• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Rəqəmsal məktəbdaxili qiymətləndirmə prosesi davam edir

2022-2023-cü tədris ilində ölkə üzrə 400-dən çox ümumi təhsil müəssisəsində böyük summativ qiymətləndirmələr rəqəmsal təşkil olunur. Bu göstərici ötən tədris ilinə nisbətən 10 dəfə çoxdur. 
 
Rəqəmsal məktəbdaxili qiymətləndirmə şagirdlərin rəqəmsal bilik, bacarıqlarının  artırılması, qiymətləndirmə vasitələrinin hazırlanma  və yoxlanılmasında vaxta qənaət,  texnologiyanın təklif etdiyi yeni məzmun və formalı qiymətləndirmə üsullarından istifadə, eləcə də kağız sərfiyyatının minimuma endirilməsi məqsədilə həyata keçirilir.  
 
Qeyd edək ki, ümumi təhsil müəssisələri məktəbdaxili qiymətləndirməni kompüter avadanlıqları və internet təminatı imkan verdiyi təqdirdə rəqəmsallaşdıra bilər. Sözügedən proseslə bağlı ölkə üzrə bütün ümumi təhsil müəssisələrinə müvafiq təlimatlar göndərilib.  
 
Məktəbdaxili qiymətləndirmənin rəqəmsallaşdırılması prosesinin tətbiqinə 2021-2022-ci tədris ilindən başlanılıb. 
 


1 il əvvəl