Emin Əmrullayev Fransa və digər Qərbi Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb
Elm və təhsil naziri Emin Əmrullayev Paris şəhərinə səfəri çərçivəsində Fransa və digər Qərbi Avropa ölkələrində təhsil alan azərbaycanlı doktorantlarla görüşüb.
Azərbaycan Respublikasının Fransadakı Mədəniyyət Mərkəzində baş tutan görüşdə Emin Əmrullayev ölkəmizdə elm və təhsil sahəsinin inkişafına davamlı göstərilən dövlət qayğısını vurğulayaraq ali təhsil sistemində son illərdə aparılan islahatlar, təhsil sistemindəki yeniliklər barədə tələbələrə məlumat verib. Nazir Qarabağ Universitetində mövcud olan tədris imkanlarını, o cümlədən xaricdə təhsil üzrə cari Dövlət Proqramının müddətinin 2028-ci ilədək uzadılması və doktorantlar üçün müvafiq kvotanın ayrılması məsələlərini xüsusilə vurğulayıb.
Görüş çərçivəsində Emin Əmrullayev tələbələri maraqlandıran sualları cavablandırıb, doktorantların gələcəkdə akademik və elmi fəaliyyəti ilə bağlı imkanlarına dair müzakirələr aparıb.
Nazir gənclərimizi təhsillərini bitirdikdən sonra ölkəmizdə elmi fəaliyyətlə məşğul olmağa, elm və ali təhsilin inkişafına töhfə verməyə çağırıb.
1 il əvvəl
Digər xəbərlər
-
Ulu öndərin məzarı ziyarət edilib
10.05.2026 - 12:40 -
Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər çərçivəsində 360 şagird yerlik məktəb binasının açılışını edib
09.05.2026 - 17:36 -
İİB nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə təhsil sahəsində görülən işlərlə tanış olub
08.05.2026 - 21:00 -
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
08.05.2026 - 20:52 -
Ulu öndər Heydər Əliyevin 103 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib
08.05.2026 - 18:20
