I sinfə elektron sənəd qəbulunun vaxtı açıqlanıb
Mayın 1-dən 2024–2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.
Elektron portalda 1 may tarixindən uşaqların qeydiyyatı, 3 maydan isə Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi (məktəb və müəllim seçimi) həyata keçiriləcək.
Mayın 3-dən 17-dək dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat aparılacaq. Müsahibə uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə keçirilir.
Birinci sinfə sənəd qəbulu 13 sentyabr tarixinədək davam edəcək.
2 il əvvəl
Digər xəbərlər
-
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı
12.10.2026 - 15:00 -
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50
