"Azərbaycan müəllimi" qəzeti yenilənir - Rebrendinq müsabiqəsi
Elm və Təhsil Nazirliyinin mətbuat orqanı olan və 1934-cü ildən fəaliyyət göstərən “Azərbaycan müəllimi” qəzeti ölkəmizdəki ən önəmli təhsil carçısıdır. 2024-cü ildə 90 illik yubileyini qeyd edəcək bu qədim tarixə malik qəzeti müasir dövrün tələblərinə uyğunlaşdırmaq istəyirik. Bu məqsədlə qəzetin rebrendinqi üçün müsabiqə elan edirik!
Müsabiqədə iştirak üçün “Azərbaycan müəllimi” qəzetinin yeni loqosu və internet saytının əsas səhifəsinin dizaynı ilə bağlı təkliflərinizi bizə göndərin, qalib olmaq şansı qazanın!
Müsabiqədə fərdi və yaxud ikinəfərlik qrup olaraq iştirak edə bilərsiniz. Birinci yeri qazanan şəxs və ya komanda qəzetin 90 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirdə iştirak edəcək və təşəkkürnamə ilə təltif olunacaq. Qalibə həm də 1500 AZN dəyərində pul mükafatı təqdim ediləcək.
Müsabiqədə iştirak üçün loqo (rəngli və rəngsiz versiya), dizaynla bağlı təkliflər PNG, PDF və ya JPEG formatında, eləcə də “mockup”la birgə göndərilməlidir. Loqonun yazılı şəkildə izahı və təsviri arzuolunandır.
Nəzərə alınmalıdır ki, loqo sosial media, veb-səhifə və müxtəlif videomateriallarda, həmçinin qəzetin çap versiyasında istifadə olunacaq.
Müraciət üçün son tarix: 10.04.2024-cü il
Elektron poçt ünvanı: digital@media.edu.az
Müsabiqənin yekununda isə qalib gələn şəxs və ya komanda aşağıdakıları təqdim etməlidir:
- Loqonun vektor faylı – “Adobe Illustrator”, “Encapsulated PostScript” və ya “Scalable Vector Graphics”;
- Loqonun rəng kodları – CMYK, RGB, HSB;
- Əsas səhifənin faylları – “Adobe XD”, “Sketch” və ya “Figma”.
“Azərbaycan müəllimi” qəzetinin rebrendiqi üçün təkliflərinizi göndərin və 90 illik mədəniyyətin bir parçası olmağa çalışın!
15.03.2024 - 09:59
Digər xəbərlər
-
“Müəllimliyin insanlıq fəlsəfəsi” esse müsabiqəsinin qalibləri mükafatlandırılıb
23.12.2024 - 17:55 -
Nazir müavini Azərbaycan din xadimlərinin Forumunda iştirak edib
23.12.2024 - 17:00 -
Nazir Sabunçu rayonunun məktəb direktorları ilə görüşüb
23.12.2024 - 12:55 -
Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinə start verilib
23.12.2024 - 11:02 -
Bu şəxslərin də təhsil haqqı xərcləri dövlət hesabına qarşılanacaq
23.12.2024 - 10:20