• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dünya Təhsil Forumunda ikitərəfli görüşlər keçirilib

Dünya Təhsil Forumunda iştirak edən elm və təhsil naziri Emin Əmrullayev ikitərəfli görüşlər keçirib.   Emin Əmrullayev Malayziyanın ali təhsil naziri Zambri Abdul Kadir və Özbəkistan Respublikasının məktəbəqədər və ümumtəhsil naziri Xilola Umarova ilə görüşüb.   Forum çərçivəsində elm və təhsil naziri həmçinin Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Böyük Britaniyanın Təhsil departamentinin məktəblər üzrə müşaviri Baronessa Diana Barranla görüş keçirib.    Sözügedən görüşlər çərçivəsində ikitərəfli əməkdaşlığın cari vəziyyət və perspektivləri müzakirə olunub.

Bakıda TÜRKÜNİB-in 7-ci Baş Assambleyasının iclası keçirilir

Mayın 20-də Bakıda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) sədrliyi ilə Türk Dövlətləri Təşkilatı Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) 7-ci Baş Assambleyasının iclası təşkil olunub.     Tədbirdə əvvəlcə UNEC-in rektoru Ədalət Muradov universitetin TÜRKÜNİB-ə sədrliyi dövründə görülən işlər barədə təqdimatla çıxış edib.   Rektor bildirib ki, bu gün TÜRKÜNİB qarşısında çox böyük vəzifələr dayanır. Qeyd edilən hədəflərə çatmaq üçün TÜRKÜNİB-in təşkilati strukturunun təkmilləşdirilməsi və maliyyə imkanlarının genişləndirilməsi qarşıda duran önəmli məsələlərdəndir.   Açılış mərasimində çıxış edən Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyev təşkilatın gördüyü işlərdən söz açıb. Baş katib TDT-nin gələcək fəaliyyət istiqamətlərini də diqqətə çatdırıb.   Tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini Həsən Həsənli türk dövlətləri arasında elm və təhsil sahəsində əməkdaşlığın vacibliyi, ortaq layihələrin həyata keçirilməsi, “Orhun” mübadilə proqramının əhəmiyyətindən danışıb.    Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev öz növbəsində TÜRKÜNİB-in mövcudluğunu türk dövlətlərinin ali təhsil sahəsində inteqrasiyaya can atmasının bariz göstəricisi kimi qiymətləndirib.     Assambleya işini müzakirələrlə davam etdirib.   İclasda TÜRKÜNİB-ə üzv universitetlərin elm və təhsil sahəsi üzrə mübadilə proqramlarının sayının artırılması, diplomların ekvivalentliyinin tanınması, eləcə də birgə akademik fəaliyyət, layihə, konfransların təşkili, mədəniyyət, idman sahələrində müsabiqələrin keçirilməsi və digər istiqamətlərdə əməkdaşlıq əlaqələrinin qurulması məsələləri müzakirə olunub.    Qeyd edək ki, 49 ali təhsil müəssisəsini özündə birləşdirən TÜRKÜNİB-in üzvləri arasında Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti yer alır.

Elm və təhsil naziri Dünya Təhsil Forumunda

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti London şəhərində keçirilən Dünya Təhsil Forumunda iştirak edir.    114 ölkədən 120 nazirin iştirak etdiyi forum “Süni intellektin təşviqi, insan münasibətləri və dayanıqlılığın qurulması, iqlim fəaliyyətinin sürətləndirilməsi. Daha güclü, daha cəsarətli, daha yaxşı təhsil üçün siyasət və icranı necə prioritetləşdirməliyik?” mövzusuna həsr olunub.    Qeyd edək ki, forum çərçivəsində bir sıra ölkələrin nümayəndə heyətləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Çağrı Mərkəzinin Qarabağ Universiteti ilə bağlı yeni istiqaməti

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzi (146) yeni istiqamət üzrə vətəndaşların sorğularını cavablandıracaq. Belə ki, Çağrı Mərkəzinin 146 – 6 – 1 xidməti artıq istifadədir. Vətəndaşlar Qarabağ Universiteti ilə bağlı müvafiq nömrəyə zəng edə və suallarına qısa zaman ərzində cavab ala bilərlər.    Əlavə olaraq bildiririk ki, universitetlə bağlı sualların cavablandırılması üçün (+994) 70 812 10 10 "WhatsApp" nömrəsi də istifadəyə verilib.

Təhsilini lisey və gimnaziyalarda davam etdirmək istəyən şagirdlərin nəzərinə!

2024–2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilir.    Ərizə qəbulu 20 may – 13 iyun tarixlərini əhatə edəcək.    Valideyn (və ya qanuni nümayəndə) şəxsi kabinetində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Mərkəzi imtahanla qəbul” düyməsini sıxmaqla imtahanın keçiriləcəyi mərkəzi seçməlidir.     İmtahan zamanı şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən standart və qeyri-standart suallar təqdim olunacaq. Şagirdlər imtahanda topladıqları bala müvafiq olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyaların seçimini aparmalıdırlar.     Qeyd edək ki, lisey və gimnaziyalara qəbul imtahanı aşağıdakı tarixlərdə keçiriləcək: 21 iyun – 7 və 8-ci siniflərə qəbul 22 iyun – 6-cı siniflərə qəbul 23 iyun – 5-ci siniflərə qəbul    Mərkəzləşdirilmiş qaydada qəbul prosesi həyata keçiriləcək lisey və gimnaziyaların siyahısı, eləcə də ətraflı məlumat üçün linkə daxil ola bilərsiniz: https://bit.ly/3yugIS7

"Danışır təcrübə" layihəsinin növbəti qonağı millət vəkili Kamal Cəfərov olub

Elm və Təhsil Nazirliyi, tabe qurumlarının əməkdaşlarının davamlı inkişafının təmin edilməsi, müasir çağırışlara hazır olan kadrların yetişdirilməsi məqsədilə “Danışır təcrübə” layihəsi həyata keçirilir.    Layihənin budəfəki qonağı millət vəkili Kamal Cəfərov olub. Kamal Cəfərov “Antikorrupsiya davranış modeli” mövzusunda çıxış edib.    Kamal Cəfərov çıxışında korrupsiya ilə mübarizə sahəsində məlumatlılığın artırılması, bu mübarizənin davamlılığı və korrupsiyanın qarşısının alınması ilə bağlı effektiv mexanizmlərin tətbiqindən danışıb.    Qeyd edək ki, “Danışır təcrübə” layihəsi çərçivəsində müntəzəm şəkildə görüşlərin təşkili nəzərdə tutulur.

Emin Əmrullayev Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev 19–21 may tarixlərində London şəhərində keçirilməkdə olan Dünya Təhsil Forumunda iştirak üçün Birləşmiş Krallıqda işgüzar səfərdədir.    Səfər çərçivəsində elm və təhsil naziri Böyük Britaniya universitetlərində dövlət təqaüdü ilə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.    Görüşdə Emin Əmrullayev tələbələrə Azərbaycanda elm və təhsil sahəsində aparılan islahatlar və gələcək planlar barədə məlumat verib. Xüsusən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilməsi planlaşdırılan irimiqyaslı layihələrdən bəhs edən nazir növbəti tədris ilindən Xankəndidə fəaliyyətə başlayacaq Qarabağ Universiteti barədə də danışıb. Nazir bildirib ki, məqsəd bu universiteti beynəlxalq elm və tədqiqat, həmçinin Qafqazın keyfiyyətli ali təhsil mərkəzinə çevirməkdir.   Bundan əlavə, xaricdə təhsil üzrə dövlət və ikili diplom proqramları, beynəlxalq təhsil layihələri barədə məlumat verən nazir Azərbaycanda doktorantura təhsilinin inkişafı sahəsində görülən işlərdən söz açıb.    Emin Əmrullayev dövlət proqramları çərçivəsində azərbaycanlı tələbələrin daha çox dünyanın ən nüfuzlu universitetlərində təhsil almasının sevindirici hal olduğunu vurğulayıb. Nazir bu göstəricinin önümüzdəki illərdə də artan dinamika ilə davam edəcəyinə ümidini bildirib.     Görüşün sonunda nazir tələbələrin suallarını cavablandırıb, onlarla xatirə şəkli çəkdirib.

Məktəblilərimizin Beynəlxalq Elm və Mühəndislik Yarışmasında ilk medalı

Azərbaycan məktəbliləri ilk dəfə olaraq ABŞ-nin Beynəlxalq Elm və Mühəndislik Yarışmasında medal qazanıblar.   11–17 may tarixlərində Kaliforniya şəhərində keçirilən yarışmada Xəzər Universitetinin Dünya məktəbinin X sinif şagirdləri Səid Aslanov və İbrahim Allahverdiyev “Biotibb və sağlamlıq elmləri” kateqoriyası üzrə bürünc medal əldə ediblər. Bundan başqa, həmin məktəbin X sinif şagirdi Nicat Tağızadə və 132-134 nömrəli təhsil kompleksinin X sinif şagirdi Xəzər Hüseynov “Robotika” kateqoriyası üzrə xüsusi mükafata layiq görülüblər.   Qeyd edək ki, Beynəlxalq Elm və Mühəndislik Yarışması (ISEF) şagirdlər üçün dünyanın ən nüfuzlu elm müsabiqəsidir.

CEENQA-nın Baş Assambleyası Bakıda keçirilir

Mayın 17-də Bakıda Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin (CEENQA) Baş Assambleyasının açılış mərasimi keçirilib.    Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə keçirilən tədbir Mərkəzi və Şərqi Avropa regionunda keyfiyyət təminatı agentlikləri arasında ali təhsil müstəvisində keyfiyyət təminatı, institusional, proqram akkreditasiyası və kvalifikasiyaların tanınması sahəsində dialoqun təşviq edilməsində mühüm tədbirlərdən biridir.    TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədovun salamlama nitqi ilə öz işinə başlayan tədbir daha sonra elm və təhsil nazirinin müavini İdris İsayev və CEENQA-nın prezidenti Fransi Demşarın çıxışı ilə davam edib.   Tədbirdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru, CEENQA-nın İdarə Heyətinin üzvü Ülkər Səttarova və Beynəlxalq Biznes İdarəetməsinin Akkreditasiyası Fondunun (FIBAA) icraçı direktoru Diane Freiberger moderator qismində çıxış ediblər.  Tədbirin birinci günü beynəlxalq ekspertlər tərəfindən beynəlmiləlləşmə meyillərinin akkreditasiyaya təsirləri, xarici kvalifikasiyaların tanınması, tələbə mübadiləsi üzrə qabaqcıl təcrübələrlə bağlı çıxışlar olub. Bununla yanaşı, bir sıra mühüm mövzular ətrafında iştirakçılar arasında fikir mübadiləsi aparılıb.   Günün ikinci yarısı Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Beynəlxalq Şəbəkəsinin (INQAAHE) İdarə Heyətinin üzvü Olqun Çiçeyin moderatorluğu ilə “Azərbaycan nümunəsində transsərhəd kvalifikasiyaların və keyfiyyət təminatının tanınması üzrə hüquqi çərçivə və təcrübələr” adlı panel müzakirəsi təşkil olunub.   Qeyd edək ki, tədbirin mayın 18-də keçiriləcək ikinci günündə CEENQA-nın yeni strategiyasının müzakirəsi və növbəti illərə dair fəaliyyət planının təsdiq olunması gözlənilir.   Tədbir çərçivəsində qonaqların Heydər Əliyev Mərkəzi, Nobel İrsi Fondunu ziyarəti, həmçinin “Cadenza” orkestrinin heyəti ilə tanışlığı nəzərdə tutulur.

Elm və təhsil naziri Masallıda vətəndaşları qəbul edib

Mayın 17-də elm və təhsil naziri Emin Əmrullayev Masallı rayonunda vətəndaş qəbulu keçirib. Qəbulda Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Yardımlı sakinləri iştirak ediblər.    Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.      Qəbul zamanı vətəndaşlar müəllimlərin işə qəbulu, məktəb tikintisi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.      Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

21/05/2024

? Mayın 22-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Ekonəqliyyata keçid" sərgisi keçiriləcək. Sərgidə elektriklə işləyən və hibrid avtomobillər, velosiped, həmçinin skuterlər nümayiş etdiriləcək. ✅ Sərgiyə giriş sərbəstdir. #ElmVəTəhsilNazirliyi #PTDA #PeşəTəhsili

Ətraflı
21/05/2024

Dünya Təhsil Forumunda iştirak edən elm və təhsil naziri Emin Əmrullayev ikitərəfli görüşlər keçirib. #ElmVəTəhsilNazirliyi #EduAz #DünyaTəhsilForum Ətraflı: https://bit.ly/44NnM8t

Ətraflı
20/05/2024

Elm və Təhsil Nazirliyinin "Danışır təcrübə" layihəsinin növbəti qonağı millət vəkili Kamal Cəfərov olub. #ElmVəTəhsilNazirliyi #EduAz Ətraflı: https://bit.ly/4c2PJM7

Ətraflı