“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
2 il əvvəl
Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsinə start verilib.
Festival-müsabiqənin keçirilməsində məqsəd milli mədəniyyət və incəsənətin təbliği, uşaqları vətənpərvərlik, adət-ənənələrə hörmət ruhunda tərbiyə etmək, Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini ehtiramla anmaq, Azərbaycan ordusunun Vətən müharibəsində zəfər yürüşü, şanlı qələbəsi və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı uşaq və gəncləri maarifləndirməkdir.
Festival-müsabiqə ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların (uşaq musiqi və incəsənət məktəbləri istisna olmaqla) istedadlı şagirdləri arasında üç yaş qrupunda (6-10, 11-14 və 15-17) aşağıdakı istiqamətlər üzrə keçirilir:
- ifa üzrə respublika müsabiqəsi;
- rəqs üzrə respublika müsabiqəsi;
- təsviri incəsənət və dekorativ-tətbiqi sənət üzrə respublika müsabiqəsi;
- dram üzrə respublika müsabiqəsi.
Festival-müsabiqə aşağıdakı mərhələlər üzrə keçirilir:
Rayon (şəhər) mərhələsi: 15 – 30 aprel tarixlərində keçirilir. Regional təhsil idarələrinin təşkilatçılığı ilə rayon və şəhərlərdə yaradılmış münsiflər heyətinin iştirakı əsasında şagirdlərin seçimi aparılır. Rayon (şəhər) mərhələsində I yerin qalibi olanlar zona mərhələsində iştirak etmək hüququ qazanırlar.
Zona mərhələsi: 2024-cü ilin may ayında keçirilir. Rayon və şəhərlər üzrə I yerlərin qalibləri zona mərhələsində iştirak etmək hüququ qazanırlar. Qaliblər haqqında protokollar zona mərhələsi keçirilən regional təhsil idarəsində yaradılmış təşkilat komitəsinə təqdim edilir.
Final mərhələsi: cari ilin may ayında Bakı şəhərində keçiriləcək. Nominasiya və yaş qrupları üzrə I yerin qalibləri final mərhələsində iştirak etmək hüququ qazanırlar.
Qaliblərin mükafatlandırılması və yekun tədbir 2024-cü ilin oktyabr ayında Bakı şəhərində keçiriləcək.
Qeyd edək ki, yaş qrupu və nominasiyalar üzrə I, II və III yerlərin qalibləri Elm və Təhsil Nazirliyinin fəxri fərmanı və hədiyyələrlə mükafatlandırılacaqlar.
Müsabiqə ilə bağlı sual yaranarsa, qeyd edilən telefon nömrələri ilə əlaqə saxlanıla bilər: (012) 539 21 06; (012) 421 54 66; (012) 597 13 42; (012) 472 72 63.
Digər xəbərlər
-
NDU-da Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO29) öz işinə başlayıb
30.10.2026 - 20:00 -
Elm və Təhsil Nazirliyi Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib
28.10.2026 - 17:31 -
“Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” sessiyası keçirilib
28.10.2026 - 15:30 -
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
28.10.2026 - 10:45 -
Bakıda IE Liderlik və İnnovasiya Mərkəzinin açılışı olub
28.10.2026 - 10:00
