• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Məktəbli könüllü” proqramına qoşulmaq istəyən şagirdlərin nəzərinə!

Ölkədə ilk dəfə məktəblilərin sistemli şəkildə könüllü fəaliyyətə cəlb olunmaları məqsədilə “Məktəbli könüllü” proqramına start verilir.   Proqram “Bir Könüllü” Tələbə Təşkilatının təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 8, 9, 10 və 11-ci sinif şagirdləri üçün nəzərdə tutulur. Proqramın təşkilində məqsəd şagirdlər arasında sosial inkişafın təmin olunması, komanda işinin formalaşdırılması, əməkdaşlıq, liderlik, analitik düşüncə kimi keyfiyyətlərin gücləndirilməsi, həmçinin məktəbdaxili nizam-intizam qaydalarına riayət edən, akademik göstəriciləri yüksək olan, aktiv sosial fəaliyyət və vətənpərvərlik keyfiyyətləri ilə örnək təşkil edən gənc nəslin formalaşdırılmasıdır.    Proqrama qoşulan şagirdlər nə əldə edəcəklər?   məktəblilərin yerli icmaların inkişafı istiqamətində mövcud infrastrukturların yaxşılaşdırılması, abadlaşdırılması və ictimai xidmətlə bağlı layihələrə cəlb edilməsi; ekoloji problemlərin həlli və iqlim dəyişikliklərinə uyğunlaşmaq üçün müntəzəm olaraq məktəblilərin maarifləndirilməsi, iməcilik aksiyalarının təşkili – ağacəkmə fəaliyyətləri, tullantıların təmizlənməsi, resurslardan səmərəli istifadə; məktəb daxilində karyera klublarının formalaşdırılması, həmçinin asudə vaxtın səmərəli təşkili üçün dil, idman, incəsənət kimi sahələrdə ictimai klubların təşkili və onlara məktəblilərin özlərinin rəhbərlik etmələri; məktəblilərin şəxsi inkişafına dəstək verəcək müxtəlifmövzulu yay və qış düşərgələrinin təşkili; məktəbdaxili intellektual, sosialtipli müsabiqə və yarışların təşkili; Bakı və region məktəbləri arasında kommunikasiya mühiti yaratmaqla şəbəkələşmənin təmin edilməsi və birgə fəaliyyətlərin təşkili.   “Məktəbli könüllü” proqramına qoşulmaq istəyən şagirdlər 31 dekabr 2023-cü il tarixinədək qeydiyyatdan keçməlidirlər. Proqramın tərəfdaşı olmaq istəyən məktəblər isə admin@konullu.edu.az elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.   Qeydiyyat üçün link: https://forms.gle/jY4cK2UxqNBQ7UgU7  

Yeniyetmələr arasında güləş üzrə beynəlxalq "Təhsil" turniri keçiriləcək

Dekabrın 5-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq "Təhsil" turnirinə start veriləcək.   Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzində keçiriləcək yarışda Azərbaycanla yanaşı, Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan, Fransa, Hindistan və Türkmənistandan 500-ə yaxın idmançı mübarizə aparacaq.   7 gün davam edəcək turnir 11 dekabr tarixində başa çatacaq.   Qeyd edək ki, turnirin keçirilməsində məqsəd məktəblilər arasında güləş idman növünə marağın artırılması, kütləviliyin təmin edilməsi, şagirdlər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, eləcə də bu idman növü üzrə yeniyetmələrdən ibarət yığma komandalara namizədlərin seçilməsidir.   

Elm və təhsil naziri media üçün brifinq keçirib

Noyabrın 30-da elm və təhsil naziri Emin Əmrullayevin media üçün brifinqi keçirilib.  Brifinqdə Emin Əmrullayev aşağıdakı məsələləri xüsusi olaraq qeyd edib: Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində 2024-cü ilin sentyabr ayının 15-dən 800 - 1000 tələbənin təhsil alması planlaşdırılır. İlkin olaraq 30-40 nəfərdən ibarət akademik və köməkçi heyətin cəlbi nəzərdə tutulur. Qarabağ Universitetində SABAH qruplarının da təşkili planlaşdırılır. Eyni zamanda digər ali təhsil müəssisələri ilə birgə ikili proqramların həyata keçirilməsi nəzərdə tutulur.  Qarabağ Universitetinə tələbələrin qəbulu Dövlət İmtahan Mərkəzinin qəbul imtahanları (I kurs), Elm və Təhsil Nazirliyinin SABAH qruplarına müsabiqə (II kurs), mübadilə proqramları və ya yerli universitetlər ilə ikili diplom proqramları (II və ya III kurs) əsasında aparılacaq.  2024-cü ildə təşkil olunacaq sertifikatlaşdırma prosesinə riyaziyyat, Azərbaycan dili ( dövlət dili kimi), ingilis dili, alman dili, fransız dili, rus dili (Azərbaycan bölməsi), rus dili və ədəbiyyat (rus bölməsi)  üzrə fənləri tədris edən təhsilverənlərin cəlb olunması nəzərdə tutulur. Əhatə olunacaq müəllimlərin sayı 31 035 nəfərdir.  Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.  

Startap ekosisteminin ən irihəcmli memorandumu imzalanıb

Noyabrın 30-da “InMerge Innovation Summit”in açılış tədbiri keçirilib.    30 noyabr – 1 dekabr tarixlərini əhatə edəcək sammitə dövlət qurumlarının rəhbər şəxsləri, yerli və beynəlxalq investorlar, özəl şirkət nümayəndələri, dünyaca nüfuzlu şirkətlərin idarəedici üzvləri, çoxsaylı spiker, startap komandaları və digər iştirakçılar qatılıblar.   Sammitin ilk günü ölkədə sahibkarlıq, startap ekosistemi və innovasiya istiqamətləri üçün əlamətdar hadisə baş verib. Belə ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və "PAŞA Holding"in baş icraçı direktoru Cəlal Qasımovun iştirakı ilə qurumlar, eləcə də şirkətlərin müvafiq alttəmsilçi qurumları startap ekosisteminin inkişafına dəstək olacaq memorandum imzalayıblar.   Elm və Təhsil, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin altqurumları qismində müvafiq olaraq Təhsilin İnkişafı Fondu və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi çıxış ediblər. Memorandumun məqsədi Azərbaycanda sahibkarlıq ruhunun inkişafı, insan kapitalı potensialının artırılması, ekosistemin formalaşdırılmasına dəstək infrastrukturunun gücləndirilməsi və maliyyələşmə istiqamətlərinin inkişafıdır. Eləcə də startap aləmində regionun əsas oyunçusuna çevrilmək məqsədlər sırasındadır.   SABAH.HUB İnnovasiya Mərkəzi də yuxarıda sadalanan istiqamətlərin həyata keçirilməsində birbaşa icraedici funksionallığı daşıyacaq təmsilçi qismində yer alıb.   Nəzərinizə çatdırırıq ki, SABAH.HUB İnnovasiya Mərkəzi 2 ildən artıq müddətdə 50-dən artıq startapın inkişafına, 100-lərlə ideyanın startapa çevrilməsinə və 1000-lərlə şəxsin startap dünyası haqqında maariflənməsinə dəstək olub. Mərkəzin fəaliyyəti dövründə birbaşa dəstək göstərdiyi startaplar xarici fondlardan ümumilikdə 4,7 milyon AZN investisiya cəlb edib. SABAH.HUB İnnovasiya Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmaq, mütəmadi yeniliklərdən kənar qalmamaq üçün rəsmi sosial media kanallarını (facebook.com/sabah.hub.icinstagram.com/sabah.hub), həmçinin veb-saytı (www.sabahhub.com) izləyə bilərsiniz.

Elm və təhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb

Noyabrın 29-da elm və təhsil naziri Emin Əmrullayev nazirlik yanında İctimai Şuranın hazırkı tərkibdə fəaliyyətinin başa çatması ilə əlaqədar şura üzvləri ilə görüşüb.     Nazirlik tərəfindən aparılan genişmiqyaslı islahatlar prosesində ictimai iştirakçılığın təmin olunmasına xüsusi önəm verildiyini qeyd edən Emin Əmrullayev bu məqsədlə İctimai Şura ilə fəal əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.      Nazir İctimai Şuranın ikiillik fəaliyyəti dövründə səmərəli və məqsədyönlü işlər apardığını qeyd edib, burada təmsil olunan vətəndaş cəmiyyətləri nümayəndələrinin işini müsbət dəyərləndirib.     İctimai Şuranın sədri Günel Səfərova öz növbəsində hər fəaliyyət sahəsi üzrə şuranın gördüyü işlər barədə məlumat verib. Həmçinin ictimai nəzarətin təmin olunması, qanunvericilik layihələri ilə tanışlıq, monitorinqlərin aparılması, ictimai dinləmələrin keçirilməsi və iştirakçılığın müsbət nəticələrini qeyd edib.   Görüşdə elm və təhsil naziri Emin Əmrullayevə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 30 illik yubileyi ilə əlaqədar döş nişanı təqdim edilib.    Sonda elm və təhsil naziri şura üzvlərinə uğurlu fəaliyyət və göstərilən dəstək üçün təşəkkürünü ifadə edib.

“Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda ictimai dinləmə keçirilib

Noyabrın 29-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrində “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda birgə ictimai dinləmə keçirilib.   Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova müzakirəyə çıxarılan mövzunun vacibliyindən danışaraq, ailənin həm şəxsiyyət, həm də cəmiyyət üçün böyük əhəmiyyətə malik ümumbəşəri dəyər olduğunu qeyd edib. Komitə sədri Ailə Məcəlləsinin qəbul edilməsini bu sahədə önəmli addım adlandırıb, ailələrin sağlam mühitinin təşkili, ailə üzvlərinin hüquqlarının qorunması istiqamətində qanunvericilik bazasının davamlı olaraq təkmilləşdirildiyini deyib.   Ölkəmizdə ailə institutunun qorunub saxlanılması üçün davamlı işlər görüldüyünü deyən komitə sədri, bununla yanaşı, bu sahədə bəzi problemlərin də olduğunu diqqətə çatdırıb, bununla əlaqədar təbliğat və maarifləndirmə işlərinin əhəmiyyətindən danışıb.   Sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov ailə dəyərlərinin təbliği, sağlam ailə mühitinin formalaşdırılması, milli-mənəvi dəyərlərin qorunmasının vacibliyindən danışıb. Əhliman Əmiraslanov çıxışında ölkədə ana və uşaq ölümü ilə bağlı vəziyyətdən, bu problemin aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb. Komitə sədri səhiyyə qurumlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr potensialının yaxşılaşdırılması, mütəxəssislərin hazırlanması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib.   Elm və təhsil nazirinin müavini Firudin Qurbanov uşaq və gənclərimizin ailə dəyərlərinə hörmət ruhunda tərbiyə olunmasının əhəmiyyətini vurğulayıb. Nazir müavini Elm və Təhsil Nazirliyinin  milli, mənəvi və ailə dəyərlərinin təbliği istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib.   İctimai dinləmədə səhiyyə nazirinin müavini İlqar Qasımov Səhiyyə Nazirliyinin ana ölümü ilə və ölümlə nəticələnməyən ağırlaşmalarla bağlı fəaliyyəti barədə danışıb. İlqar Qasımov bildirib ki, regionlarda selektiv abortlarla bağlı maarifləndirmə işləri aparılır və görülən işlərin müsbət dinamikası müşahidə olunmaqdadır.   Əmək və əhalinin sosial müdafiəsi nazirinin mavini Vüsal Nəsirli bildirib ki, təmsil etdiyi nazirlik ailə institutunun möhkəmləndirilməsi, uşaqların hüquqlarının qorunması istiqamətində müvafiq tədbirlər görür. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov dini icmalar tərəfindən ailə adət və ənənələrinin qorunub saxlanılması, təbliği istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, bu sahədə maarifləndirmə işinin əhəmiyyətini qeyd edib.   İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova da öz növbəsində icbari tibbi sığorta çərçivəsində ana və uşaqlara göstərilən tibbi xidmətlər barədə fikirlərini bölüşüb.   İctimai dinləmə müzakirələrlə davam etdirilib. Müzakirələrdə ailə institutunun möhkəmləndirilməsi, erkən nikahların qarşısının alınması, qadın və uşaqların sağlamlığının qorunması, ailələrin sosial rifahının yüksəldilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

500-dən çox məktəbdə rəqəmsal qiymətləndirmə tətbiq ediləcək

2023–2024-cü tədris ilində ölkə üzrə 500-dən çox ümumi təhsil müəssisəsində böyük summativ qiymətləndirmələr rəqəmsal formada təşkil olunacaq.   Rəqəmsal məktəbdaxili qiymətləndirmə həyata keçirilən ümumi təhsil müəssisələrinin şəbəkəsi “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiq edildiyi məktəblərin qoşulması ilə genişlənir.   Ötən tədris ilində ölkə üzrə “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində V-VI siniflərdə təhsil alan şagirdlərdən 55 840 nəfəri rəqəmsal böyük summativ qiymətləndirmədə iştirak edib.   Qeyd edək ki, məktəbdaxili qiymətləndirmənin rəqəmsallaşdırılması prosesinin tətbiqinə 2021–2022-ci tədris ilindən başlanılıb.

Elm və təhsil nazirinin müavini Gürcüstanda səfərdə olub

Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdə olub.    Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Tbilisi şəhərində yerləşən Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyublar.    Daha sonra Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvari ilə görüş keçirilib. Görüş zamanı hər iki ölkədə Azərbaycan və gürcü dillərində tədris aparılan məktəblərin fəaliyyəti, müəllimlər üçün ixtisasartırma təlimlərinin təşkili müzakirə olunub, bu təhsil müəssisələri üçün dərsliklərin mübadiləsi yüksək qiymətləndirilib. Eyni zamanda tələbə-müəllim mübadiləsinin zəruriliyi, universitetlərarası əməkdaşlıq məsələlərinə toxunulub.    Səfər çərçivəsində nazir müavini İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru Caba Samuşia ilə görüşüb. Sözügedən universitetdə Azərbaycan dili və ədəbiyyatı ixtisasının açılmasına dair müzakirə aparılıb və cari ilin may ayında açılışı həyata keçirilən Heydər Əliyev adına auditoriya ziyarət edilib.    Nazir müavini Həsən Həsənli həmçinin Gürcüstan Texniki Universitetinin rektoru David Gurgenidze ilə görüşüb. Sözügedən universitetdə açılması nəzərdə tutulan Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyət göstərəcəyi məkana baxış keçirilib.

Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin nəzərinə!

29 noyabr saat 10:00-dan Respublika Fənn Olimpiadalarında (RFO) iştirak üçün qeydiyyatdan keçmiş şagirdlər https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsinə daxil olaraq buraxılış vərəqələrini yükləyə və çap edə bilərlər.    RFO-nun rayon (şəhər) mərhələsi informatika fənni üzrə dekabrın 16-da (8-9-cu siniflər) və 17-də  (10-11-ci siniflər), digər fənlər üzrə isə dekabrın 24-də əvvəlcədən müəyyənləşdirilmiş mərkəzlərdə keçiriləcək.   Buraxılış vərəqələrinin şəxsi kabinet vasitəsilə əldə olunması ilə bağlı yaranan hər hansı çətinliklə əlaqədar +994 50 791 46 31 nömrəsinə “WhatsApp” üzərindən problemin ətraflı təsvirini yazaraq müraciət etmək mümkündür.   Fənn olimpiadalarının keçirilməsində məqsəd şagirdlərdə özünəinam hissini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafı istiqamətində tədbirlər müəyyənləşdirmək, həmçinin məktəblilərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdır.   Qeyd edək ki, fənn olimpiadaları Kapital Bankın baş sponsorluğu ilə təşkil edilir.

Qarabağ Universiteti yaradılır

Azərbaycan Respublikasının Prezidentı İlham Əliyev “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb.   Sərəncama görə,  regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılır.   Həmçinin Nazirlər Kabinetinə iki ay müddətində universitetin nizamnaməsini təsdiq edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, universitetin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görmək, universitetin Xankəndi şəhərində torpaq sahəsi, tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələlərini, eləcə də Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

07/06/2025

“Məktəblilərarası Milli Hakaton”un olimpiada mərhələsi Salyanda #ElmVəTəhsilNazirliyi #RəqəmsalBacarıqlar #MilliHakaton2025 #Hakaton #KodlaGələcəyiniQur #RəqəmsalGələcək #MilliHakaton

Ətraflı
06/06/2025

Müqəddəs Qurban bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edir, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayırıq. Bayramınız mübarək olsun! #ElmVəTəhsilNazirliyi #QurbanBayramı

Ətraflı
05/06/2025

“Məktəblilərarası Milli Hakaton”un olimpiada mərhələsi Ağdaşda #ElmVəTəhsilNazirliyi #RəqəmsalBacarıqlar #MilliHakaton2025 #Hakaton #KodlaGələcəyiniQur #MilliHakaton #RəqəmsalGələcək

Ətraflı