981 nəfər Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alır
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2024-2025-ci tədris ili üzrə qəbulun yekun nəticələri açıqlanıb.
Belə ki, avqustun 13-də elan olunmuş və 2024/2025-ci tədris ilində Dövlət Proqramı çərçivəsində təqaüd almaq hüququ qazanan 500 nəfərə dair yekun siyahıda yer alan və magistratura səviyyəsi üzrə müxtəlif səbəblərdən iştirakı mümkün olmayan (şəxsi səbəblər, viza səbəbi və s.) 23 nəfər təqaüdçü proqramdan imtina edib, əvəzinə ehtiyat siyahısından namizədlər seçilib. Ümumilikdə bakalavriat səviyyəsi üzrə 125, magistratura səviyyəsi üzrə isə 375 nəfə təqaüdçü adını qazanıb.
Qeyd edək ki, hər il 500 nəfərədək Azərbaycan Respublikası vətəndaşının Dövlət Proqramı çərçivəsində xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alması təmin olunacaq.
2022-ci ildə başlayan qəbul nəzərə alınmaqla indiyədək 1252 nəfər proqram çərçivəsində təhsil almaq hüququ qazanıb.
Hazırda proqram çərçivəsində dünyanın 21 ölkəsinə aid 140 ali təhsil müəssisəsində 981 tələbə təhsil alır. Bu günədək 156 nəfər Dövlət Proqramı məzunu adını qazanıb.
07.11.2024 - 15:13
Digər xəbərlər
-
“Müəllimliyin insanlıq fəlsəfəsi” esse müsabiqəsinin qalibləri mükafatlandırılıb
23.12.2024 - 17:55 -
Nazir müavini Azərbaycan din xadimlərinin Forumunda iştirak edib
23.12.2024 - 17:00 -
Nazir Sabunçu rayonunun məktəb direktorları ilə görüşüb
23.12.2024 - 12:55 -
Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinə start verilib
23.12.2024 - 11:02 -
Bu şəxslərin də təhsil haqqı xərcləri dövlət hesabına qarşılanacaq
23.12.2024 - 10:20