Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib
Aprelin 19-da elm və təhsil naziri Emin Əmrullayev Samux rayonunda vətəndaş qəbulu keçirib. Qəbulda Samux, Gəncə, Naftalan, Göygöl, Daşkəsən, Goranboy və Kəlbəcər sakinləri iştirak ediblər.
Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Qəbul zamanı vətəndaşlar müəllimlərin işə qəbulu, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.
Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
2 il əvvəl
Digər xəbərlər
-
Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetini ziyarət edib
01.10.2026 - 10:18 -
Müdafiə sənayesi üzrə ali təhsil, kadr hazırlığı, elmi-tədqiqat və texnologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
30.09.2026 - 21:18 -
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçiriləcək
29.09.2026 - 15:47 -
“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub
29.09.2026 - 15:11 -
Azərbaycan “WorldSkills Shanghai 2026” beynəlxalq yarışında “Medal of Excellence” qazanıb
28.09.2026 - 11:46
