• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Lidiya Rəsulovaya həsr olunmuş "Tarixə yazılmış ömür" kitabının təqdimatı olub

İyunun 8-də Bakı Dövlət Universitetində tanınmış ictimai-siyasi xadim Lidiya Rəsulovaya həsr olunmuş "Tarixə yazılmış ömür" kitabının təqdimat mərasimi keçirilib.

Mərasimdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, Lidiya Rəsulova işlədiyi bütün vəzifələrdə məsuliyyətlə çalışan, vətənini, dövlətini sevən, yüksək mənəviyyata malik insan olub. Buna görə də Lidiya Rəsulovanın xidmətləri bu gün də hörmətlə yad edilir. Bildirilib ki, Lidiya Rəsulova 1981-1988-ci illərdə Həmkarlar İttifaqları Şurasının sədri olarkən Azərbaycanda istirahət və idman mərkəzlərinin yaradılmasına xüsusi diqqət yetirib. 1993-1997-ci illərdə təhsil naziri vəzifəsində işləyərkən nazirliyin yeni strukturu formalaşıb, ciddi islahatlar aparılıb. Nazir müavininin sözlərinə görə, Lidiya Rəsulova prinsipial və düzgün qərarlar qəbul etmək bacarığına malik dövlət xadimi idi.

Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova çıxışında bildirib ki, Lidiya Rəsulova ümummilli lider Heydər Əliyev məktəbinin ən parlaq nümayəndəsi idi. Lidiya Rəsulova həm də Azərbaycanda qadın hərəkatının öncüllərindən olub.  

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədov da Lidiya Rəsulovanın ictimai-siyasi fəaliyyəti və xidmətləri ilə bağlı fikirlərini bildirib, onun əziz xatirəsinin həmişə yaddaşlarda yaşayacağını qeyd edib.

Daha sonra kitabın müəllifi, jurnalist Dilarə Rüstəm, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov və bir sıra çıxışçılar Lidiya Rəsulovanın Azərbaycan dövlətçiliyi qarşısında xidmətlərini vurğulayıb, onunla bağlı xatirələrini səsləndiriblər.

Tədbirin sonunda Lidiya Rəsulovanın xatirəsinə həsr edilmiş “Tarixə yazılmış ömür” filmi nümayiş olunub.


1 il əvvəl