Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
2 il əvvəl
Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan–Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.
Mərasim zamanı Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev və Qırğız Respublikasının təhsil və elm naziri Doqdurkul Kendirbayeva “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş”i imzalayıblar.
Sazişə əsasən, tərəflər təhsil müəssisələri arasında birbaşa əlaqələrin qurulmasını və inkişafını, təcrübə mübadiləsini təşviq edəcəklər, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığı gücləndirmək məqsədilə müəllim, tədqiqatçı, alim və digər təhsil işçilərinin səfərlərini həyata keçirəcəklər.
Saziş çərçivəsində eyni zamanda hər iki tərəf milli qanunvericiliklərinə uyğun və qarşılıqlılıq əsasında digər dövlətin vətəndaşlarına öz ölkəsinin universitetlərində təhsil almaq üçün bakalavriat proqramları üzrə hər il 5 kvota yeri ayıracaq.
Digər xəbərlər
-
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
05.11.2026 - 09:40 -
“BilBacar” müsabiqəsinə qeydiyyat başlayır
04.11.2026 - 15:48 -
“BilBacar” müsabiqəsi yenidən başlayır!
03.11.2026 - 16:58 -
Nazir müavini Firudin Qurbanov Tərtər rayonuna səfər edib
02.11.2026 - 18:30 -
Azərbaycan Tələbə Liqasının 2026/2027 mövsümünə start verilib
02.11.2026 - 12:50
