“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin bağlanış mərasimi keçirilib
Aprelin 19-da “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin bağlanış mərasimi keçirilib.
Mərasimdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov qalibləri təbrik edib və onlara gələcək elmi fəaliyyətlərində nailiyyətlər arzulayıb.
Bağlanış mərasimində iştirak edən gənclər və idman nazirinin müavini İndira Hacıyeva layihənin əhəmiyyətindən danışıb, finalçılara uğurlar arzulayıb.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov öz növbəsində tədbirə ev sahibliyi etməkdən böyük məmnunluq hissi keçirdiyini bildirib və finalçıları təbrik edib.
Daha sonra müsabiqə çərçivəsində hazırlanan videoçarx nümayiş olunub.
Tədbirdə 1, 2 və 3-cü yerlərin qaliblərinə diplom və medallar, fərqlənən şagirdlərə xüsusi mükafatlar, iştirakçıların hər birinə sertifikatlar təqdim olunub. Qalib layihələrin elmi rəhbərlərinə isə təşəkkürnamələr veriləcək.
Qeyd edək ki, müsabiqə Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil İnstitutu, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilib.
2 il əvvəl
Digər xəbərlər
-
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı
12.10.2026 - 15:00 -
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50
