Seulda Azərbaycan və Koreya arasında Birgə Hökumətlərarası Komissiyanın III iclası keçirilib
Cənubi Koreyanın Seul şəhərində Azərbaycan və Koreya hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın üçüncü iclası çərçivəsində Azərbaycan-Koreya Biznes Forumu keçirilib.
Birgə Komissiyanın Koreya Respublikası tərəfindən həmsədri, bu ölkənin ticarət, sənaye və energetika nazirinin müavini Jeonq Daejin Azərbaycan nümayəndə heyətini salamlayaraq Azərbaycan ilə Koreyanın yüksək iqtisadi və mədəni əlaqələrə malik dost ölkələr olduğunu diqqətə çatdırıb.
İclas zamanı qarşılıqlı investisiyalar, sənaye, ticarət, kənd təsərrüfatı, energetika, təhsil, səhiyyə, mədəniyyət və turizm sahələrində əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.
Azərbaycan Respublikası tərəfindən Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov çıxış edərək Azərbaycan və Koreya arasında təhsil sahəsində əlaqələrin dinamik inkişafını vurğulayıb, eləcə də təcrübə mübadiləsi baxımından bu istiqamətdə əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb. Vüsal Xanlarov ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin bacarıqlarını təkmilləşdirmək məqsədilə “Müəllimlərin potensialının artırılması və Azərbaycan Respublikasının Təhsil Nazirliyi üçün təhsil informasiya sisteminin yaradılması” texniki yardım layihəsindən bəhs edib.
Vüsal Xanlarov Koreya təhsil standartları əsasında fəaliyyət göstərən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti, həmçinin Koreya və Azərbaycanın ali təhsil müəssisələri arasında ikili diplom proqramı barədə iştirakçılara məlumat verib.
Sonda hökumətlər arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın üçüncü iclasının protokolu imzalanıb.
2 il əvvəl
Digər xəbərlər
-
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38 -
Doktoranturada SABAH proqramı
26.05.2026 - 16:43 -
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edib
26.05.2026 - 16:00
