Məktəbəqədər təhsil müəssisələrində diaqnostik qiymətləndirmə prosesinə başlanılıb
Oktyabrın 19-da ölkə üzrə məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi prosesinə start verilib.
Prosesin test imtahanı mərhələsi respublikanın müxtəlif şəhər və rayonları üzrə 28 imtahan mərkəzində təşkil olunub.
İki gün davam edəcək bu imtahanlarda ümumilikdə 13 minə yaxın tərbiyəçi-müəllim və metodistin iştirakı nəzərdə tutulur.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, müstəqil ekspertlər və digər maraqlı tərəflər də qiymətləndirmə prosesinin ilk gününü izləyiblər.
Müşahidəçilərə məlumat verən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova bildirib ki, diaqnostik qiymətləndirmə əsasən tərbiyəçi-müəllimlərin peşəkar inkişafına dəstək məqsədi daşıyır. Sözügedən proses növbəti illərdə keçiriləcək sertifikatlaşdırma imtahanlarına hazırlıq xarakterlidir.
İctimai Şuranın üzvləri, eləcə də digər infotur iştirakçıları öz növbələrində prosesin şəffaf şəkildə təşkilini, məktəbəqədər təhsilin uşaqların gələcək həyatında böyük rol oynadığını və bu qiymətləndirmə prosesinin tərbiyəçi-müəllimlər üçün çox vacib olduğunu vurğulayıblar. Bildirilib ki, bu proses həm də tərbiyəçi-müəllimlərin təlim ehtiyaclarını müəyyənləşdirmək imkanı verəcək.
Qeyd edək ki, dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirmə sabah da davam edəcək.
1 il əvvəl
Digər xəbərlər
-
Ulu öndərin məzarı ziyarət edilib
10.05.2026 - 12:40 -
Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər çərçivəsində 360 şagird yerlik məktəb binasının açılışını edib
09.05.2026 - 17:36 -
İİB nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə təhsil sahəsində görülən işlərlə tanış olub
08.05.2026 - 21:00 -
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
08.05.2026 - 20:52 -
Ulu öndər Heydər Əliyevin 103 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib
08.05.2026 - 18:20
