”Məktəblilərin respublika çempionatı”na start verilir
Cari ilin aprel–iyun aylarında Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin birgə qərarı ilə “Məktəblilərin respublika çempionatı” keçiriləcək.
Çempionatın keçirilməsində məqsəd bədən tərbiyəsi və idmanı şagirdlər arasında kütləviləşdirmək, fiziki tərbiyə fənninin tədrisini təkmilləşdirmək, şagirdlər arasında sağlam, aktiv həyat tərzini təşviq etmək, sinifdənxaric və məktəbdənkənar işi yaxşılaşdırmaq, idmançıların yarış təcrübələrini artırmaq, olimpiya idman kompleksləri və idman bazalarından səmərəli istifadəni təmin etməkdir.
“Məktəblilərin respublika çempionatı” ağırlıqqaldırma, cüdo, sərbəst güləş, yunan-Roma güləşi, taekvondo idman növləri üzrə beynəlxalq idman federasiyalarının təsdiq etdiyi qaydalara əsasən keçirilir.
Ağırlıqqaldırma: 2007–2011-ci il təvəllüdlü oğlanlar arasında 24–26 may tarixlərində 1 mərhələ (final) üzrə keçiriləcək;
Cüdo: 2012–2014-cü il təvəllüdlü oğlan və qızlar arasında 2 mərhələ üzrə keçirilir. Zona mərhələsi aprel–may aylarında, final mərhələsi 8–10 iyun tarixlərində təşkil olunacaq;
Sərbəst güləş, yunan-Roma güləşi: 2010–2012-ci il təvəllüdlü oğlanlar arasında 2 mərhələ üzrə keçirilir. Zona mərhələsi aprel–may aylarında, final mərhələsi 4–7 iyun tarixlərində təşkil olunacaq;
Taekvondo: 2007–2008, 2009–2010-cu il təvəllüdlü oğlan və qızlar arasında 20–23 may tarixlərində 1 mərhələ (final) üzrə keçiriləcək.
Çempionatda müvafiq idman növləri üzrə yarışların proqramında qeyd olunan yaş və çəki dərəcələrinə uyğun bütün rayon və şəhər ümumi təhsil müəssisələrinin şagirdləri iştirak edə bilərlər.
2 il əvvəl
Digər xəbərlər
-
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı
12.10.2026 - 15:00 -
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50
