Həsən Həsənli "British Council"ın “Climate Connection” proqramının təqdimatında iştirak edib
Noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "British Council" tərəfindən “Climate Connection” (İqlim Bağları) proqramının təqdimatı keçirilib.
Mərasimdə elm və təhsil nazirinin müavini Həsən Həsənli də iştirak edib.
Məlumat verilib ki, “Climate Connection” (İqlim Bağları) proqramı qlobal iqlim əməkdaşlığı üçün platforma rolunu oynayaraq 22 milyon şəxsi əhatə edir və 7500-dən çox tərəfdaşı bir araya gətirib.
Bu il "British Council" iqlimlə bağlı müzakirələrdə əsas fəaliyyətini iqlim dəyişikliyi ilə mübarizədə incəsənətin, mədəniyyətin və təhsilin rolunu artıraraq gənclərin təşəbbüsünün gücləndirilməsi, eləcə də maraqlı tərəflərlə müzakirələrin aparılmasına yönəldib.
Bildirilib ki, COP29 zamanı "British Council" Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının apardığı tədqiqatları, ekspert panellərini, seminarları, təlim və interaktiv sessiyaları təqdim edəcək.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
