Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“DİM 4-ə doğru irəliləyişin sürətləndirilməsi: transformativ təhsilin nəticələri” adlı iclasda elm və təhsil nazirinin videomüraciəti yayımlanıb

İyunun 17-də UNESCO-nun Baş Qərargahında “Dayanıqlı İnkişaf Məqsədi 4-ə doğru irəliləyişin sürətləndirilməsi: transformativ təhsilin nəticələri” adlı iclas keçirilib.   İclasda üzv dövlətlərin təhsil, maliyyə və ətraf mühit nazirləri iştirak ediblər.   İclasda elm və təhsil naziri Emin Əmrullayevin iştirakçılara videomüraciəti yayımlanıb. Müraciətdə sosial-iqtisadi inkişafla bağlı prioritetlərdən bəhs olunub, eləcə də COP29 çərçivəsində ölkəmizdə təhsil sahəsində planlaşdırılan bir sıra tədbirlər barədə məlumat verilib.

Füzulidə “Milli qurtuluşdan zəfərə” məktəblilərin yaradıcılıq festivalı keçirilib

İyunun 14-də Elm və Təhsil, Mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə Füzuli şəhəri Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində “Milli qurtuluşdan zəfərə” məktəblilərin yaradıcılıq festivalı keçirilib. Festival Milli Qurtuluş Gününə həsr olunub.   Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət nazirinin müavini Murad Hüseynov, Ağdam, Füzuli, Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov, mədəniyyət və incəsənət xadimləri, müəllimlər, şagirdlər iştirak ediblər.   Tədbiri giriş sözü ilə açan elm və təhsil nazirinin müavini Firudin Qurbanov ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclərinin inkişafındakı müstəsna rolundan, müstəqil dövlətimizin quruculuğu üçün gördüyü işlərdən söz açıb. Nazir müavini ulu öndərin Azərbaycan təhsilinə və gəncliyinə göstərdiyi diqqət, qayğı nəticəsində gənclərimizin dövlət qurumlarında yüksək mövqelər tutduqlarını, ümummilli liderin ideyalarına sadiq qalan gəncliyimiz sayəsində 30 ilə yaxın işğalda olan torpaqlarımızın azad edildiyini xüsusilə vurğulayıb.    Firudin Qurbanov həmçinin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə tikilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi haqqında məlumat verərək müəssisənin Qazaxıstan və Azərbaycan dövlətləri arasında dostluq və qardaşlığın, qarşılıqlı dəstəyin daha bir simvoluna çevriləcəyini bildirib.    Nazir müavini çıxışının sonunda şagirdlərə uğurlar arzulayıb və  bütün iştirakçıları 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik edib.    Sonra çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov, həmçinin Ağdam, Füzuli, Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov mədəniyyət və digər sahələrdə ümummilli liderin çoxşaxəli fəaliyyəti, ölkəmizdə apardığı islahatlardan danışıblar.  Daha sonra Elm və Təhsil, Mədəniyyət nazirliklərinin tabeliyində fəaliyyət göstərən incəsənət yönümlü təhsil müəssisələrinin şagirdlərinin ifasında musiqi, rəqs nömrələri təqdim olunub.

Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent

İyunun 14-də ölkəmizin ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib. Tədbirlərdə Elm və Təhsil Nazirliyinin rəsmiləri, tabe qurumların rəhbər şəxsləri iştirak ediblər.    Tədbir iştirakçıları məzunları təbrik edib, onlara uğurlar arzulayıblar.   “Son zəng” tədbirlərindən fotoları təqdim edirik.

Vətəndaş müraciətlərinin statistikası

İyunun 1-dən 14-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 30 671 vətəndaş müraciəti daxil olub.   Müraciətlərin 19 925-i çağrı mərkəzləri, 621-i sosial media, 3 193-ü  "WhatsApp" vasitəsilə, 1 676-sı elektron, 797-si yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 4 459 müraciət qeydə alınıb.    Müraciətlər sertifikatlaşdırma imtahanı, müəllimlərin işə qəbulu, eləcə də yerdəyişməsi, birinci sinfə qəbul, məktəbəqədər təhsil müəssisələrinə qəbul və digər məsələlərlə bağlı olub.

Dövlət Proqramı çərçivəsində sənəd qəbulunun müddəti uzadılır

2024–2025-ci tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na sənəd qəbulunun müddəti uzadılıb.    portal.edu.az üzərindən ərizəsini təsdiqləyə bilməyən namizədlər üçün sənəd qəbulu iyunun 20-dək davam edəcək.  Qəbul zamanı namizədlər tərəfindən Dövlət Proqramına təqdim edilən sənədlərdə ÜOMG (magistratura səviyyəsi üzrə) və ya BTP (Beynəlxalq Təhsil Proqramı) nəticələri şərt olaraq qoyulduğu təqdirdə, müraciətçilərin sənədlərinə Dövlət Proqramı çərçivəsində baxılacaq.

Elm və təhsil naziri “Son zəng” tədbirində

İyunun 14-də elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri şəhid Ramiz Qasımov adına 216 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində iştirak edib.    Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, müəllim və şagirdlər, şəhid ailələri də iştirak ediblər.    “Son zəng” tədbiri Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.   Tədbirdə çıxış edən Emin Əmrullayev bu gün ölkə üzrə 4 mindən çox məktəbdə “Son zəng” tədbirlərinin keçirildiyini diqqətə çatdırıb. Nazir “Böyük Qayıdış”la yenidən canlanan, müasir məktəblərin fəaliyyət göstərdiyi işğaldan azad edilmiş torpaqlarımızda da bir neçə gəncin məzun olduğunu vurğulayıb.    216 nömrəli məktəbdə daha çox hərbçi övladlarının təhsil aldığını vurğulayan nazir bu gün məzun olan şəhid, Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun qızı Gülanə Qasımlının timsalında bütün məzunları təbrik edib. Nazir gənclərə həyatlarının yeni qədəm qoyduqları bu mərhələsində uğurlar arzulayıb.    Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov da çıxışında məzunları təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb.   Məktəbin direktoru Səidə Rəhimova çıxışında bildirib ki, bu il təhsil müəssisəsinin 43 şagirdi məzun olur.    Tədbir şagirdlərin hazırladıqları “Son zəng” adlı ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

PA nümayəndəsi İctimai Şuranın üzvləri ilə görüşüb

İyunun 14-də Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşüb.    Görüşdə QHT-lərin sağlam əsaslar üzərində inkişafı üçün bu sektorda dərinləşdirilən islahatlar, qarşıda duran vəzifələr, QHT-lərin ictimai nəzarət funksiyalarının gücləndirilməsi məsələləri ilə əlaqədar müzakirələr aparılıb, şura üzvlərinin müvafiq təklifləri dinlənilib və sualları cavablandırılıb.    PA nümayəndəsi ictimai nəzarətin həyata keçirilməsində bu günlərdə tərkibi yenilənmiş şura üzvlərinə uğurlar arzulayıb. Görüşdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev də iştirak ediblər. 

Bu gün məktəblərdə “Son zəng” çalınır

14 iyun ümumtəhsil məktəblərində “Son zəng” tədbiri qeyd olunur.   Bu gün ölkə üzrə 102 120 nəfər XI sinfi, 150 445 nəfər IX sinfi, 137 862 nəfər isə birinci sinfi bitirir.    2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 87 569 uşaq təhsil alıb.   Qeyd edək ki, 2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sayı 1 706 935 nəfər təşkil edib.    Ümumi təhsil müəssisələrindən məzun olan bütün şagirdlərimizə uğurlar arzulayırıq!

Elm və təhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb

İyunun 13-də elm və təhsil naziri Emin Əmrullayev nazirlik yanında İctimai Şuranın yeni tərkibi ilə görüşüb.    Görüşdə elm və təhsil sahəsində həyata keçirilən layihələr, görülən işlərin əhəmiyyətindən danışan Emin Əmrullayev vurğulayıb ki, 2026-cı ilədək qarşıya qoyulan əsas məqsəd “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”ndan irəli gələn tədbirləri həyata keçirməkdir.   Ölkəmizdə təhsil sahəsində aparılan islahatlar, müasir infrastrukturun yaradılması, o cümlədən işğaldan azad edilmiş ərazilərdə təhsil müəssisələrinin bərpa edilməsi, əsaslı təmir işlərinin həyata keçirilməsi, yeni elm ocaqlarının yaradılması istiqamətində görülən işlərə xüsusi diqqət çəkən nazir elm və ali təhsil sahəsində vacib addımlar atılacağını bildirib.    Nazir elm və təhsil siyasətinin həyata keçirilməsində İctimai Şuranın ictimaiyyət və nazirlik arasında dialoqun qurulmasında mühüm rol oynadığını, şuranın aktiv fəaliyyətinə xüsusi ehtiyac olduğunu vurğulayıb.   İctimai Şuranın sədri Hikmət Əlizadə çıxış edərək təhsil xidmətlərinin rəqəmsallaşdırılması, sertifikatlaşdırma və XXI əsrin təhsil modeli ilə bağlı görülən işlərin əhəmiyyətli olduğunu vurğulayıb. Sədr şuranın ictimaiyyətin rəylərini diqqətə alaraq səmərəli təkliflər hazırlayacağını da əlavə edib.    Daha sonra şuranın digər üzvləri təhsil sahəsində mövcud problemlər, ictimai rəylər və digər məsələlərlə bağlı təkliflərini səsləndiriblər.   Görüşdə gələcək nəslin savadlı formalaşdırılmasında müəllimin rolu, təhsil prosesində sosial-emosional öyrənmə modelinin tətbiqi, özəl və dövlət ümumi təhsil müəssisələri arasında əməkdaşlığın qurulması və bir sıra digər konseptual məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.   Sonra nazir İctimai Şuranın yeni tərkibinə təşəkkür edib və onlara gələcək 2 illik fəaliyyətlərində uğurlar arzulayıb.   Görüşün sonunda xatirə şəkli çəkdirilib.

Azərbaycan–BƏƏ Nazirlərinin Təcrübə Mübadiləsi Forumunun II günündə “Təhsil” sessiyası keçirilib

İyunun 12-də Bakıda keçirilən Azərbaycan–BƏƏ Nazirlərinin Təcrübə Mübadiləsi Forumu çərçivəsində Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) aidiyyəti dövlət qurumlarının iştirakı ilə sessiyalar təşkil olunub.     Forumun ikinci günündə keçirilən “Təhsil” sessiyasında elm və təhsil nazirinin müavini Həsən Həsənli və “Emirates Schools Establishment”in baş direktoru Mohammed Əl Qasimin rəhbərlik etdiyi nümayəndə heyətlərinin iştirakı ilə müzakirələr aparılıb.   Müzakirələr zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və bundan sonrakı dövr üçün nəzərdə tutulan fəaliyyətlərə dair fikir mübadiləsi aparılıb.

03/06/2026

İyunun 3-də Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans öz işinə başlayıb. ? İki gün davam edəcək konfransda Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi, siyasi, mədəni və sosio-fəlsəfi aspektləri, regional sülh və təhlükəsizlik baxımından əhəmiyyəti müzakirə olunacaq. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23123-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #QərbiAzərbaycanaQayıdış

Ətraflı
03/06/2026

? 2026–2027-ci tədris ili üzrə doktoranturada SABAH proqramına qeydiyyat prosesi davam edir. ? Sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir. Sənəd qəbulu ⏳ 9 iyun saat 18:00-da yekunlaşacaq. ? Qeyd edək ki, bu il ilk dəfə olaraq SABAH proqramı çərçivəsində fəlsəfə doktoru hazırlığına başlanılır. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #SABAH #Doktorantura

Ətraflı
03/06/2026

? Ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxış genişləndirilir ? Elm və Təhsil Nazirliyi ilə “Microsoft” arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrində vahid rəqəmsal ekosistemin formalaşdırılması işləri davam etdirilir. ? Artıq bir sıra universitetlərdə "Microsoft"un müasir rəqəmsal və süni intellekt əsaslı həlləri istifadəyə verilib. Xüsusilə "Copilot" aləti müəllimlərə tədris materiallarının hazırlanması, qiymətləndirmə və akademik fəaliyyətlərin daha səmərəli təşkili üçün yeni imkanlar yaradır. ?✨ Bu təşəbbüs ali təhsildə innovasiyaların tətbiqinə, rəqəmsal bacarıqların inkişafına və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasına mühüm töhfə verir. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23121-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #TSİİ #RəqəmsalAlətlər

Ətraflı