Füzulidə “Milli qurtuluşdan zəfərə” məktəblilərin yaradıcılıq festivalı keçirilib
İyunun 14-də Elm və Təhsil, Mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə Füzuli şəhəri Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində “Milli qurtuluşdan zəfərə” məktəblilərin yaradıcılıq festivalı keçirilib. Festival Milli Qurtuluş Gününə həsr olunub. Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət nazirinin müavini Murad Hüseynov, Ağdam, Füzuli, Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov, mədəniyyət və incəsənət xadimləri, müəllimlər, şagirdlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan elm və təhsil nazirinin müavini Firudin Qurbanov ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclərinin inkişafındakı müstəsna rolundan, müstəqil dövlətimizin quruculuğu üçün gördüyü işlərdən söz açıb. Nazir müavini ulu öndərin Azərbaycan təhsilinə və gəncliyinə göstərdiyi diqqət, qayğı nəticəsində gənclərimizin dövlət qurumlarında yüksək mövqelər tutduqlarını, ümummilli liderin ideyalarına sadiq qalan gəncliyimiz sayəsində 30 ilə yaxın işğalda olan torpaqlarımızın azad edildiyini xüsusilə vurğulayıb. Firudin Qurbanov həmçinin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə tikilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi haqqında məlumat verərək müəssisənin Qazaxıstan və Azərbaycan dövlətləri arasında dostluq və qardaşlığın, qarşılıqlı dəstəyin daha bir simvoluna çevriləcəyini bildirib. Nazir müavini çıxışının sonunda şagirdlərə uğurlar arzulayıb və bütün iştirakçıları 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Sonra çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov, həmçinin Ağdam, Füzuli, Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov mədəniyyət və digər sahələrdə ümummilli liderin çoxşaxəli fəaliyyəti, ölkəmizdə apardığı islahatlardan danışıblar. Daha sonra Elm və Təhsil, Mədəniyyət nazirliklərinin tabeliyində fəaliyyət göstərən incəsənət yönümlü təhsil müəssisələrinin şagirdlərinin ifasında musiqi, rəqs nömrələri təqdim olunub.
15/06/2024 13:00
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
İyunun 14-də ölkəmizin ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib. Tədbirlərdə Elm və Təhsil Nazirliyinin rəsmiləri, tabe qurumların rəhbər şəxsləri iştirak ediblər. Tədbir iştirakçıları məzunları təbrik edib, onlara uğurlar arzulayıblar. “Son zəng” tədbirlərindən fotoları təqdim edirik.
14/06/2024 17:09
Vətəndaş müraciətlərinin statistikası
İyunun 1-dən 14-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 30 671 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 19 925-i çağrı mərkəzləri, 621-i sosial media, 3 193-ü "WhatsApp" vasitəsilə, 1 676-sı elektron, 797-si yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 4 459 müraciət qeydə alınıb. Müraciətlər sertifikatlaşdırma imtahanı, müəllimlərin işə qəbulu, eləcə də yerdəyişməsi, birinci sinfə qəbul, məktəbəqədər təhsil müəssisələrinə qəbul və digər məsələlərlə bağlı olub.
14/06/2024 16:47
Dövlət Proqramı çərçivəsində sənəd qəbulunun müddəti uzadılır
2024–2025-ci tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na sənəd qəbulunun müddəti uzadılıb. portal.edu.az üzərindən ərizəsini təsdiqləyə bilməyən namizədlər üçün sənəd qəbulu iyunun 20-dək davam edəcək. Qəbul zamanı namizədlər tərəfindən Dövlət Proqramına təqdim edilən sənədlərdə ÜOMG (magistratura səviyyəsi üzrə) və ya BTP (Beynəlxalq Təhsil Proqramı) nəticələri şərt olaraq qoyulduğu təqdirdə, müraciətçilərin sənədlərinə Dövlət Proqramı çərçivəsində baxılacaq.
14/06/2024 15:53
Elm və təhsil naziri “Son zəng” tədbirində
İyunun 14-də elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri şəhid Ramiz Qasımov adına 216 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində iştirak edib. Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, müəllim və şagirdlər, şəhid ailələri də iştirak ediblər. “Son zəng” tədbiri Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edən Emin Əmrullayev bu gün ölkə üzrə 4 mindən çox məktəbdə “Son zəng” tədbirlərinin keçirildiyini diqqətə çatdırıb. Nazir “Böyük Qayıdış”la yenidən canlanan, müasir məktəblərin fəaliyyət göstərdiyi işğaldan azad edilmiş torpaqlarımızda da bir neçə gəncin məzun olduğunu vurğulayıb. 216 nömrəli məktəbdə daha çox hərbçi övladlarının təhsil aldığını vurğulayan nazir bu gün məzun olan şəhid, Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun qızı Gülanə Qasımlının timsalında bütün məzunları təbrik edib. Nazir gənclərə həyatlarının yeni qədəm qoyduqları bu mərhələsində uğurlar arzulayıb. Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov da çıxışında məzunları təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb. Məktəbin direktoru Səidə Rəhimova çıxışında bildirib ki, bu il təhsil müəssisəsinin 43 şagirdi məzun olur. Tədbir şagirdlərin hazırladıqları “Son zəng” adlı ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
14/06/2024 12:55
PA nümayəndəsi İctimai Şuranın üzvləri ilə görüşüb
İyunun 14-də Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşüb. Görüşdə QHT-lərin sağlam əsaslar üzərində inkişafı üçün bu sektorda dərinləşdirilən islahatlar, qarşıda duran vəzifələr, QHT-lərin ictimai nəzarət funksiyalarının gücləndirilməsi məsələləri ilə əlaqədar müzakirələr aparılıb, şura üzvlərinin müvafiq təklifləri dinlənilib və sualları cavablandırılıb. PA nümayəndəsi ictimai nəzarətin həyata keçirilməsində bu günlərdə tərkibi yenilənmiş şura üzvlərinə uğurlar arzulayıb. Görüşdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev də iştirak ediblər.
14/06/2024 10:49
Bu gün məktəblərdə “Son zəng” çalınır
14 iyun ümumtəhsil məktəblərində “Son zəng” tədbiri qeyd olunur. Bu gün ölkə üzrə 102 120 nəfər XI sinfi, 150 445 nəfər IX sinfi, 137 862 nəfər isə birinci sinfi bitirir. 2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 87 569 uşaq təhsil alıb. Qeyd edək ki, 2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sayı 1 706 935 nəfər təşkil edib. Ümumi təhsil müəssisələrindən məzun olan bütün şagirdlərimizə uğurlar arzulayırıq!
14/06/2024 09:10
Elm və təhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb
İyunun 13-də elm və təhsil naziri Emin Əmrullayev nazirlik yanında İctimai Şuranın yeni tərkibi ilə görüşüb. Görüşdə elm və təhsil sahəsində həyata keçirilən layihələr, görülən işlərin əhəmiyyətindən danışan Emin Əmrullayev vurğulayıb ki, 2026-cı ilədək qarşıya qoyulan əsas məqsəd “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”ndan irəli gələn tədbirləri həyata keçirməkdir. Ölkəmizdə təhsil sahəsində aparılan islahatlar, müasir infrastrukturun yaradılması, o cümlədən işğaldan azad edilmiş ərazilərdə təhsil müəssisələrinin bərpa edilməsi, əsaslı təmir işlərinin həyata keçirilməsi, yeni elm ocaqlarının yaradılması istiqamətində görülən işlərə xüsusi diqqət çəkən nazir elm və ali təhsil sahəsində vacib addımlar atılacağını bildirib. Nazir elm və təhsil siyasətinin həyata keçirilməsində İctimai Şuranın ictimaiyyət və nazirlik arasında dialoqun qurulmasında mühüm rol oynadığını, şuranın aktiv fəaliyyətinə xüsusi ehtiyac olduğunu vurğulayıb. İctimai Şuranın sədri Hikmət Əlizadə çıxış edərək təhsil xidmətlərinin rəqəmsallaşdırılması, sertifikatlaşdırma və XXI əsrin təhsil modeli ilə bağlı görülən işlərin əhəmiyyətli olduğunu vurğulayıb. Sədr şuranın ictimaiyyətin rəylərini diqqətə alaraq səmərəli təkliflər hazırlayacağını da əlavə edib. Daha sonra şuranın digər üzvləri təhsil sahəsində mövcud problemlər, ictimai rəylər və digər məsələlərlə bağlı təkliflərini səsləndiriblər. Görüşdə gələcək nəslin savadlı formalaşdırılmasında müəllimin rolu, təhsil prosesində sosial-emosional öyrənmə modelinin tətbiqi, özəl və dövlət ümumi təhsil müəssisələri arasında əməkdaşlığın qurulması və bir sıra digər konseptual məsələlər ətrafında fikir mübadiləsi də aparılıb. Sonra nazir İctimai Şuranın yeni tərkibinə təşəkkür edib və onlara gələcək 2 illik fəaliyyətlərində uğurlar arzulayıb. Görüşün sonunda xatirə şəkli çəkdirilib.
13/06/2024 16:22
Azərbaycan–BƏƏ Nazirlərinin Təcrübə Mübadiləsi Forumunun II günündə “Təhsil” sessiyası keçirilib
İyunun 12-də Bakıda keçirilən Azərbaycan–BƏƏ Nazirlərinin Təcrübə Mübadiləsi Forumu çərçivəsində Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) aidiyyəti dövlət qurumlarının iştirakı ilə sessiyalar təşkil olunub. Forumun ikinci günündə keçirilən “Təhsil” sessiyasında elm və təhsil nazirinin müavini Həsən Həsənli və “Emirates Schools Establishment”in baş direktoru Mohammed Əl Qasimin rəhbərlik etdiyi nümayəndə heyətlərinin iştirakı ilə müzakirələr aparılıb. Müzakirələr zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və bundan sonrakı dövr üçün nəzərdə tutulan fəaliyyətlərə dair fikir mübadiləsi aparılıb.
12/06/2024 18:12
“Məktəblilər üçün teatr pedaqogikası” layihəsi həyata keçirilib
11–12 iyun tarixlərində “Məktəblilər üçün teatr pedaqogikası” layihəsi çərçivəsində Lənkəran və Şəki məktəbliləri teatr tamaşalarını izləyiblər. Nümayiş etdirilən tamaşalar Lənkəran Dövlət Dram Teatrında “Haqqın 44 günü” və Şəki Dövlət Dram Teatrında “Çələbi xan” olub. Tamaşaları ümumilikdə 2 500 nəfərə yaxın məktəbli izləyib. Layihə Elm və Təhsil Nazirliyi, eləcə də Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Qeyd edək ki, layihənin məqsədi uşaq və gənclərdə estetik zövq formalaşdırmaq, onların incəsənətə marağını artırmaq, həmçinin asudə vaxtlarını səmərəli təşkil etməkdir. Layihə çərçivəsində növbəti tədris ilindən 6 000 nəfərdən çox region məktəblisi müxtəlif teatrlarda nümayiş olunan tamaşaları izləmək imkanı qazanacaq.
12/06/2024 16:37
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov 25 may tarixində Tovuz şəhərində vətəndaşları qəbul edəcək. ✅ Qəbulda Tovuz rayon sakinləri iştirak edə bilərlər. Adı çəkilən rayonun sakinləri 22 may (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin ? 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının ? https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə ? “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür. ? Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu
ƏtraflıMayın 8-də Elm və Təhsil Nazirliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib. Konsert proqramında tələbələrin ifasında ulu öndərə həsr olunmuş mahnılar səsləndirilib, şeirlər bədii qiraət olunub, həmçinin müxtəlif rəqs kompozisiyaları təqdim edilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23034-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıUlu öndərin məzarı ziyarət edilib Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıb. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.
Ətraflı