Elm və təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Parisdə bir sıra görüşlər keçirib
UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edən elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti 25 mart tarixində UNESCO Baş direktorunun Təbiət elmləri üzrə müavini Lidiya Brito ilə görüşüb.
Görüşdə təbiət elmləri sahəsində birgə layihələrin həyata keçirilməsi və institusional tərəfdaşlıqların genişləndirilməsi imkanları müzakirə olunub. Həmçinin COP29 çərçivəsində Elm və Təhsil Nazirliyi ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) arasında əldə edilmiş razılığa əsasən şagirdlərin iqlim savadlılığı üzrə göstəricilərinin Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramına (PISA) daxil edildiyini nəzərə alaraq bu istiqamətdə mümkün əməkdaşlıq imkanları müzakirə edilib.
Bundan əlavə, STEAM layihəsi üzrə beynəlxalq təcrübə mübadiləsinin inkişaf perspektivləri dəyərləndirilib.
Nümayəndə heyəti daha sonra Mərakeş Krallığının ali təhsil, elmi tədqiqatlar və innovasiyalar naziri Azzedine El Midaoui ilə görüşüb. Görüş zamanı iki ölkə arasında elm və ali təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
