Tələbələr üçün təlim keçirilib
Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və Azərbaycan İdman Akademiyasının dəstəyi ilə akademiyanın tələbələri üçün “TOPs - təhsilalanların fiziki hazırlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsi çərçivəsində təlim keçirilib.
Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə TOPs metodologiyası əsasında təşkil olunan təlim zamanı fiziki tərbiyə fənninin məqsədi, məzmunu, müəllimin rol və vəzifələri, müsbət tədris mühitinin yaradılması və inklüziv təhsillə bağlı müzakirələr aparılıb, müasir təlim üsulları vasitəsilə dərslərin tədrisinin yüksəldilməsi üçün nəzəri və praktiki məşğələlər keçirilib. Praktik məşğələlərlə dərslərin effektiv keçirilməsi üçün TOPs oyun–metodiki tədris kartlarından istifadə qaydaları tələbələrə izah edilib.
Təlimlər başa çatdıqdan sonra tələbələrin qiymətləndirilməsi aparılıb, iştirakçılara TOPs metodiki tədris kartları təqdim edilib.
Qeyd edək ki, TOPs layihəsi 2014-2015-ci tədris ilindən pilot olaraq Bakı üzrə 3 məktəbdə tətbiq olunmağa başlanılıb. 2022-2023-cü tədris ilindən isə nazirliyin sistemində fəaliyyət göstərən bütün ümumi təhsil müəssisələrini əhatə edir.
Layihə Elm və Təhsil Nazirliyi, “British Council”, Azərbaycan İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə ümumtəhsil məktəblərində təhsilalanların hərəki bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, onların fiziki sağlamlığının inkişaf etdirilməsi məqsədi ilə həyata keçirilir. Həmçinin fiziki tərbiyə və ibtidai sinif müəllimlərinin TOPs metodologiyası vasitəsilə bilik və bacarıqlarının, fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün fəal tədris metodikasının təkmilləşdirilməsi də layihənin məqsədləri sırasındadır. Metodika fiziki tərbiyədə inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir.
1 il əvvəl
Digər xəbərlər
-
Ulu öndərin məzarı ziyarət edilib
10.05.2026 - 12:40 -
Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər çərçivəsində 360 şagird yerlik məktəb binasının açılışını edib
09.05.2026 - 17:36 -
İİB nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə təhsil sahəsində görülən işlərlə tanış olub
08.05.2026 - 21:00 -
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
08.05.2026 - 20:52 -
Ulu öndər Heydər Əliyevin 103 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib
08.05.2026 - 18:20
