Elm və təhsil naziri Qazaxda vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev 19 iyun 2023-cü il tarixində Qazax rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy sakinləri iştirak edə bilərlər.
Adları çəkilən rayonların sakinləri 14 iyun 2023-cü il (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “Whatsapp” vasitəsilə müraciət göndərmək mümkündür.
Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər.
1 il əvvəl
Digər xəbərlər
-
Respublika Fənn Olimpiadalarının qaliblərinə mükafatlar təqdim olunub
05.07.2024 - 19:00 -
Emin Əmrullayev 4-cü "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsinin açılış mərasimində
05.07.2024 - 18:00 -
Beynəlxalq Məktəb İdmanı Federasiyasının nümayəndələri ilə görüş keçirilib
05.07.2024 - 14:25 -
Prezident Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanış olub
05.07.2024 - 13:24 -
Firudin Qurbanov "İTi zəka – 2" hakatonunun mükafatlandırma mərasimində iştirak edib
04.07.2024 - 17:10