Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Elm və təhsil naziri TUBİTAK-ın rəhbəri ilə görüşüb

Fevralın 28-də elm və təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının Elmi və Texnoloji Tədqiqat Şurasının (TUBİTAK) rəhbəri Hasan Mandal ilə görüşüb.   Görüş zamanı Elm və Təhsil Nazirliyi ilə TUBİTAK arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyət və perspektivləri müzakirə olunub.

Elm və təhsil naziri Abşeronda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 15 mart tarixində Abşeron rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayonlarının sakinləri iştirak edə bilərlər. Adları çəkilən şəhər və rayonların sakinləri 11 mart (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.  

Məktəbəqədər və peşə təhsili müəssisələri ATŞ-yə qoşulub

Azərbaycanda sürətli fiber-optik bağlantı ilə təmin olunan təhsil müəssisələrinin sayı artmaqdadır. Təhsil müəssisələrində İKT infrastrukturunun qurulması rəqəmsal texnologiyaların tətbiqi və şagirdlərin onlara çıxışı baxımından öz faydasını verir.   Ölkə üzrə 71 peşə və 53 məktəbəqədər təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub. Bu isə öz növbəsində informasiya və kommunikasiya texnologiyalarının təhsil sisteminə inteqrasiyası və idarəetmə sisteminin müasir tələblərə əsasən qurulması deməkdir.   Peşə təhsili müəssisələrinin 77 faizi fiber-optik bağlantı ilə təmin edilib. Bu, tədrisin innovativ formatda təşkilini və real vaxt əməliyyatları zamanı kommunikasiyanın sürətliliyini təmin edir.    Qeyd edək ki, ATŞ müxtəlif pillələr üzrə təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları vahid şəbəkədə birləşdirən ölkənin təhsil üzrə ən böyük daxili şəbəkəsidir. Belə şəbəkənin mövcudluğu təhsildə elektronlaşma meyillərinin gücləndirilməsi, interaktiv tədris mexanizmlərinin tətbiqi və innovativ pedaqoji yanaşmaların istifadəsi üçün münbit şərait yaradır.    

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinə sənəd qəbulu başlayır

Fevralın 27-dən təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinə sənəd qəbulu başlayır.    Müsabiqədə dövlət tam orta və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilərlər.    Layihə sənədlərinin qəbulu 27 fevral – 1 aprel tarixlərində www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək.   Müsabiqənin məqsədi təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabət və innovativ fəaliyyətin stimullaşdırılmasıdır.    Qrant müsabiqəsi barədə ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz:  Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi

Azərbaycan Tələbə Liqasında II dövrəyə start verilib

Fevralın 23-də ölkədə ilk dəfə təşkil olunan ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqasında II dövrəyə start verilib.   Liqanın A qrupunda mübarizə aparan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandalarının qarşılaşması olub. Oyunda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası 5:1 hesabı ilə qalib gəlib.   Azərbaycan Texniki Universitetinin idman kompleksində 12 ali təhsil müəssisəsinin komandalarının mübarizə apardığı yarışa 2024-cü ilin may ayında yekun vurulacaq.   Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir.   Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında futzal idman növünün təbliği, perspektivli idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması, həmçinin tələbələrdən ibarət futzal üzrə yığma komandanın formalaşdırılmasıdır.

Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Fevralın 26-da Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət edib. Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə qərənfillər düzülüb və faciə qurbanları dərin ehtiramla yad olunub.

RFO-nun respublika mərhələsinin yarımfinal turu keçirilib

Respublika Fənn Olimpiadalarının (RFO) respublika mərhələsinin yarımfinal turu keçirilib.   RFO-nun yarımfinal turu Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya və tarix fənləri daxil olmaqla 7 fənn üzrə təşkil edilib.    Ümumilikdə 10 997 şagird yarımfinal turunda iştirak hüququ qazanıb.   RFO-nun təşkilində məqsəd istedadlı şagirdləri aşkar etmək, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdləri qiymətləndirməkdir.   Qeyd edək ki, RFO Kapital Bank ilə əməkdaşlıq əsasında həyata keçirilir.

Emin Əmrullayev Beyləqanda təmir edilən məktəbdə olub

Elm və təhsil naziri Emin Əmrullayev Beyləqana səfəri zamanı hazırda əsaslı təmir işləri aparılan Kəbirli kənd 1 nömrəli tam orta məktəbə baxış keçirib, görülən işlərlə tanış olub.   Məlumat verilib ki, məktəb binası 504 şagird yerlikdir. Təhsil müəssisəsində 24 sinif otağı, kimya, fizika və biologiya laboratoriyaları, 2 informatika kabineti, 2 texnologiya otağı, məktəbəhazırlıq və çağırışaqədərki hazırlıq kabinetləri, kitabxana, 210 yerlik akt zalı, idman zalı və 144 yerlik yeməkxana olacaq. Təhsil müəssisəsinin əsaslı təmiri ilə bağlı hazırda tamamlanma işləri görülür.   Bundan başqa, Emin Əmrullayev sözügedən məktəb üçün yeni inşa edilən 320 şagird yerlik əlavə korpusun tikintisi ilə də maraqlanıb.   Bildirilib ki, əlavə korpusda 11 sinif otağı, kimya, fizika və biologiya laboratoriyaları, informatika kabineti, 2 texnologiya otağı, məktəbəhazırlıq və çağırışaqədərki hazırlıq kabinetləri, kitabxana, 192 yerlik akt zalı, idman zalı və 120 yerlik yeməkxana olacaq. Korpusda da hazırda tamamlanma işləri görülür.    Qeyd edək ki, ötən il Beyləqan rayonunda 8 ümumi, 1 peşə və 4 məktəbəqədər təhsil müəssisəsində dövlət büdcəsi hesabına cari təmir işləri aparılıb.

Elm və təhsil naziri Beyləqanda vətəndaşları qəbul edib

Fevralın 23-də elm və təhsil naziri Emin Əmrullayev Beyləqan rayonunda vətəndaş qəbulu keçirib. Qəbulda Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd sakinləri iştirak ediblər.    Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.      Vətəndaşlar müəllimlərin işə qəbulu və yerdəyişməsi, həmçinin ümumi təhsilə dair digər məsələlərlə bağlı müraciətlər ediblər.      Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Nərminə Hüseynova Bakı Şəhəri üzrə Təhsil İdarəsinin kollektivinə təqdim edilib

Fevralın 23-də elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nərminə Hüseynovaya həvalə olunub.    Nərminə Hüseynovanı kollektivə elm və təhsil nazirinin müavini Həsən Həsənli təqdim edib.    Tədbirdə Bakı şəhəri üzrə təhsil müəssisələrində monitorinq və nəzarətin gücləndirilməsi, şagird davranış qaydalarının tətbiqi, tədris keyfiyyətinin artırılması və müəllimlərin sertifikatlaşdırma imtahanlarına hazırlığı məsələləri ilə bağlı müvafiq tapşırıqlar verilib.   Çıxış edən Nərminə Hüseynova öz növbəsində ona göstərilən etimada görə minnətdarlığını bildirib, qarşıya qoyulan hədəflərə çatmaq üçün üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyini söyləyib.

11/09/2026

"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat

Ətraflı
11/09/2026

Sentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli

Ətraflı
11/09/2026

? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA

Ətraflı