“Təhsil” beynəlxalq cüdo turniri keçiriləcək
9-10 iyun tarixlərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Təhsil” beynəlxalq cüdo turniri təşkil olunacaq. Turnir Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçiriləcək.
Yarışa uşaq-gənclər idman məktəbləri, idman klubları və xarici ölkələrdən komandalar qatılacaq. Turnirdə Azərbaycanla yanaşı, Slovakiya, Macarıstan, İsveç, Latviya, Qazaxıstan, Niderland, Özbəkistan, Çexiya və Polşadan ümumilikdə 500-dən çox idmançının iştirakı gözlənilir.
Turnirin açılış mərasimi 9 iyun saat 15:00-da Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzində baş tutacaq və İdman TV tərəfindən canlı olaraq yayımlanacaq. 11-13 iyun tarixlərində “Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” tədris-idman bazasında beynəlxalq və yerli idmançıların iştirakı ilə təlim-məşq toplanışı keçiriləcək.
Qeyd edək ki, turnirin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin irsinin təbliği, yeniyetmə idmançıların yarış təcrübələrinin artırılması, onlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və cüdo idman növü üzrə yeniyetmələrdən ibarət yığma komandalara namizədlərin seçilməsidir.
1 il əvvəl
Digər xəbərlər
-
Respublika Fənn Olimpiadalarının qaliblərinə mükafatlar təqdim olunub
05.07.2024 - 19:00 -
Emin Əmrullayev 4-cü "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsinin açılış mərasimində
05.07.2024 - 18:00 -
Beynəlxalq Məktəb İdmanı Federasiyasının nümayəndələri ilə görüş keçirilib
05.07.2024 - 14:25 -
Prezident Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanış olub
05.07.2024 - 13:24 -
Firudin Qurbanov "İTi zəka – 2" hakatonunun mükafatlandırma mərasimində iştirak edib
04.07.2024 - 17:10