CEENQA-nın Baş Assambleyası Bakıda keçirilir
Mayın 17-də Bakıda Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin (CEENQA) Baş Assambleyasının açılış mərasimi keçirilib.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə keçirilən tədbir Mərkəzi və Şərqi Avropa regionunda keyfiyyət təminatı agentlikləri arasında ali təhsil müstəvisində keyfiyyət təminatı, institusional, proqram akkreditasiyası və kvalifikasiyaların tanınması sahəsində dialoqun təşviq edilməsində mühüm tədbirlərdən biridir.
TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədovun salamlama nitqi ilə öz işinə başlayan tədbir daha sonra elm və təhsil nazirinin müavini İdris İsayev və CEENQA-nın prezidenti Fransi Demşarın çıxışı ilə davam edib.
Tədbirdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru, CEENQA-nın İdarə Heyətinin üzvü Ülkər Səttarova və Beynəlxalq Biznes İdarəetməsinin Akkreditasiyası Fondunun (FIBAA) icraçı direktoru Diane Freiberger moderator qismində çıxış ediblər.
Tədbirin birinci günü beynəlxalq ekspertlər tərəfindən beynəlmiləlləşmə meyillərinin akkreditasiyaya təsirləri, xarici kvalifikasiyaların tanınması, tələbə mübadiləsi üzrə qabaqcıl təcrübələrlə bağlı çıxışlar olub. Bununla yanaşı, bir sıra mühüm mövzular ətrafında iştirakçılar arasında fikir mübadiləsi aparılıb.
Günün ikinci yarısı Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Beynəlxalq Şəbəkəsinin (INQAAHE) İdarə Heyətinin üzvü Olqun Çiçeyin moderatorluğu ilə “Azərbaycan nümunəsində transsərhəd kvalifikasiyaların və keyfiyyət təminatının tanınması üzrə hüquqi çərçivə və təcrübələr” adlı panel müzakirəsi təşkil olunub.
Qeyd edək ki, tədbirin mayın 18-də keçiriləcək ikinci günündə CEENQA-nın yeni strategiyasının müzakirəsi və növbəti illərə dair fəaliyyət planının təsdiq olunması gözlənilir.
Tədbir çərçivəsində qonaqların Heydər Əliyev Mərkəzi, Nobel İrsi Fondunu ziyarəti, həmçinin “Cadenza” orkestrinin heyəti ilə tanışlığı nəzərdə tutulur.
2 il əvvəl
Digər xəbərlər
-
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29 -
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03
