Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib
Oktyabrın 18-də Elm və Təhsil Nazirliyində Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının Elm və Təhsil Nazirliyi Ərazi Partiya Təşkilatının sədri Rauf Orucov və nazirliyin əməkdaşları iştirak ediblər.
Tədbir zamanı elm və təhsil nazirinin müavini Firudin Qurbanov müstəqilliyimizin bərpası tarixindən danışıb. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi düzgün siyasət nəticəsində 30 il sonra torpaqlarımız işğaldan azad edilib, ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Nazir müavini hazırda işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin həyata keçirildiyini də vurğulayıb.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına qəbul olunan nazirlik əməkdaşlarına üzvlük vəsiqələri təqdim edilib.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
