“Selfie” pilot layihəsi
2022-2023-cü tədris ilində rəqəmsal məktəbdaxili qiymətləndirmə prosesində iştirak edən 50 ümumi təhsil müəssisəsində “Selfie” pilot layihəsi həyata keçirilib. Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzi və Avropa Təlim Fondu tərəfindən yaradılan “Selfie” onlayn alətinin tətbiqi rəqəmsal texnologiyadan istifadə ilə bağlı boşluqları görmək və daha səmərəli istifadəni təmin etmək məqsədi daşıyır.
Sözügedən alət təhsil müəssisələrində rəqəmsal texnologiyaların tədris, öyrənmə və qiymətləndirmə proseslərinə daxil edilməsinə, eyni zamanda, təhsilalanların rəqəmsal səriştəsinin inkişafına dəstək olan vasitədir. “Selfie” müəssisə rəhbərləri, təhsilverənlər və təhsilalanların rəylərini toplamaq üçün sorğular tətbiq edir. Adıçəkilən sorğular müəyyən dövr ərzində müəssisənin rəqəmsal inkişafını yoxlayan mövzuları əhatə edir. Nəticədə toplanmış məlumatlar əsasında məktəbin rəqəmsal texnologiyadan istifadəsi üzrə güclü və zəif tərəflərini əks etdirən hesabatların hazırlanması mümkün olur.
Qeyd edək ki, ötən tədris ilində layihə 6 ümumi təhsil müəssisəsində tətbiq edilib.
2 il əvvəl
Digər xəbərlər
-
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38 -
Doktoranturada SABAH proqramı
26.05.2026 - 16:43 -
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edib
26.05.2026 - 16:00
