq yayımlanacaq. 11-13 iyun tarixlərində “Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” tədris-idman bazasında beynəlxalq və yerli idmançıların iştirakı ilə təlim-məşq toplanışı keçiriləcək.    Qeyd edək ki, turnirin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin irsinin təbliği, yeniyetmə idmançıların yarış təcrübələrinin artırılması, onlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və cüdo idman növü üzrə yeniyetmələrdən ibarət yığma komandalara namizədlərin seçilməsidir. 

Elm və təhsil naziri Qazaxda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 19 iyun 2023-cü il tarixində Qazax rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy sakinləri iştirak edə bilərlər.   Adları çəkilən rayonların sakinləri 14 iyun 2023-cü il (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “Whatsapp” vasitəsilə müraciət göndərmək mümkündür.    Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər.

Türkiyəli məktəblilər ölkəmizdə səfərdədirlər

Türkiyə Respublikasının Ankara şəhərinin ümumi təhsil müəssisələrinin şagird və müəllimlərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir.   Nümayəndə heyətinə ümumilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Türkiyədə şagirdlər arasında keçirilmiş rəsm və inşa müsabiqəsinin qalibləri, müəllimlər və Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin əməkdaşları daxildir.   Səfər çərçivəsində nümayəndə heyəti iyunun 6-da Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, məzarları üzərinə qərənfillər düzülüb. Türk əsgərlərinin xatirəsinə ucaldılmış "Türk şəhidliyi" abidəsi də ziyarət edilib.   Nümayəndə heyəti həmçinin Bülbül adına orta ixtisas musiqi məktəbini ziyarət edib. Məktəbdə qonaqlar üçün musiqili proqram təşkil olunub.   Səfər 10 iyun tarixinə qədər davam edəcək. Qonaqlar səfər çərçivəsində Heydər Əliyev adına Müasir Təhsil Kompleksini, Hərbi Qənimətlər Parkı və Heydər Əliyev Mərkəzini ziyarət edəcək, habelə Şuşa şəhərinə səfər edəcəklər.

01/06/2026

Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu davam edir. ⏳ Sənəd qəbulu 9 iyun 2026-cı il saat 18:00-da yekunlaşacaq. Doktorantura təhsili almaq istəyən namizədlər müraciətlərini portal.edu.az üzərindən "Şəxsi kabinet" vasitəsilə elektron qaydada təqdim edə bilərlər. ✅ Müraciəti müsbət qiymətləndirilən şəxslər xarici dil imtahanında iştirak hüququ əldə edəcəklər. #ElmVəTəhsilNazirliyi #EduGovAz #Eduaz #AliTəhsil #Doktorantura

Ətraflı
01/06/2026

Elm və təhsil naziri Emin Əmrullayev iyunun 12-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək. ? Qəbula kimlər yazıla bilər? Gəncə, Samux və Kəlbəcər sakinləri ? Qəbula necə yazılmaq olar? ? Çağrı Mərkəzi: 146 – 11 ilə əlaqə saxlayaraq ? Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq ? "WhatsApp" vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək ⏰ Qeydiyyat üçün son tarix: 8 iyun 2026-cı il (saat 18:00-dək) ❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu

Ətraflı
01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik! ????? #ElmVəTəhsilNazirliyi #UşaqlarınBeynəlxalqMüdafiəsiGünü #Uşaqlar #1İyun

Ətraflı