Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Qarabağ Universitetinə fakültə dekanları seçilib

Xankəndi şəhərində fəaliyyətə başlayan Qarabağ Universitetinə fakültə dekanları (proqram rəhbərləri) seçilib. Belə ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramovun əmri ilə Pedaqoji fakültəyə Kəklik Gözəlova, Sosial elmlər fakültəsinə Elmar Mustafayev, İncəsənət fakültəsinə isə Türkər Qasımzadə dekan təyin olunub. Pedaqoji fakültənin dekanı Kəklik Gözəlova filologiya elmləri namizədidir. Kəklik Gözəlova Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsində bakalavriat və magistratura səviyyələri üzrə təhsil alıb. ABŞ-nin Corc Vaşinqton Universitetində strateji layihə idarəetməsi üzrə magistratura təhsili alan Kəklik Gözəlova bir müddət Azərbaycan Dillər Universitetində baş müəllim, dosent işləyib. Müxtəlif illərdə Bakı Ali Neft Məktəbində İngilis dili və humanitar fənlər kafedrasının müdiri, Davamlı təhsil fakültəsinin dekanı işləyən Kəklik Gözəlova daha sonra Qərbi Kaspi Universitetində Filologiya və tərcümə fakültəsinin dekanı və prorektor olaraq fəaliyyətini davam etdirib. Bu günədək isə Azərbaycan Universitetində Tərcümə və filologiya kafedrasının müdiri vəzifəsində çalışıb.   Sosial elmlər fakültəsinin dekanı Elmar Mustafayev beynəlxalq münasibətlər tarixi üzrə fəlsəfə doktorudur. Elmar Mustafayev İtaliyanın Sapienza Universitetinin Beynəlxalq münasibətlər fakültəsində magistratura üzrə təhsil alıb. O, 2016-cı ildə Xəzər Universitetində Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasında akademik koordinator və müəllim, 2019–2021-ci illərdə isə Siyasi elmlər və fəlsəfə kafedrasının müdiri işləyib. Xəzər Universitetindəki fəaliyyəti dövründə nüfuzlu “Jean Monnet” layihəsinin qalibi və koordinatoru olub. 2021–2024-cü illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyində Akkreditasiya və lisenziya şöbəsinin müdiri vəzifəsində çalışıb. Hazırda Xəzər Universitetinin müəllimidir. Elmar Mustafayev İtaliya Siyasi Assosiasiyasının (SISP) Rusiya və postsovet məkanı üzrə daimi qrupunun üzvüdür.   İncəsənət fakültəsinin dekanı Türkər Qasımzadə “Cadenza” orkestrinin bədii rəhbəridir. Bakı Musiqi Akademiyasını bəstəkarlıq ixtisası üzrə bitirən Türkər Qasımzadə ABŞ-nin Manhetten Musiqi Məktəbində eyni ixtisas üzrə magistratura, Sinsinnati Universitetində isə doktorantura təhsili alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rektorun müşaviri olan Türkər Qasımzadə həm də Bakı Musiqi Akademiyasında müəllim işləyir. Türkər Qasımzadə ixtisası üzrə Küveytdə yerləşən Orta Şərqin Amerika Universiteti, Azərbaycan Dövlət Milli Konservatoriyası, ADA Universiteti, Sinsinnati Universitetində professor olaraq çalışıb. Türkər Qasımzadə həmçinin Moldovanın Musiqi, Teatr və Rəqs Akademiyası, ABŞ-nin Manhetten Musiqi Məktəbi, San-Fransisko Dövlət Universiteti və Norveçin Stavanger Universitetində ustad dərsləri keçib.

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 21 iyun tarixində Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayon sakinləri iştirak edə bilərlər.   Adları çəkilən şəhər və rayonların sakinləri 10 iyun (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

Türk dövlətlərinin məktəbliləri Şəhidlər xiyabanı və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Mayın 28-də "Şuşa türk dövlətləri birliyinin mədəniyyət incisidir” festivalında iştirak üçün ölkəmizdə səfərdə olan türkdilli dövlətlərin məktəbliləri Şəhidlər xiyabanı və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.    Məktəblilər əvvəlcə II Şəhidlər xiyabanını ziyarət edərək 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsini anıblar və məzarları önünə gül dəstələri qoyublar. Daha sonra qonaqlar Şəhidlər xiyabanı və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər, Azərbaycanın ərazi bütövlüyü və Bakının azad olunması uğrunda canından keçmiş döyüşçülərin xatirəsini ehtiramla anıblar.    Qeyd edək ki, "Şuşa türk dövlətləri birliyinin mədəniyyət incisidir” festivalı Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə 1 iyunda Şuşada keçiriləcək. Beynəlxalq uşaq yaradıcılıq festivalında türk dövlətlərinin bədii kollektivlərinin 200 nəfərdən artıq üzvü ölkələrinin musiqi və rəqs mədəniyyətini təqdim edəcək.

İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüş

Mayın 27-də elm və təhsil naziri Emin Əmrullayev İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Naharla görüşüb.   Görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, həmçinin inkişaf perspektivləri müzakirə olunub.

“Yaşıl artım gündəliyində təhsil” konfransı keçirilib

Mayın 27-də Elm və Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Yaşıl artım gündəliyində təhsil” konfransı keçirilib.    “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən konfransın məqsədi milli sosial-iqtisadi prioritet olan “Təmiz ətraf mühit və yaşıl artım” üzrə təhsil-təlim komponentlərini müzakirə etmək, bu istiqamətdə yeni sistemli yanaşmaları formalaşdırmaqdır.   Konfransda elm və təhsil naziri Emin Əmrullayev, dövlət rəsmiləri, millət vəkilləri, COP29-un nümayəndələri, həmçinin müxtəlif işəgötürən qurumların nümayəndələri iştirak ediblər.   Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovun moderatoru olduğu “Yaşıl artım siyasətinin gündəliyi” adlı açılış panelində elm və təhsil naziri Emin Əmrullayev, energetika nazirinin müavini Samir Vəliyev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Bəxtiyar Əliyev, millət vəkili Nigar Arpadarai çıxış ediblər. İştirakçılar yaşıl artım siyasətinin gündəliyində duran məsələlərlə bağlı fikirlərini bölüşüblər. Qeyd edilib ki, ölkəmizdə yaşıl iqtisadiyyata keçid üçün bütün sahələrdə kompleks yanaşmanın ortaya qoyulması labüddür. Təhsil sistemi isə bu prosesdə əsas faktorlardan biridir.    Daha sonra Emin Əmrullayev “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində peşə təhsili müəssisələri arasında elan olunan #YaşılDünyaNaminə videoçarx müsabiqəsinin qaliblərinə – Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzi, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin tələbələrinə mükafat təqdim edib.   Konfransın ikinci paneli “Yaşıl artım naminə dövlət–özəl tərəfdaşlığı” mövzusuna həsr olunub.    “Yaşıl artım naminə bacarıqların inkişafında təhsilin rolu” adlı üçüncü panel müzakirəsi isə müxtəlif təhsil pillələri üzrə nümayəndələrin iştirakı ilə keçirilib.   Konfrans zamanı həmçinin auditoriyanı maraqlandıran suallar çıxışçılar tərəfindən cavablandırılıb.

Türkdilli dövlətlərin nazirlərinin elm və təhsil sahəsində növbəti iclasları Şuşada keçiriləcək

İyunun 1-də Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclası və Türk Akademiyasının Elmi Şurasının VII İclası keçiriləcək.    İclaslarda Türk Dövlətləri Təşkilatı, həmçinin Türk Akademiyasına üzv və müşahidəçi dövlətlərin nümayəndə heyətləri iştirak edəcəklər.   Tədbirlər zamanı ölkələr arasında ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.

Şagird yerdəyişməsi müvəqqəti dayandırılır

İyunun 3-ü saat 17:00-da www.sy.edu.az portalı vasitəsilə 2023–2024-cü tədris ili üçün şagirdlərin yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq.     2024–2025-ci tədris ili üçün bir sıra ümumi təhsil müəssisələrinin II-IX siniflərində yaranmış boş yerlərə şagird qəbulu üzrə müsabiqəyə qeydiyyat prosesi də 3 iyun saat 17:00-da başa çatacaq.    2024–2025-ci tədris ili üçün bir sıra lisey və gimnaziyalara qəbul üzrə mərkəzləşdirilmiş imtahana qeydiyyat prosesi isə 13 iyun saat 15:00-a qədər davam edəcək.   Qeyd edək ki, növbəti tədris ili üçün şagirdlərin yerdəyişməsi üzrə elektron xidmətin aktivləşdiriləcəyi tarix barədə ictimaiyyətə məlumat veriləcək.

"Qərbi Azərbaycana qayıdış” olimpiadasının ikinci mərhələsi keçirilib

Mayın 25-də ümumi təhsil müəssisələrinin IX və X sinif şagirdlərinin iştirak etdiyi “Qərbi Azərbaycana qayıdış” olimpiadasının ikinci mərhələsi təşkil olunub. Olimpiada ölkə üzrə 14 mərkəzdə keçirilib.  1001 şagird ikinci mərhələdə iştirak hüququ əldə edib.    Final mərhələsində isə ən yüksək nəticə göstərmiş 36 şagird öz bilik və bacarığını sınayacaq.   Qeyd edək ki, olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Strateji kommunikasiya" mövzusunda təlim keçirilib

Mayın 24-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Strateji kommunikasiya” mövzusunda təlim keçirilib.    Təlimin keçirilməsində məqsəd kommunikasiya sahəsində peşəkar vərdişlərin inkişafına dəstək olmaq, iştirakçıların böhran kommunikasiyasının düzgün təşkili kimi mövzularla bağlı bilik və bacarıqlarını təkmilləşdirməkdir.     Təlimdə Elm və Təhsil Nazirliyi, tabe qurum və layihələri, eləcə də regional təhsil idarələrinin ictimaiyyətlə əlaqələrə məsul əməkdaşları iştirak ediblər.   Təlimdə çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli iştirakçıları salamlayaraq kommunikasiya elementlərindən söz açıb.    Kommunikasiya zamanı komanda işinin əhəmiyyətindən danışan Mətin Kərimli komanda quruculuğunun düzgün təşkilinin vacibliyini diqqətə çatdırıb.    Mətin Kərimli sonda iştirakçıların suallarını cavablandırıb.    Sonra nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev iştirakçıları salamlayaraq onlara fəaliyyətlərində uğurlar arzulayıb.    Sonra təlim sessiyalarla davam etdirilib.    Təlim çərçivəsində ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Emin Hüseynzadə “Auditoriya üçün təsirli hekayə” mövzusunda danışıb.   Daha sonra qrafik dizayn və vizual kommunikasiyalar üzrə tədris rəhbəri Fərid Rzazadənin təqdimatında “Məzmunun formalaşdırılmasında brendinq. Düzgün vizual hekayənin qurulması”, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Azər Nəzərovun təqdimatında isə “Böhran kommunikasiyası” mövzularında təlim keçirilib.    Təlimçilər müxtəlif sosial media platformaları üçün yaradılan hekayələrin fərqli cəhətləri, auditoriyaya uyğun qəhrəmanların seçilməsi, müvafiq mesaj və kommunikasiya alətlərinin düzgün müəyyən edilməsi, böhranların qarşısını almaq üçün hekayələrdən istifadə üsulları, foto və video kimi vizualların hekayələrə daxil edilməsi vasitələri, böhranla bağlı effektiv ünsiyyət üçün strategiyalar və digər istiqamətlərdə maarifləndirmə aparıblar.    Təlim çərçivəsində iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.   Təlimin yekununda isə iştirakçılar arasında intellektual müsabiqə təşkil edilib.

“Məktəblilərin respublika çempionatı”nın final yarışları davam edir

Mayın 24-də Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə qərarı ilə keçirilən “Məktəblilərin respublika çempionatı”nın ağırlıqqaldırma idman növü üzrə final yarışlarının açılış mərasimi olub.    Ağır Atletika Mərkəzində keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.   Açılış mərasimində əvvəlcə çempionat haqqında məlumat verilib, rəqs və mahnı nömrələri nümayiş olunub.   Tədbir final qarşılaşmaları ilə davam etdirilib. Yarış qalibləri rəsmi qonaqlar tərəfindən diplom və medalla təltif olunublar.   Qeyd edək ki, ağırlıqqaldırma idman növü üzrə yarışlara 26 may tarixində yekun vurulacaq.   “Məktəblilərin respublika çempionatı”nın final mərhələsi 4–7 iyun tarixlərində sərbəst və yunan-Roma güləşi, 8–10 iyun tarixlərində isə cüdo idman növü üzrə yarışlarla davam etdiriləcək.

12/05/2026

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov 25 may tarixində Tovuz şəhərində vətəndaşları qəbul edəcək. ✅ Qəbulda Tovuz rayon sakinləri iştirak edə bilərlər. Adı çəkilən rayonun sakinləri 22 may (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin ? 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının ? https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə ? “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür. ? Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu

Ətraflı
12/05/2026

Mayın 8-də Elm və Təhsil Nazirliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib. Konsert proqramında tələbələrin ifasında ulu öndərə həsr olunmuş mahnılar səsləndirilib, şeirlər bədii qiraət olunub, həmçinin müxtəlif rəqs kompozisiyaları təqdim edilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23034-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
10/05/2026

Ulu öndərin məzarı ziyarət edilib Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıb. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.

Ətraflı